Flora Kərimova

Flora Kərimova: "Mənə dəstək olmasaydılar, bu günlərə gəlməzdim"

65
(Yenilənib 13:00 26.04.2018)
Xalq artisti: "Səmədi dəstəkləmək lazımdır, inanıram ki, onun daha böyük uğurları olacaq"

BAKI, 26 aprel — Sputnik. NTV telekanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən!" Beynəlxalq Vokal Müsabiqəsi 2018-ci ilin 10 fevralında start götürüb. Bununla bağlı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycan təmsilçisi Səməd Novruzov və digər qonaqlar layihədəki iştirakı barədə təəssüratlarını bölüşüblər.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq artisti Flora Kərimova bildirib ki, incəsənətlə məşğul olan şəxslərə onların yaxınları dəstək olmalıdır: "Mən yeni başlayanda oxumaqdan 3 alırdım. Ancaq bu gün Azərbaycanın Xalq artistiyəm. Əgər vaxtında mənə dəstək olmasaydılar, həvəsdən düşərdim və sənətkar ola bilməzdim".

"Bu gün Səmədi dəstəkləmək lazımdır. İnanıram ki, onun daha böyük uğurları olacaq" — F.Kərimova vurğulayıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Səməd Novruzov artıq layihədə iştirakını başa çatdırıb.

65
Teqlər:
Xalq artisti Flora Kərimova, "Sən supersən!" Beynəlxalq Vokal Müsabiqəsi, Sputnik İnformasiya Agentliyi və Radiosu, Səməd Novruzov, NTV telekanalı, Sputnik Azərbaycan
Əlaqədar
Səməd Novruzov “Sən supersən!” layihəsini tərk edib, lakin söz verir ki, həmişə oxuyacaq
Azərbaycanlı Səməd Novruzov “Sən supersən!”də çıxışa necə hazırlaşır
Namiq Cəbrayılov "Sən supersən"in ikinci turuna keçib
Alcanova “Sən supersən!”də azərbaycanlıları dəstəkliyir
Mehdiyeva “Sən supersən!”də azərbaycanlılara azarkeşlik edir
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

9
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

9
Teqlər:
rejissor, film, Ancelina Coli

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

73
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

73
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağda Bakı Yerevana sərf edən nizamlanma barədə

7
"Bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır"

BAKI, 24 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hazırda Qarabağda Bakı və Yerevanın maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradılır. 

"Həmçinin Rusiyanın humanitar reaksiya mərkəzi öz işinə başlayır. Mərkəz dağıntılara məruz qalmış rayonların yardımla, infrastrukturun bərpası, normal dinc həyat üçün şəraitin yaradılması ilə məşğul olacaq. Bu səylərdə müvafiq beynəlxalq təşkilatların əhəmiyyətli iştirakına ümid edirik. Düşünürük ki, bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır", - RF lideri bildirib.

7