Televiziya proqramı

Efirlərin qalmaqal sevgisi... ürəkbulandıran axın

386
(Yenilənib 17:54 21.05.2018)
Ən pisi də odur ki, illərini sənətə həsr etmiş fövqəladə istedadlı sənətkarlar belə, bu oyuna alət olublar

BAKI, 20 may — Sputnik. Televiziya verilişlərinin mənasızlığından, gərəksizliyindən, bayağılığından dolayı əksər insanlar televizora baxmaqdan imtina edib. Elə mən də. Lakin biz nə qədər televizor izləməkdən qaçıb sosial şəbəkələrə və sosial mediaya sığınsaq da, televerilişlərin ən mənasız, ən gərəksiz, ən bayağı hissələri burda da qarşımıza çıxır.

Bütün televiziya layihələrinin yazılı mətnlərində layihənin məqsədinin maarifləndirmə, ehtiyacı olanlara yardım, şou və əyləncə kimi sözlər yazılsa da, görünüşdə yalnız reytinqə hesablanmış ucuz qalmaqallar, mənasız müzakirələr yayımlanır. Birinin geyimi, digərinin seks həyatı, bir başqasının həmkarları ilə dava-dalaşı həm televiziya üçün, həm də sosial media üçün hər şeydən daha çox maraq dairəsi olub. Bu ürəkbulandıran axın sənəti kölgədə qoymaqla yanaşı, əsl sənət adamlarını da gözdən salır.

Ən pisi də odur ki, illərini sənətə həsr etmiş fövqəladə istedadlı sənətkarlar belə, bu oyuna alət olublar. Məsələn, Flora Kərimova. Axı Flora Kərimova təkcə Azərbaycana deyil, bütün dünyaya gəlmiş ən nadir səs sahiblərindən biridir. Həm səsi, həm sənət biliyi, həm də səhnə təcrübəsi ilə bu gün bizə və mədəniyyətimizə ən gərəkli adamlardandır. Niyə biz bu boyda sərvətimizi hər gün hansısa qalmaqalda görməliyik? Xanım sənətkarın söz atmadığı, davaya çıxmadığı, təhqir və ya tənqid etmədiyi həmkarı qalmayıb. Bu bir psixoloji problemdir, yoxsa sadəcə gündəmdə qalmaq eşqi? Yaşlılıqdan yaranmış psixoloji problemdirsə, şəfa diləməkdən başqa çarəmiz yoxdur. Əgər gündəmdə qalmaq sevdasıdırsa, biri Flora xanıma izah etməlidir ki, o səsi ilə min illər boyu bu xalqın gündəmində olacaq. Nə gərək var belə dava-dalaşlarla gözdən düşməyə?

Aygün Kazımova, Brilliant Dadaşova, Elza Seyidcahan kimi səhnə ustaları da zaman-zaman bu oyunda istifadə olunurlar. Xalq da onların sənətindən çox, dava-dalaşlarını izləyir. Ya geyimləri, ya şəxsi münasibətləri, ya da qalmaqalları ilə bağlı süjetə baxır, xəbər oxuyurlar.

Hər gün yağışdan sonrakı göbələklər kimi çıxan onlarla müğənnilər bir o qədər narahat etmir bizi. Onlar onsuz da şöhrət və pul üçün səhnəyə çıxırlar, şöhrətin və pulun də ən ucuz yolunu — qalmaqalı tapıblar. Onlar bu gün varlar, sabah yox. Tarix də onları silib atacaq. Adamı incidən əsl sənətkarların reytinq dəllalları üçün özünü alətə çevirməsidir.

Bunda cəmiyyətin də günah payı var. Bu cəmiyyət dava-dalaş izləməkdən, qeybət etməkdən, başqalarının həyatına burun soxmaqdan, kiminsə əməllərini güdməkdən, geyimini müzakirə etməkdən zövq alır. Bütün bunlar bizim cəmiyyət üçün artıq milli-mənəvi dəyər halını alıb. Müasir televiziya layihələri də cəmiyyətin damarını tutur və onların ən sevdiyi şeyləri qızıl məcməyidə onlara sunur. Sənət adına qorxulu olan isə odur ki, sonda bu qızıl məcməyinin içinə qan qusulmasın.

Axı yerli televiziyanın çoxsaylı teletamaşaları vardı. Həm yerli müəlliflərin, həm dünya müəlliflərinin necə gözəl əsərləri səhnələşdirilirdi. Bu əsərlər həm məzmun və mövzu etibarı ilə keyfiyyətli idi, həm də əsl sənəti, teatrı sevdirirdi. Elmi-bədii filmlər, sənədli filmlər, lazımlı mövzuların müzakirəsi, maarifləndirici layihələr, müxtəlif sahələr üzrə obyektiv yarışmalar niyə yayımlanmır? Bu ölkənin ziyalı adamlarını da, istedadlı adamlarını da ailə-məişət qalmaqallarına, bayağı şoulara ekspert elədilər. Hara gedirik?

