Nargilə Meitova

Azərbaycanlı aşıq "Sarı gəlin"i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi

776
(Yenilənib 10:03 14.06.2018)
Gürcüstanlı aşıq: "Heç bir azərbaycanlı iştirak etdiyi ortamda erməni ifaçının Azərbaycan xalq mahnısı "Sarı gəlin"i solo ifa etməsinə sakit tamaşa edə bilməz"

BAKI, 13 iyun — Sputnik. "Heç bir azərbaycanlı iştirak etdiyi ortamda erməni ifaçının Azərbaycan xalq mahnısı "Sarı gəlin"i solo ifa etməsinə sakit tamaşa edə bilməz".

Bunu Sputnik Azərbaycan-a Gürcüstanda keçirilən IX Qafqaz Caz Festivalında erməni həmkarı ilə birlikdə "Sarı gəlin"i oxuması barədə sosial şəbəkələrdə yayılan söhbətlərə münasibətini bildirərkən azərbaycanlı aşıq Nargilə Mehdiyeva (Tinatin) deyib.

İfaçı qeyd edib ki, artıq uzun müddətdir Tbilisidə aşıq musiqisi ilə digər musiqi janrlarının sintezini təqdim edən layihə üzərində işləyir. Bununla əlaqədar olaraq onu tez-tez müxtəlif tədbirlərə, festivallara dəvət edirlər. O isə bu dəvətləri məmnuniyyətlə qəbul edir, çünki bu, ona öz yaradıcılığını və Azərbaycan musiqisini geniş auditoriyaya təqdim etmək imkanı verir. 

"Məni Qafqaz caz festivalına dəvət etmişdilər və orada iştiraka razılıq vermişdim. Mən əvvəlcə orada "Koroğlu" yaradıcılığından aşıq mahnısını təqdim etdim. Tamaşaçılar onu dinləyib sadəcə valeh olmuşdular" — deyə Mehdiyeva bildirib.

O qeyd edib ki, bundan sonra festivalın təşkilatçıları ona erməni ifaçı ilə birlikdə "Sarı gəlin"i duet oxumağı təklif edib. O, adının və yaradıcılığının bu məsələ ilə yanaşı hallanmasını istəmədiyi üçün əvvəlcə bundan imtina edib. Sonra isə bununla razılaşmalı olub. Çünki azərbaycanlı aşıq əvvəllər də Ermənistandan olan həmkarları ilə birlikdə dəfələrlə eyni səhnəni bölüşüb. O, səhnədə erməni ifaçının "Sarı gəlin"i tək oxumasına razı ola bilməzdi. Çünki bu, Gürcüstanda yaşayan azərbaycanlılara böyük zərbə olardı.

"Hər şeyi düşünərək razılıq verməyi qərara aldım ki, sonra peşmançılıq çəkməyim. Mənə çox çətin oldu. Çox həyəcanlı idim. Təkcə ona görə yox ki, erməni həmkarlarla birgə çıxış etmək mənə rahat deyildi, həm də ona görə ki, bu mahnını ifa etmək asan deyil. Çünki mən, əsasən, aşıq mahnıları oxuyuram" — deyə Mehdiyeva bildirib.

Aşığın sözlərinə görə, o, "Sarı gəlin"i oxuyanda, zalda oturan azərbaycanlıların gözləri yaşarıb və tamaşaçılar öz həmyerlilərinə dəstək veriblər. Onlar erməni ifaçıların çıxışı zamanı onu da başa düşüblər ki, bu kompozisiyanın erməni xalqı ilə heç bir əlaqəsi yoxdur. "Sarı gəlin"i bu cür hissiyyatla, emosiya ilə və yüksək səviyyədə tamaşaçıya yalnız azərbaycanlı müğənnilər çatdıra bilər.

"Bu çıxışımdan sonra çoxsaylı müsbət reaksiyaları eşitmək mənə xoş idi. Hətta gürcülər qeyd edirdilər ki, "Sarı gəlin" şübhəsiz Azərbaycana məxsusdur. Çox şadam ki, bunu bir daha sübut etməyi bacarmışam" — deyə Mehdiyeva bildirib. 

Aşıq bildirib ki, azərbaycanlı həmkarlarından heç biri ona zəng edərək bu addımına görə suçlamayıb. Əksinə, onlar bir daha "Sarı gəlin"in xalqımızın real mülkiyyəti olduğunu sübut etdiyi üçün onunla qürur duyduqlarını bildiriblər.

