Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezidentdən yüksək vəzifəyə təyinat

Abunə olmaq
Yeni nazir müavini təyin olub

BAKI, 21 may — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci tarixli Sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Rəşad Mahmudov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı Ürək Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1994-2001-ci illərdə gənclər, idman nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir (1980).

Xəbər lenti
0