Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sarqsyan Azərbaycan bayrağı fonunda mahnı oxudu

© Photo : Instagram / srbuhisargsyanАрмянская участница украинского музыкального проекта выступила "Голос Украины" Србуи Саргсян
Армянская участница украинского музыкального проекта выступила Голос Украины Србуи Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni müğənni bu "səhv"ə görə təşkilatçıları bağışlayıb

BAKI, 3 may — Sputnik. "Yanlış da bir naxışdır" deyirlər. Ukraynalıların ekranlara çıxan və milyonlarla tamaşaçısı olan beynəlxalq musiqi yarışması zamanı erməni qızın oxuduğu "Human" (mahnı insan hüquq və azadlıqları uğrunda mübarizəyə həsr olunub — red.) mahnısının fonunda Azərbaycan bayrağının ekrana çıxarması da, deyəsən, yanlışdan doğan bir naxışdır.

Bu günlərdə beynəlxalq vokal layihəsinin təşkilatçıları Kiyevdə Ermənistan müğənnisinin çıxışı zamanı "siyasi səhvə" yol veriblər. Ukraynanın "Голос країни" ("Ölkənin səsi") vokal layihəsində çıxış edən erməni müğənni Srbuya Sarqsyan "Human" mahnısını oxuyan zaman arxa fondakı ekranda Azərbaycan bayrağı əksini tapıb. Eyni zamanda mahnının sonunda ekrana yazılan "Human" sözü də Azərbaycan bayrağının rənglərində olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sarqsyan bu barədə özünün Instagram səhifəsində yazıb. O, layihənin təşkilatçılarının bu barədə izahatını qeyd edərək bildirib ki, baş verənlər texniki səhv olub və onlar həm müğənnidən, həm də duyğularının təhqir olunduğunu düşündükləri digər insanlardan üzr istəyiblər.

"Biz hamımız insanıq və bəzən səhv edə bilərik. Mən "Голос країни" komandasını yaxşı tanıyıram və onların üzrxahlığının səmimi olduğuna inanıram. Mənim çıxışım insan hüquq və azadlıqları uğrunda mübariziyə həsr olunmuşdu və orada təxribata yer yox idi", — müğənni bildirib.

"Mən dəstəyə və inkişaf imkanlarına görə layihənin peşəkar komandasına minnətdaram. Ukraynalılara, onların isti və xeyirxah münasibətinə görə isə daha çox minnətdaram", — deyə Sarqsyan əlavə edib.

Onun sözügedən çıxışının videosu "Голос країни" layihəsinin "YouTube"dakı rəsmi saytından silinib və əvəzində səhvlərin düzəldiyi yeni çarx yerləşdirilib. Yenilənmiş çarxı da diqqətinizə təqdim edirik.

Xəbər lenti
0