İldırım Üzeyirov

Azərbaycanda min illik oyanış Goranboy sakininin sayəsində

690
(Yenilənib 19:03 24.04.2018)
Və ya Məshəti yaradıcılığının vazkeçilməzinə həyat verən azərbaycanlı

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Azərbaycanın simli musiqi alətləri arasında ən mükəmməl və məşhur olanlardan biri tardır. Əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilən tar bu gün də muğam sənətinin inkişafında müstəsna yer tutur. Tarın tarixi çox qədimlərə gedib çıxsa da, onun təkmilləşib müasir vəziyyətə çatmasında məhz Azərbaycan sənətkarlarının xüsusi rolu olub.

Bu gün də ölkəmizdə kifayət qədər tar ifaçılığı ilə məşğul olan, onu daha da təkmilləşdirməyə çalışan sənətkarlar var. Belə sənətkarlardan biri də Goranboy rayon Qızılhacılı qəsəbə sakini İldırım Üzeyirovdur.

İldırım Üzeyirov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu sənəti heç kimin köməyi olmadan, öz bacarığı və tara sevgisi sayəsində öyrəndiyini deyib. Bildirib ki, hələ 10 yaşından tarda ifa etməyi öyrənməyə başlayıb, həmçinin tarın necə söküldüyünü, təmir edildiyini görüb, yaddaşına həkk edib. Sonradan tar haqqında kitablar oxuyub, ölçülərlə tanış olub.

Həyatını tar musiqisinin inkişafına həsr edən qəhrəmanımız artıq 30 ilə yaxındır ki, Naftalan şəhər Uşaq Musiqi Məktəbində tar müəllimi işləyir. Yeni nəsilə bu ecazkar alətdə musiqi səsləndirməyin sirlərini sevə-sevə öyrədir.

İldırım Üzeyirov
© Sputnik / Ilham Mustafa
İldırım Üzeyirov

Sənətkar tar alətini düzəltməyə isə 15 ildir başlayıb: "Tarı düzəldəndə çəkil (erkək tut ağacı) və qoz ağaclarından istifadə edirəm. Çəkili ərik ağacıyla da əvəz etmək olar, lakin müəyyən müddətdən sonra ərikdən hazırlanan tarda müəyyən problemlər yaranır. Tut ağacından hazırlanan tarlar isə daha dözümlü və gözəl səsli olur. Qalan hissələri isə ebonit materialı, camış buynuzu, sümükdən hazırlanır".

Tar düzəldərkən yalnız onun simlərini pul ilə aldığını deyən müsahibimiz alətin ən incə hissələrindən birinin də üz, sinə hissə olduğunu söyləyib: "Tarın üzünü hazırlayanda dana ürəyinin dərisindən istifadə edirəm. Dəri soyulur, qurudulur, istifadədən qabaq isə suya qoyulduqda öz əvvəlki vəziyyətinə gəlir".

"Düzdür, bu gün də kitablarda tarın üz hissəsinə iri balıqlarının sinə dərisi çəkilməsi yazılır. Lakin balıq dərisi qalın və dözümlü olsa da, ürək dərisi alətin daha gözəl səslənməsini təmin edir. Dəri qalın olduqda isə həmin effekti almaq olmur" — İ.Üzeyirov bildirib.

Usta danışıb ki, tarın hazırlanması böyük diqqət tələb edir: "Tarın hazırlanmasında 16 incə məqam var, çanağın hazırlanmasından aşıqların qoyulmasınadək hər biri yüksək diqqət tələb edir. Onun hər hansı hissəsində millimetrdən aşağı fərqlilik olsa, alət düzgün səs çıxarmır. Əgər ifaçılar mənim tarlarımda cüzi səhv tapsalar, bir də sifariş verməzlər".

Hazırladığı tarlara çox böyük tələbatın olduğunu deyən İldırım müəllim həftə ərzində 3-4 tar hazırlaya bildiyini, qiymətlərinin isə ölçülərindən asılı olaraq 200-500 manat aralığında dəyişdiyini bildirib.

Usta, həmçinin Azərbaycanın qədim simli alətlərini də hazırlayır. 12-ci əsrdə yaşamış şair Məhsəti Gəncəvinin öz şeirlərini söyləyərkən istifadə etdiyi deyilən cəng aləti də onun zəhmətindən sonra yeni nəfəs qazanıb. Hətta hazırladığı cənglərdən biri Gəncədəki muzeylərdən birində eksponat kimi saxlanılır.

