Aygün Kazımova

Aygün Kazımova xuliqanlıq edərkən yaxalanıb - Kişini soyundururmuş

3639
(Yenilənib 15:07 28.06.2018)
Ranar Musayev xalq artistinin onu axıradək soyundurmasına imkan verməyib

BAKI, 28 iyun — Sputnik. Xalq artisti Aygün Kazımova "Beşinci element" verlişində özünün "Sus" mahnısını oxuyarkən aparıcı Ranar Musayevi soyundurub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Musayev özünün "Instagram" səhifəsində yazıb və oraya şoudan bir parçanın olduğu videonu da yerləşdirib.

"Aygün Kazımova xuliqanlıq edərək məni soyundurur" — aparıcı videoçarxı şərh edib.

Videoçarxda Aygün Kazımovanın mahnı oxuya-oxuya aparıcını tədricən soyundurduğu görünür. Müğənni əvvəl aparıcının qalstukunu, sonra jiletini çıxarır. Sonra köynəyinin düymələrini açanda, aparıcı onu qucaqlayaraq axıradək soyundurmağa imkan vermir.

Xalq artistinini aparıcını soyundurduğu həmin verlişin tam versiyası yaxın vaxtlarda tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, "Beşinci element" verlişi hər həftə ATV telekanalında efirə çıxır. Layihənin aparıcıları Ranar Musayev, Hüsniyə Məhərrəmova, Kamilə Babayeva və ABD Malikdir.

Aygün Kazımova Azərbaycan pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub.

2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.

3639
Teqlər:
Ranar Musayev, "Beşinci element" verlişi, Xalq artisti Aygün Kazımova, müğənni, konsert, mahnı
Əlaqədar
Aygün Kazımova özünə uyğun gənc ifaçı tapdı
Aygün Kazımova yeni görüntüsü ilə hər kəsi şoka saldı
Aygün Kazımova qumarxanada konsert verdi, kişilər heyran qaldı
Aygün Kazımova küçənin ortasında oyun çıxardı - VİDEO
Aşpaz, arxiv şəkli

Məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib

17
(Yenilənib 22:02 24.11.2020)
Yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

BAKI, 24 noyabr — Sputnik. Türkiyənin məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

"Bu həftə mətbəxinə müraciət etdiyimiz ölkə qəlbimizə yaxındır. Qardaş ölkə Azərbaycan mətbəxinə müraciət edəcəyik", - deyə münsiflərdən Somer Sivrioğlu söyləyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от MasterChef Türkiye (@masterchefturkiye)

Digər münsif Mehmet Yalçınkaya isə: "Qardaşlarımızın qələbəsini təbrik edirik. Haqlı bir qələbə qazandılar. Ən sonunda haqları olanı geri aldılar. Oradakı şəhidlərimizi sevgi və sayqıyla anırıq. Mübarizələri davam edir, uğurlar diləyirik", - sözlərini deyib.

17
Teqlər:
Azərbaycan mətbəxi, "Master Chef", tv, Azərbaycan, Türkiyə
Azıx mağarası, arxiv şəkli

Azıx mağarasına aid tapıntılar Bakıya gətirilib

23
(Yenilənib 20:31 24.11.2020)
Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar.

BAKI, 24 noyabr — Sputnik. Bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində "Azıx" yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar olaraq İnstitut tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunundan Sputnik Azərbaycan-a verilən məlumata görə, məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, Paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilib.

Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.

Professor Nəcəf Müseyiblinin bildirdiyinə görə, bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər.

23
Teqlər:
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA, Xocavənd, Azıx mağarası, arxeoloji tapıntı, arxeoloqlar, arxeologiya
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

73
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

73
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu