Rəssam-heykəltəraş Ramiz İsmi-Qaya

Azərbaycanda elə bir adam yaşayır ki, ölkənin yarısında barmaq izləri var

769
(Yenilənib 10:02 21.06.2018)
Onun gördüyü işlər nəticəsində Qazax ən çox heykəllər olan rayona çevirib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Qazaxda az adamın tanıdığı bir məkan var. Hansı ki, kənardan heç bir xüsusiliyi ilə seçilmir, ilk baxışdan atılmış yer təsiri bağışlayır. Əvvəllər hansı idarənin balansında olduğu, hansı təşkilatın adını daşıdığı belə, yaddan çıxmış bu məkan hazırda orada işləyən adamın adı ilə — Ramizin emalatxanası deyə tanınır.

Bu yeri indi hamı Ramizin emalatxanası kimi tanıyır
© Sputnik / Ilham Mustafa
Bu yeri indi hamı "Ramizin emalatxanası" kimi tanıyır

Onlarla fundamental abidələrin, heykəl və barelyeflərin müəllifi, yaratdıqları ilə insanları düşünməyə məcbur edən rəssam-heykəltəraş Ramiz İsmi-Qaya burada işləyir. 70 yaşı olmasına baxmayaraq, yaratmaq eşqi ilə qaynayan, lakin yaratmaq istədiklərinin eskizlərinə ürək ağrısı ilə baxa-baxa, kiçik işlər, suvenirlər düzəltmək məcburiyyətində qalan, hazır olduqdan sonra isə satmayıb hədiyyə edən Ramiz İsmi-Qaya.

Onun haqqında yazmaq, Ramiz İsmi-Qayanı adi insan kimi təqdim etmək mənimçün o qədər də asan deyil. Bəlkə də müsahibə üçün dəfələrlə ayaq döyməyim və nəhayət ki, düz bir il sonra ala bildiyim icazənin verdiyi məsuliyyət qoymur onu adi sözlərlə oxucuya çatdırmağa. Yaxud da, "gəl, get, gözəl söhbətlər edək, danışaq, amma bu yazı-pozunu məndən uzaq elə" deyən insanın böyük mənəvi dünyasını bir yazıya sığdırmaq qorxusu mane olur.

Heykəltəraş Ramiz İsmi-Qaya öz emalatxanasının həyətində
© Sputnik / Ilham Mustafa
Heykəltəraş Ramiz İsmi-Qaya öz emalatxanasının həyətində

Ramiz Məmmədov (İsmi-Qaya) 1947-ci ildə Qazaxda anadan olub. Kiçik yaşlarından rəssamlığa maraq göstərib, 9-cu sinifdə oxuyanda, paralel olaraq pioner evində incəsənət, rəssamlıq üzrə dərnək rəhbəri işləyib. Heykəltəraşlığın klassiklərindən olan Cəlal Qaryağdıoğlu Qazaxa gələrkən onun istedadına heyran olub və Ramiz Məmmədovu özü ilə Bakıya aparıb.

Bakıda Tokay Məmmədov, Fuad Əbdürəhmanov, Pinxos Sabsay və digər böyük sənətkarlarla birgə həm işləyib, həm də öyrənib. Təhsilini davam etdirmək üçün V.S.Serov adına Leninqrad rəssamlıq məktəbinə (hazırda N.K.Rerix adına Sankt-Peterburq rəssamlıq məktəbi) qəbul olub. Təhsilini bitirdikdən sonra Rusiyada qalıb işləmək təkidlərinə rəğmən, "mən öz qabliyyətimi, bacarığımı öz balalarımıza öyrətmək istəyirəm"- deyərək vətənə dönüb.

Emalatxanada
© Sputnik / Ilham Mustafa
Emalatxanada

Onun Azərbaycana dönüşü heç də nəticəsiz olmayıb. Gördüyü işlərlə Qazax ən çox heykəllər olan rayona çevirib. Bundan başqa bütün qərb bölgəsində, Sumqayıtda, Bakıda böyük abidələr ucaldıb, kompozisiyalar yaradıb. Lakin həmin gözəl günlər elə keçmişdə də qalıb.

Sənətkarın hazırkı durumu işsizlik və imkansızlıq ucbatından heç də ürəkaçan deyil. Uzun illərdir çalışdığı emalatxanada belə, özünü qonaq kimi hiss edir. Əlində, rəssam və heykəltəraşların istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi barədə mərhum prezident Heydər Əliyevin 19 iyun 2003-cü il tarixli 1251 nömrəli sərəncamı olmasına baxmayaraq, kiçik emalatxanasını öz adına keçirə bilmir.

Böyük əsərlərin alıcı problemi olduğu üçün, hazırda dastanlarımızı, tariximizi özündə canlandıran suvenirlər hazırlamaqla məşğul olur. Hər biri suvenirdən daha böyük anlam daşıyan kompozisiyalar yaradır. Sənətkar, "bu yaşımda bazarda suvenir sata bilmərəm" — deyərək, gəlir gəlməsə belə, böyük dəyərlərə malik eskizlər yaratmağa önəm verir. Böyük təxəyyülün, düşüncənin məhsulu olan bu eskizlərin nə vaxtsa abidəyə çevriləcəyinin təsdiqini gözləyir uşaq sadəlövhlüyü ilə.

