Flora Kərimova

“Röya başa düşməlidir ki, məni öz sponsorları ilə qorxuda bilməz”

794
(Yenilənib 21:58 30.04.2018)
Xalq artisti: “Mən Röyanı İlhamə Quliyeva onu "iylənmiş", "bitli", "pinti" adlandıranda müdafiə eləmişəm”

BAKI, 30 aprel — Sputnik. Azərbaycanın Xalq artisti gənc həmkarını bağışlamaq fikrində deyil: Röya jurnal məqalələrinin birində ona xoşagəlməz jest eləyib və bununla da Flora Kərimovanı çox pis təhqir edib.

Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Röya Ayxan arasındakı qalmaqal uzun illərdir davam edir. İndiyə qədər onların hər ikisi susurdu və bir-birinə qarşı ictimaiyyət qarşısında heç nə demirdi. İndi isə vəziyyət dəyişib. Flora Kərimova sözügedən münaqişənin səbəbləri və gənc həmkarı ilə münasibətləri barədə Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.

— Hazırda sizin Röya ilə qalmaqalınız gündəmdədir. Bu münaqişənin səbəbi nədir?

— On il əvvəl, Roya bu yolu (dava — red.) tutmağa cəhd edəndə və məni jurnaldakı şəkildə orta barmağı ilə göstərəndə, bir müxbir çox doğru olaraq qeyd eləmişdi ki, o, adətən konsertindən əvvəl özünə total diqqəti cəlb eləmək üçün qalmaqal yaradır. Və ilk dəfə Röya konserti zamanı öz məqsədi üçün məni seçdi. Çünki mən sənətkar idim. Eyni şey ikinci dəfə də baş verdi. O məni günahlandırdı ki, mən onu sənətkar hesab eləmirəm.

Elə səs var ki, onun ifa etmək imkanları çox məhduddur və əgər o səs inkişaf etmirsə, bütün mahnılar eyni cür səslənirsə, onda tamaşaçı bu müğənniyə marağını itirir. Mən sözləri eşidən kimi ona dinləyicini həyəcanlandıran, narahat edən və bəzən göz yaşları axıtmağa vadar edən səsimi əlavə edirəm. Bu, ilahidən gəlir. Mən heç nə düşünmürəm. Sadəcə, Allahın mənə verdiyi istedad tədricən iş prosesində açılır. Mənə, hətta özüm haqqında belə danışmaq xoş deyil. Onlarınsa belə bir imkanları yoxdur. Onlar tamaşaçını bezdirirlər və öz ifaları ilə yeni heç nə nümayiş etdirmirlər.

Öz tərbiyəsizlikləri ilə məhv etdikləri gözəl musiqilər istisna olmaqla, xalqın şərəfi, mədəniyyəti, mentaliteti ilə oynayırlar.

Röya başa düşməlidir ki, təkcə özünü deyil, həm də "ləyaqət" sözünün alternativinin olmadığı Azərbaycanı təmsil edir. Axı o, özünün çirkin davranışları ilə hamını biabır edir. Sizcə, mən bu respublikanın vətəndaşı olaraq necə susum?

— Flora xanım, Röya etiraf edir ki, yaradıcılıq yolunun başlanğıcında siz həmişə ona dəstək vermisiniz və hətta onu qızınızın toyuna da dəvət etmisiniz…

— Bəli, o mənim qızımın toyunda olub, çünki həmin vaxtlar da, indi də onun tərəfindən çox sevilir. Qızımın mənə qarşı sənətlə bağlı iradları olan adamları bağışlamaq kimi bir şakəri var. Mən ən başda Röyanı dəstəkləmişdim və o, bunu yaddan çıxarmamalı, jurnalda mənə orta barmağını göstərməməli idi.

— Axı Röya deyir ki, o, həmin barmağı sizə göstərməyib…

— Bu necə ola bilər? Bu məxsusi olaraq çəkilmiş şəkildir. O, hətta burada xüsusi poz verib. Röya onun adını daşıyan həmin jurnalın yaradıcısı və redaktoru olub. Siz necə düşünürsüz, hansısa sponsor məsuliyyəti öz üzərinə götürərək belə bir nəşr buraxır?

Bundan əlavə, o, iddia edir ki, mənim "Bir axşam taksidə" mahnımdan başqa kompozisiyam yoxdur. Röya, axı sən illərlə öz maşınında mənim "Bilməzdim" mahnıma qulaq asmısan!