386
Teqlər:
teletamaşa, efir, sənət, televiziya, qalmaqal
İmamyar Həsənov, arxiv şəkli

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar - VİDEO

13
(Yenilənib 21:34 05.12.2020)
Kamançaçı İmamyar Həsənovla İsrailin Anna RF musiqi qrupu Laçın rayonunun işğaldan azad edilməsinə birgə layihə həsr ediblər

BAKI, 5 dekabr - Sputnik, Kəmalə Əliyeva. Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi "Laçın" mahnısı ilə şövqə gətirib.

Həsənov bu mahnını kamançada dəfələrlə solo ifa edib, ancaq bu dəfə əcnəbi həmkarlarını da cəlb edib. Mahnı onların çox xoşuna gəldiyindən ifa zamanı heç bir problem yaranmayıb. Musiqiçi deyib ki, bu layihəni Laçın rayonunun çoxillik işğaldan azad olunmasına həsr edib. 

 

İmamyar Həsənov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə ABŞ-a köçüb. Hazırda San-Fransiskoda yaşayır. 

2012-ci ildən San-Fransiskoda Beynəlxalq musiqi festivalının musiqi direktorudur. Həsənov həmçinin oradakı beş orta məktəbdə Azərbaycan muqisini tədris edir. O, Türkiyə, Yunanıstan, İran və İsraildə çıxış edib.

13
Teqlər:
video, İmamyar Həsənov, ifa, kaman, musiqi, İsrail, Azərbaycan, Laçın
Ceyms Bond

Ceyms Bondun silahı hərracda satıldı

7
(Yenilənib 20:46 05.12.2020)
Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı

 

BAKI, 5 dekabr — Sputnik. Şon Konnerinin agent-007 rolunu oynadığı "Ceyms Bond" filmində istifadə edilən tapança hərracda yüksək qiymətə satılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tapança 256 min dollara satılıb.

Söhbət "Doktor Nou" filmində olan Walther PP silahından gedir. Süjet xəttinə görə, məhz bu filmdə Bond Berettanı Walther PP-yə dəyişir. Çünki o, Berettanın uğursuluq gətirəcəyini düşünürdü. Həmin vaxtdan Walther PP xüsusi agentin əsas silahına çevrilir.

Silah gözlənildiyindən baha qiymətə satılıb. Çünki əvvəlcə o, 150-200 min dollar məbləğində dəyərləndirilmişdi.

Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı. Geyim yarım milyon dollar məbləğində dəyərləndirilmişdi.

Qeyd edək ki, çimərlik geyimi ilk dəfə 2001-ci ildə 45 dollara Planet Hollywood restoranlar şəbəkəsinin rəhbəri Robert Erl tərəfindən satın alınmışdı.

7
Teqlər:
tapança, hərrac, Şon Konneri, film
 Türkiyə ordusuna məxsus Bayraqdar PUA-sı, arxiv şəkli

Rusiya Qarabağa görə yeni PUA yaradır

0
(Yenilənib 22:30 05.12.2020)
Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.

BAKI, 5 dekabr — Sputnik. Noyabr ayında Rusiya müəssisələri "son yerli qarşıdurmaların təcrübəsinin təhlilini" nəzərə alaraq, düşmən pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün hazırlanmış pilotsuz uçuş aparatı (PUA) yaratmağa başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına  istinadla xəbər verir ki, məlumata görə, "uzun mənzilli radar patrulu üçün pilotsuz bir helikopter" "kiçik və aşağı sürətli düşmən pilotsuz təyyarələrini aşağı və son dərəcə aşağı yüksəkliklərdə" izləmək və "onlara hərbi hava hücumundan müdafiə zenit-raket sistemlərini hədəf almaq" üçün nəzərdə tutulub.

Silahın qısa müddətdə yaradılacağı qeyd edilir.

Xatırladaq ki, noyabr ayında Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktor müavini Konstantin Makienko Qarabağdakı son münaqişəni şərh edərkən Rusiyanın məğlub tərəf olduğunu qeyd edərək bildirib ki, Ukrayna Silahlı Qüvvələri də Rusiyanın sahib olmadığı üçüncü nəsil tank əleyhinə raket sistemləri və kamikadze dronlarına sahibdir.

0
Teqlər:
Azərbaycan, Qarabağ, istehsal, Rusiya, PUA