Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İran və Azərbaycan birgə film çəkəcək

© AFP 2023 / SYLVAIN THOMASХлопушка-нумератор
Хлопушка-нумератор - Sputnik Azərbaycan
Abunə olmaq
Kinonun bir hissəsi Bakıda, İçərişəhərdə, digər hissəsi isə İranda çəkiləcək

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. "İran Mədəniyyət Günləri çərçivəsində ilk dəfə olaraq müştərək İran-Azərbaycan kinosunun çəkilişinə start veriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Farsi vurğulayıb ki, kinonun bir hissəsi Bakıda, İçərişəhərdə, digər hissəsi isə İranda çəkiləcək: "Kino məhəbbət mövzusunda çəkiləcək. Bu, ilk möhtəşəm müştərək kino olacaq".

Azərbaycan və İran arasında lap keçmiş zamanlardan dostluq əlaqələri və ortaq mədəniyyət tarixinin olduğunu qeyd edib ki, Azərbaycan müstəqil olandan sonra ölkələr arasında əlaqələr siyasi, iqtisadi, ictimai, mədəniyyət sahələrində günbəgün inkişaf edir: "Bunun da səbəbi bu iki xalqın bir-birinə bağlılığıdır. Ölkələr arasındakı sərhədlər xalqları bir-birindən ayıra bilməz. Mədəniyyət nazirlərimiz mədəni əlaqələrin inkişafı sahəsində mühüm addımlar atır".

İran Mədəniyyət Mərkəzinin direktoru, həmçinin bildirib ki, indi 2 minə yaxın iranlı tələbə Azərbaycanda təhsil alır və bu da İranın Azərbaycan təhsil və mədəniyyətinə nə dərəcədə önəm verdiyinin göstəricisidir. O, azərbaycanlı tələbələrin də İranın müxtəlif universitetlərində təhsil aldığını vurğulayıb.

Xəbər lenti
0