Tinatin Gürcüstanda yaşadığını və bu səbəbdən də ermənilərlə hər an üz-üzə gəldiyini deyib.

Mehdiyeva tez-tez erməni müğənnilərinin də iştirak etdiyi çoxmillətli layihələrdə çıxış edir və hər dəfə onlarla eyni səhnəni bölüşmək məcburiyyətində qalır.

"Mənim tez-tez erməni ifaçılarla münaqişələrim yaranır. Çünki onlar azərbaycanlıların festival və müsabiqələrdə birinci yeri tutması ilə barışa bilmirlər. Onlar bizə münasibətlərini gizlədə bilmirlər, baxmayaraq ki, başqaları bunun fərqinə varmır" — Mehdiyeva bildirib. 

Tinatin Gürcüstanda doğulub-böyüdüyünü qeyd edib. Uşaq vaxtlarından aşıq musiqisi ilə məşğul olub. Hazırda Tbilisinin populyar ifaçılarından biridir. O, Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun ev-muzeyində, eləcə də Tbilisi Dövlət Konservatoriyasında xarici tələbələrə dərs deyir. Bununla yanaşı, Gürcüstan Qadınlar Assosiasiyasının və Azərbaycan Aşıqlar İttifaqının üzvüdür. O, Gürcüstanda Azərbaycan mədəniyyəti və musiqisini təbliğ etmək üçün mümkün olan hər şeyi edir. Artıq dörd ildir ki, o, xaricdə, xüsusilə də Londonda, İsveçdə, Amsterdamda və digər yerlərdə solo konsertlər verir.

"Mən Gürcüstanda yeganə qadın aşığam. Burada mənə böyük dəstək var. Tez-tez Azərbaycana da gedirəm, həmkarlarımla birgə eyni səhnəni bölüşürəm və televiziya verlişlərində iştirak edirəm" — deyə Mehdiyeva bildirib.

Aşıq onu da vurğulayıb ki, hər yerdə Azərbaycan musiqisini təbliğ etməkdə davam edəcək və hazırda bu istiqamətdə bir böyük layihə üzərində işləyir.

776
Əlaqədar
Azərbaycanlı cazmen macar musiqiçilərə “Sarı gəlin”i öyrədib
Azərbaycanlılar "Sarı gəlin"lə dubaylıları valeh ediblər
"Sarı gəlin"in sədaları altında belə qeyri-adi rəqs heç olmamışdı
Bir eşqin naləsini ifadə edən “Sarı gəlin” təqdim olundu
mikrofon

Əfsanəvi duet ortaqları yenidən bir araya gəliblər

7
Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Akif İslamzadənin də yer aldığı klip insanların marağına səbəb olub

BAKI, 30 noyabr — Sputnik. Məşhur estrada müğənnisi Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il sonra yenidən bir araya gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər.

Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

7
Vüqar Muradov

Əsgərlərin ölümü indiyəcən gözümün önündən getmir: Muradov qələbəmizi fərqli yaşayır

344
(Yenilənib 00:18 30.11.2020)
Vüqar Muradov etiraf edib ki, ön cəbhədə olarkən öz peşəsi barədə tamamilə unudub və əsgərlərə kömək etmək üçün əlindən gələni edib – yemək bişirib, bərbərlik edib, hətta sürücü kimi də çalışıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr - Sputnik. İndiyədək əsgərlərin ölüm səhnəsi gözümün önündən getmir, ona görə də Qələbəyə ürəkdən sevinmək alınmır. Bunu Sputnik Azərbaycan-a  müsahibəsində tanınmış müğənni, “yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov deyib. Vüqar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayanda könüllü olaraq cəbhəyə yollanmışdı.

Muradov danışır ki, könüllü yazılmazdan öncə öz rayonunun hərbi komissarlığından bildiriş gözləsə də o sənəd heç cür gəlməyib. Ona görə də İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra müğənni özü hərbi komissarlığa gedib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Cəbhəyə getmək istəyənlərin sayı çox idi. Oturub məni çağıracaqlarını gözləyə bilməzdim. Hərbi komissarlığın əməkdaşlarından xahiş elədim ki, adımı siyahıda birinci yazsınlar ki, məni cəbhəyə tez göndərsinlər. Onlar bunu etmək istəmirdilər. Amma mən dedim ki, əgər göndərməsələr, özüm gedəcəm, məni də heç kim saxlaya bilməyəcək. Sağ olsunlar ki, xahişimi yerə salmadılar”, - Muradov qeyd edir.

