Elçin Əlibəyli

Aparıcı korifey bəstəkarı müğənninin hücumlarından qorudu

518
(Yenilənib 20:23 05.04.2018)
Elçin Əlibəyli: Haqsız ittihamın qarşısında susmayacağam

BAKI, 5 aprel — Sputnik. Space TV-də canlı yayımlanan "Onda başladıq" verilişində qonaq olan müğənni Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylini başını kəsməklə hədələyib.

Elçin Əlibəyli öz facebook səhifəsində məsələyə aydınlıq gətirib:

" Baş verən hadisəyə aydınlıq gətirim. Bir neçə il öncə verilişimdə Baloğlan Əşrəfov Üzeyir bəy Hacıbəylini kəskin tənqid edərək, onun "çetvert ton" deyilən hind-fars xırdalılıqlarını musiqimizdən çıxartdığını, Avropa üslubuna uyğunlaşdırdığı üçün xəyanətkar adlandırmışdı. Bu məsələ o vaxt çox qınanıldı. Mənə də zəng edib hədələdilər ki, Baloğlanla işim olmasın. Mən fikir vermədim. Kamranın verilişində mövzu tənqid idi. Mən bu məsələni qeyd edən kimi Baloğlan Əşrəfov özündən çıxdı, belə bir şeyin olmadığını dedi. Halbuki, həm o, həm də Aygün Kazımovanın aparıcısı olduğu "Xoş gördük" verilişlərin arxivi, söhbəton canlı şahidləri var. Buna görə canlı efirdə Baloğlan Əşrəfov mənim başımı kəsəcəyini dedi və fasilə vaxtı küçə söyüşləri söydü. Mən mədəniyyətimi qoruyub heç bir cavab vermədim. Amma Üzeyir bəy Hacıbəyliyə qarşı haqsız ittihamın qarşısında susmayacağam".

 

https://www.facebook.com/elchin.alibeyli/posts/10215603593825875

https://www.youtube.com/watch?v=LGB82aSf89A

518
Əlaqədar
Tanınmış aparıcı Bakıda küçənin ortasında naməlum kişi tərəfindən döyülüb
Tanınmış aparıcı həbs olundu
Radio-aparıcı: Dinləyicinin kimdən eşitdiyi yox, nə eşitdiyi önəmlidir
Aparıcı proqramına çağırdığı qonağı döydü - VİDEO