690
Teqlər:
İldırım Üzeyirov, simli musiqi aləti, alət, tar, muğam, sənətkar, usta, sənət, Azərbaycan
Əlaqədar
Usta həyatını təhlükəyə ataraq hər kəsi qorxutdu
Qırx ildir müştərisinin yolunu gözləyən usta
Evini təmir edən ustaya ərə gedən qadın indi küçələrdə qalıb
Masallılı usta qeyri-adi idman maşını düzəlti: “TOT AZ” 25 min manata başa gəlir
Lerikli ustanın bacarığı hər kəsi heyran edir
 Boris Qraçevski

Koronavirusdan ölən rejissor vaxtilə xərçəngə qalib gəlibmiş

6
(Yenilənib 17:02 16.01.2021)
Bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi

BAKI, 16 yanvar — Sputnik. Yanvarın 14-də vəfat edən Rusiyanın tanınmış sənət xadimi, "Yeralaş" Uşaq Yumoristik Kinojurnalının bədii rəhbəri Boris Qraçevski ilə yanvarın 17-də vida mərasimi keçiriləcək.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dekabrın 28-dən xəstəxanada olan 71 yaşlı rejissor koronavirusa yoluxmuşdu. Dekabrın 31-də vəziyyəti ağırlaşan Boris Qraçevskini reanimasiya şöbəsinə yerləşdirmişdilər. Yanvarın 3-də səhhətində stabilləşmə nəzərə çarpan B.Qraçevski sosial media hesabından məlumat yayaraq, vəziyyətinin düzəldiyini və yaxın zamanlarda evə yazılacağını bildirmişdi. Amma virus öz işini görmüşdü. Belə ki, yenidən vəziyyəti ağırlaşan Boris Qraçevski bir müddət əvvək komaya düşmüşdü. Yanvarın 14-də isə tanınmış rejissor vəfat etdi.

71 yaşlı mərhum Boris Qraçevski ilə vida mərasimi yanvarın 17-də Rusiyanın "Kino Evi"ndə olacaq. Vida mərasimindən sonra mərhum rejissor Troyekurov qəbristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Boris Qraçevski 1949-cu il martın 18-də Moskva vilayətinin Ramenski rayonunda anadan olub. 1974-cü ildə Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq kinojurnalını yaradıb və ömrünün sonunadək jurnalının bədii rəhbəri və baş redaktoru olub.

Xatırladaq ki, bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi.

6
Reza Deqati

Dünya şöhrətli fotoqraf Fransa telekanalında erməni vandalizmindən danışıb - VİDEO

14
(Yenilənib 13:51 16.01.2021)
Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı.

BAKI, 16 yanvar — Sputnik. Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub. O, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları nümayiş etdirilib. Şəhərin 30 illik erməni işğalından azad olunduğu bildirilib.

Məşhur fotoqraf İkinci Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzdən də bəhs edib. O deyib ki, Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı. "Azərbaycan tərəfində isə mən Fransadan olan yeganə jurnalist idim. Mən adətim üzrə münaqişə zonalarına gedərək insanların çəkdikləri iztirabları işıqlandırmağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə də mən Azərbaycan tərəfində idim. Mən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını, Azərbaycan xalqının əzablarını gördüm və bütün bunları lentə alaraq yaymağa çalışdım", - deyə o qeyd edib.

Reza Deqati verilişdə Ermənistanın döyüş zonalarından uzaqda yerləşən Azərbaycan şəhərlərini, mülki əhalini kasetli bombalarla hədəfə almasından da danışıb. O, Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə məruz qaldığını, mülki əhalinin qətlə yetirildiyini qeyd edib.

 Fotoqraf erməni bombardmanının qurbanı olmuş Bərdə sakininin dəfn mərasimini əks etdirən şəkli göstərərək, müharibə zamanı Ermənistanın mülki əhalini qətlə yetirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, kasetli bombaların Cenevrə Konvensiyaları ilə qadağan olunmasına baxmayaraq, Ermənistan bu silahlardan istifadə etdi və təkcə Bərdədə 20-dən çox mülki şəxs həlak oldu.

Fotojurnalist bildirib ki, o, yalnız müharibədən əziyyət çəkən mülki insanların əzabını dünyaya çatdırmaq istəyir.

Reza Deqati veriliş zamanı Azərbaycandakı multikulturalizmdən də bəhs edib, bununla bağlı çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycanda müxtəlif dini icmaların birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. Fotojurnalist Azərbaycanın dini tolerantlığı ilə həmişə diqqəti cəlb etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan dini tolerantlıq baxımından dünya dövlətlərinə nümunədir və hətta Avropa ölkələrində də bu cür tolerantlıq yoxdur.

14
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

0
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0