Mən bir şeyi bilirəm ki, o, İlhamə Quliyevanın sözlərini səsləndirir. Çünki bu "komplimentləri" mən İlhamənin ağzından eşitmişəm. Bəs Röyanın öz sözləri hanı və o niyə eynilə İlhamənin yolunu gedir? Mən həmişə hamıya xəbərdarlıq edirəm: "Mənə toxunmayın". Və ona görə demirəm ki, bu, məni təhqir edir. Ona görə ki, mən bir qadın olaraq öz uşaqlarıma görə məsuliyyət daşıyıram. Mən beləyəm də. Mən hər bir Azərbaycan qadınının, hətta alçalanlarının belə arxasında dağ kimi duracağam, çünki o azərbaycanlıdır və bu xalqın qanını daşıyır.

— Aranızda barışıq mümkündürmü?

Röya jurnalının səhifəsi
"Röya" jurnalının səhifəsi

— Əlbəttə ki, yox. Mən onun anadangəlmə xarakterini dəyişə bilərəm? Mən Röyanı İlhamə Quliyeva onu "iylənmiş", "bitli", "pinti" adlandıranda müdafiə eləmişəm. Mən dağ kimi onun dalında dayanmışam. Mənim Röyaya sadəcə qadın kimi iradım olub və dəfələrlə ona bu barədə demişəm. Əgər o, bunu qiymətləndirməyibsə və mənə orta barmağını göstəribsə, mən nə etməliyəm? Mən bütün bunları udub deməliyəm ki, "sağ ol, ay Röya, mən sənin sponsorlarından qorxuram?"

— Deməli, qalmaqal davam edəcək?

— Mən ona bu səbəbdən cavab vermişəm ki, o, məni siyasi fəaliyyətimlə vurmağa başlayıb. Ona müraciət edərək soruşmaq istəyirəm: "Sən bunları danışmağı utanmadın? Hamı sənə tüpürdü".

Röya indi ona görə susur ki, aşağı doğru yuvarlandığını başa düşüb. Faiq Ağayev də özünü belə yandırmışdı, məni incitməyə başladı və indi heç kimdir. Röya da həmin vəziyyətə çatıb. Onun istedadı yoxdur, sadəcə ürəkdən oxuyur. Amma o unudur ki, həmin ürəkdən hamıda var.

Mənim 77 yaşım var. Mən onun kimi axmaq deyiləm ki, sözləri qulaqardına vuram. Məndə ona cavab verəcək nələrsə var və bütün bunlara görə, o özü günahkardır. Necə yeddi yaşlı uşağın yanında unitazda otururmuş kimi oturub poz verərək orta barmağı göstərmək olar?!

Təəccüblüdür ki, Faiq, İlhamə və Röyanın hər üçünün hərəkətlərində eyni xətt, eyni ifadələr və eyni ittihamlar sezilir. Sanki onlar əkizlərdir. Röya anlamalıdır ki, məni özünün sponsorları ilə qorxuda bilməz. Onsuz da o sponsorlar uzun müddət onun dalında durmayacaqlar. Bunu başa düşmək üçün Röyanın, hətta qadın ağlı da çatmır.

794
Teqlər:
Flora Kərimova, Röya Ayxan, müsahibə, ittiham, qalmaqal, cavab
Əlaqədar
Flora Kərimova “Sən supersən!”-nin Azərbaycan təmsilçisi haqqında danışır
Flora Kərimovadan etiraf: "Məndən xalq düşməni düzətmək gecdir"
Flora Kərimovanın yeni klipinin təqdimatı oldu
Flora Kərimova: "Mənə dəstək olmasaydılar, bu günlərə gəlməzdim"

Prezident İlham Əliyev Eldar Quliyevi təbrik edib

23
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.

BAKI, 23 yanvar - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Eldar Quliyevə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır”.

Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

23
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

7
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

7
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurlarının öldürdüyü talesiz azərbaycanlı - VİDEO

0
(Yenilənib 00:09 25.01.2021)
Fərman İsmayılov yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

BAKI, 24 yanvar - Sputnik. Ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə də 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov ''XəzərXəbər''ə açıqlama verib.

Hadisə Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmidə baş verib. Gəmi qəfildən nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub.Silhalılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.Digər 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

Dəniz quldurlarının qətlə yetirdiyi Fərman İsmayılovun qardaşı Ayaz İsmayılovun sözlərinə görə, Fərman 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

Bu arada Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Mövlud Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Türkiyənin başda Abuca olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli mətbuata bildirib ki, qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb. Fərman İsmayılovun nəşi və 3 heyət üzvü hazırda gəmidədir.

Hadisəyə Azərbaycanın Xarici İşlar Nazirliyindən də münasibət bildirilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

0
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, dəniz quldurları