Müğənni etiraf edir ki, hərbi hissədəki əsgərlər onu görəndə xeyli təəccübləniblər. Onlar hesab ediblər ki, Muradov onlara mahnı oxuyaraq əhval-ruhiyyələrini yüksəltməyə gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Müharibə şou yeri deyil. Mən oraya oxumağa yox, döyüşməyə getmişdim. Orada öz sənətimi tamamilə unutdum, lazım olan hər şeyi eləməyə, köməklik göstərməyə çalışırdım. Həm sürücü oldum, həm əsgərlərə kabab çəkdim, həm ayrı yeməklər bişirdim, əsgərlərin başını qırxdım, saçını kəsdim, maşınlarını təmir elədim. Nə iş görməyin mənimçün fərqi yox idi. Bizim hər birimiz bir-birimizə kömək etməyə, bir-birimizin yolunda canından keçməyə hazır idik, halbuki heç tanış da deyildik”, - Muradov danışır.

Müğənni hər şeylə təmin olunmalarına rəğmən, cəbhəyə yemək və geyim göndərən Azərbaycan xalqına xüsusi münnətdarlığını bildirir.

İkinci Qarabağ müharibəsində qələbə qazanmağımıza baxmayaraq, Muradov deyir ki, ürəkdən sevinə bilmir. Birlikdə döyüşdüyü, çörək kəsdiyi əsgərlərin ölüm səhnələrini heç cür unuda bilmir.

“Gözlərimi yuman kimi sanki cəbhəyə qayıdıram. Yuxuda da özümü ön cəbhədə görürəm. Bunların hamısını yaşamaq çox çətindir. Müharibədə həmişə çətindir. Oradan tamamilə başqa adam kimi qayıtmışam. Allaha şükür, biz qalib gəldik, şəhidlərimizin ölümü hədər olmadı. Uzun illər işğal altında qalan torpaqlarımızı gördüm. O anlarda heç birimiz göz yaşlarımızı saxlaya bilmədik”, - müğənni danışır.

O etiraf edir ki, bir çox ölkələrdə olub, hər dəfə Qarabağ münaqişəsi barədə az da olsa məlumatı olan əcnəbilərlə söhbətində hiss edib ki, onlar azərbaycanlıları uduzmuş  xalq hesab ediblər. İndi isə Azərbaycan qalib dövlət olub.  

Muradov ümid edir ki, birlikdə döyüşdüyü əsgərlərlə tezliklə yenidən görüşəcək. Onların çoxu hələ evlərinə qayıtmayıb.

344
Teqlər:
Vüqar Muradov, Yeni ulduz, müğənni, döyüş, müharibə, ön cəbhə, Azərbaycan, Qarabağ
Bakıda uşaqlar, arxiv şəkli

"Beşik kəsdi", "qoy qazancımız özümüzünkünə qismət olsun" anlayışları sağlam nəsilə qarşı

11
Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. "Qohumlar arasında bağlanan nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, qeyd edib ki, bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.

Azərbaycanda qohum evlilikləri tarix boyu olub. Ailə bağlarını möhkəmləndirmək, hər iki ailəyə aid var-dövlətin itirilməməsi və ya gücləndirilməsi, böyüklərin təzyiqi və ya sevgi halları qohum evliliklərinə səbəb olur.

Sosioloq Tərlan Tağlyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə nikahların bağlanılması çox vaxt fəsadlarla nəticələnir. 1-ci və 2-ci dərəcəli qohumlar daha risklidir: "Bacı-qardaş, bacı-bacı, qardaş-qardaş uşaqları 1-ci dərəcəli, bacı-qardaş nəvələri isə 2-ci dərəcəli qohum sayılırlar. Məsləhət görülürki 4-cü nəsilə kimi qohum evlilikləri olmasın. Artıq 7-ci nəsil yad insanlar sayılır. Çünki 7-ci nəsilə kimi qohumlar arasında nikah halları olmayıbsa artıq gen dəyişmiş olur".

Sosioloqun sözlərinə görə, qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir. Gen ağacı qurub xəstəliklərə nəzər salsaq və genetik xəstəliklərin olduğunu və yaxud belə xəstəliklərin daşıyıcısı olan qohumları və tərəfləri aşkarlasaq, bu zaman ehtimal daha da çoxalır.