Bütün bunlarla belə, maddi çətinlikdən gileylənmir Ramiz İsmi-Qaya. "Biz böyük sənət əsərlərindən, yaradıcılıqdan, xalqımızın gələcəyindən danışmalıyıq, amma biz heç onlara yaxınlaşmırıq belə" — deyir.

Heykəltəraş Ramiz İsmi-Qayanın əl işləri
© Sputnik / Ilham Mustafa
Heykəltəraş Ramiz İsmi-Qayanın əl işləri

Öz bacarığını, qabiliyyətini balalara öyrətmək istədiyini bildirir. Keçdiyimiz ictimai formasiyalardan, keçidlərin törətdiyi fəsadlardan, kataklizmlərdən, bu kataklizmlərin dəyərlərimizə, gənclərimizə, gələcəyimizə təsirlərindən danışır. Övladlarımızı daha vətənpərvər, daha dəyərli yetişdirmək lazım olduğunu yana-yana anlatmağa çalışır. İncəsənət insanlarının mənəviyyat insanları olmasını izah edir. Özünün bu izaha ehtiyacı olmasa belə.

P.S.

Görüşlərimizin birində qonşu rayonda yubileyi yaxınlaşan nüfuzlu şəxsin heykəlinin bərpasından qayıtmışdı. Telefonda dostuna orada baş verənləri, heykəli bərpa edib cilalamaq üçün danışıb razılaşdığı 300 manatlıq işi, iş qurtarandan sonra 200-ə endirən məmurla dialoqunu danışırdı. Deyirdi ki, işlətdiyi ləvazimatların 100 manatdan da baha olmasına baxmayaraq, qalstuklu buyruq qulu onun üzünə durub, "çox baha işləyirsən, al bu 200 manatı, bəsindir" – deyib. O isə 100 manatı götürüb, 100-nü də qaytarıb "məmurcuğun" özünə.

Bunları dostuna yarı qəhər, yarı fərəh hissi ilə anladırdı. Telefonla danışdıqca o pula necə ehtiyacı olmasını deməsə də, gözlərinin dərinliklərində, səsinin titrəyişində imkansızlığın böyük əziyyətləri oxunurdu. Lakin üzündəki ifadədən, duruşundakı vüqardan, etdiyi əməldən aldığı mənəvi zövq, fərəh daha aydın görünürdü. Beləcə, insan taleyinin ən ağrılı və ən vüqarlı əsəri canlanırdı gözlərim qarısında.

769
Teqlər:
Ramiz İsmi-Qaya, heykəltəraş, suvenir, abidə, rəssam, Qazax
Əlaqədar
Azərbaycanda ən çox heykəl ucaldılan rayon
İkinci Ramzesin heykəlinə gün şüası düşərsə...
Qırx ildir müştərisinin yolunu gözləyən usta
Masallılı usta qeyri-adi idman maşını düzəlti: “TOT AZ” 25 min manata başa gəlir
Xariciləri valeh edən azərbaycanlı usta
Düzəltdiyi sənət əsərlərini satmağa əli gəlməyən usta
Gəncədə vəziyyət

Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq

281
(Yenilənib 23:15 21.10.2020)
Ayhan Ulu (Pau) “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib

BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

281
Teqlər:
dəstək, konsert, müğənni, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, erməni təxribatı, raket zərbələri, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Televizora baxan adam, arxiv şəkli

Məşhur serialdan Azərbaycana dəstək

116
(Yenilənib 19:16 21.10.2020)
"Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər"

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanlıların da sevə-sevə izlədiyi Türkiyənin məşhur "Kalk Gidelim" serialında Azərbaycan haqda bəhs edilib.

Sputnik Azərbaycan xəbər verir ki, TRT-də yayımlanan ekran işində Azərbaycanın işğalçı Ermənistanla savaşından söz açılıb.

Serialın 125 bölümündə Seyfeddin Dal obrazını canlandıran aktyor Ufuk Özkan bu sözləri deyib:

"Cümhuriyyət rahat qurulmadı. Türk 1920-də də vətənini müdafiə etdi, indi də edir. Canımız, qanımız, Azərbaycanımız, qardaşlarımız bir mübarizə içindədirlər. 30 illik zülmə bəsdir deyirlər. Davalarında haqlıdırlar. Bunu bütün dünya belə bilsin".

Daha sonra isə ekran işində Xalq artisti Azərinin "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilib.

116
Teqlər:
serial, dəstək, Azərbaycan, Türkiyә, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər

Fikrət Sadıxov: “Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi”

0
(Yenilənib 08:28 23.10.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur
Fikrət Sadıxov: “Azərbaycan artıq status-kvonu qəbul etmir”

“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan uzun illər danışıqlar masasında münaqişənin həlli üçün çalışıb:

“Münaqişənin həlli üçün təqdim olunan baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Amma Ermənistan aşkar şəkildə bundan imtina etdi. Ermənistan hakimiyyəti seperatçı rejimi danışıqlar masasında görmək istəyirdi. Ancaq bu, Azərbaycan üçün qəbuledilməz idi. Münaqişənin həlli prosesi hərbi müstəviyə keçib və Azərbaycan artıq status-kvonu qəbul etmir. Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0