"Xromosom çatışmamazlığı, əzələ boşluğu, əqli çatışmamazlıq, talassemiya, hemofiliya, şəkər, ürək-damar və s kimi xəstəliklərlə uşaqlar dünyaya gələ bilir. Adətən belə durumlarda uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşağın az çəki ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Uşaq sağlam da dünyaya gələ bilər, lakin sonradan fəsadlar ortaya çıxa bilir. Təbii ki, bu hallar bütün qohum evliliklərinə aid deyil. Bunun üçün nəsildə genetik xəsdəliklərin olmadığından əmin olmaq lazımdır. Mütləq şəkildə evlənməyə qərar vermiş şəxslər tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin nəticələri müsbət deyilsə onların evlənmələri məsləhət görülmür. Belə evliliklərin qarşısını almağa çalışsaq da qeyri rəsmi, nikahsız yaşayanların sayı artacaq", - deyə o bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin 12%-ni qüsurlular təşkil edir. Belə əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Xarici ölkələrə nəzər salsaq görürük ki, qohum evliliyini dəstəkləyən və dəstəkləməyən ölkələr var.

Məsələn, Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvədədir.

Katoliklər 4-cü nəslədək qohumların nikahlarına imkan vermirlər. Onlara görə 4-cü nəslə qədər evlilik insest (yəni ailədaxili yaxınlıq) sayılır.

Türkiyə şərq ölkələri arasında daha çox qohum evlilikləri olan ölkələrdə ön sıradadır. Bu ölkədə hər 100 evlilikdən 15-i qohumlar arasında olur.

Danimarka isə əngəlli uşaqların doğulmasının qarşısını almaq üçün qanunların sərtləşdirilməsini təklif edib. ABŞ-ın 24 ştatında qohum evliliyi qadağan olunub. Hindistanda isə bu hal daha geniş yayılıb. Almaniyada belə hallara az rast gəlinir.

T. Tağıyeva bildirib ki, araşdırmalar göstərir ki, yaxın qohum evliliyindən doğulan hər 10 uşaqdan 8-i fiziki və yaxud zehni əngəlli anadan olur: "Hal belə olan zaman belə bir sual ortaya çıxır. Bəs dini baxışlara görə qohum evliliklərinə yanaşma necədir? Quranda qohum evlilikləri qadağan edilməyib. Lakin məsləhət görülür ki, sağlam övladlar dünyaya gətirmək üçün bu cür evliliklərə üstünlük verilməsin. Qohum evliliklərinin müsbət tərəfləri də vardır. Məsələn, ailədə olan istedadların belə nikahlardan dünyaya gələn uşaqlarda daha güclu olmasıdır. Bunlara güclü yaddaş, savad, incəsənətə dair isdedadlar, əl qabiliyyətinin olması və digərlərini aid etmək olar".

Sosioloqun fikrincə, qohum evlilikləri mövzusunda məqalələr daha çox tibbi cəhətdən araşdırılıb və onun mənfi tərəfləri vurğulanıb.

"Düzdür, öncə biz tibbi tərəfləri araşdırmalıyıq. Lakin unutmayaq ki, evlilikdə tibbi məsələlər ilə yanaşı sosial məsələlərə də diqqət etməliyik. Belə ki, çox vaxt qohum evliliklərində problemlər yaşanmağa başlayır. Tərəflər bir-birlərini iki bacı, iki qardaş kimi yox artıq iki quda kimi görməyə başlayır. Ailədə hər hansısa bir problem yaşandığında və ya boşanma halları olduğunda artıq o iki ailə düşmənə çevrilir. Bu hal öz növbəsində digər ailə üzvlərinə də təsir edir. Beləcə bir nəsil arasında soyuqluq və daim münaqişə yaşanır. Düşünürəm ki, məcbur qalmadıqca qohum evliliklərinə üstünlük verməməliyik. Düzdür, gənclər arasında sevgi münasibətləri halları da olur. Lakin gənclərin öz razılıqlarından əlavə valideyinlərin təkidləri nəticəsində də belə nikahların sayı çoxdur", - deyə ekspert bildirib.

Qeyd edək ki, müasir dövrdə yaşasaq da beşik kəsdi (kərtməsi) kimi adət-ənənələr hələ də bəzi bölgələrdə qalmaqdadır. Azərbaycanda da qohum evliliklərinə çox rast gəlinir. Lakin illər keçdikcə bu tip stereotiplər qırılmağa başlayacaq və gənclər böyüklərin beşik kərtməsi, siyasi-iqtisadi maraqlarına görə deyil, öz istəklərinə görə ailə həyatı quracaqlar və qurmaqdadırlar.

11
Teqlər:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bahar Muradova, talassemiya, uşaqlar, irsi xəstəlik, ailə, Boşanma, Evlilik