Ququş

Gəlin, Ququşu daş-qalaq edək

1440
(Yenilənib 17:50 05.04.2018)
Azərbaycanda niyə Ququşa qarşı qəzəb var və niyə o, ermənipərəst adlandırılır?

BAKI, 5 aprel — Sputnik. Ququş, sənəd adı ilə Faiqə Atəşin 1950-ci ilin 5 mayında Tehranda doğulub. Azərbaycan əsilli ailəsi ona Ququş adını vermək istəsə də, İran qaydalarına görə fars əsilli ad qoymağa məcbur olduqları üçün sənədlərdə adı Faiqə Atəşin deyə yazılır. Lakin Ququş ailəsinin ona qoyduğu ilk addan heç vaxt imtina etmir və bütün yaradıcılığında Ququş kimi tanınır.

1979-cu ilin İslam İnqilabından sonra evlilikdən kənar münasibət yaşadığı üçün həbs olunan, mahnıları və filmləri qadağan edilən müğənni 21 il boyunca inzivaya çəkilir. 2000-ci ildə Amerikaya köçüb səhnəyə yenidən qayıdan müğənninin inzivadan sonra buraxdığı ilk albom satış rekordları qırır və Ququş İran cəmiyyətinin ümid və azadlıq simvoluna çevrilir.

Bunlar Ququş haqqında əksəriyyətinin bildiyi bioqrafik məlumatlardır. Bunlardan başqa, Ququş mənim üçün musiqi dedikdə, səhnə dedikdə, sənət sevgisi dedikdə ağıla gələn nadir şəxslərdən biridir. Lakin məni ən çox narahat edən azərbaycanlıların Ququşa aqressiyası, onun haqqında ermənipərəst iddialarıdır.

Əvvəlcə, nəzərinizə çatdırım ki, Ququş bütün dünyada iranlı müğənni kimi deyil, Azərbaycan əsilli İran müğənnisi, bəzi hallarda isə birbaşa Azərbaycan müğənnisi kimi tanınır. Bu cür tanınması da birbaşa Ququşun öz bəyanatları sayəsində baş verib. Çünki o, bütün konsertlərində Azərbaycan dilində mahnılar oxuyub, Azərbaycanın və azərbaycanlıların ünvanına xoş sözlər səsləndirib.

Bunlardan ən məşhuru isə konsertlərindən birində "Ayrılıq" (söz: Fərhad İbrahimi, mus: Əli Səlimi) mahnısını oxuduqdan sonra "Burda mənim həmvətənlərim varmı?" deyə soruşub, ardıyca "Yaşasın Azərbaycan! Gecə-gündüz! Hər gün! Qurban olaram!" deyib, daha sonra da Azərbaycan rəqsi edə-edə "Səkinə dayıqızı nay-nay" mahnısını oxumasıdır.

Bəs bütün bunlara rəğmən, Azərbaycanda niyə Ququşa qarşı qəzəb var və niyə o, ermənipərəst adlandırılır? Bu məsələ isə olduqca mübahisəlidir.

Ququş Azərbaycanda konsert vermir. Çünki əri erməni əsilli Amerika vətəndaşıdır və çox güman ki, ərinin qadağalarına görə Azərbaycanda konsert vermir. Məsələnin bu tərəfinə baxanda Ququşu qınamaq çox rahatdır, elə deyilmi? "Erməniyə ərə gedən", "erməni ərinə görə vətəninə gəlməyən" və s. ittihamlarla yıxıb-sürüyək Ququşu.

Fürsət olanda isə bir də keçmişə baxaq. İrandakı inqilabdan sonra həbs olunan, 21 il inzivaya çəkilən, sənətdən uzaq qalan Ququşu bu həm mənəvi, həm maddi həbsxanadan kim xilas etdi? Niyə o 21 ildə bir azərbaycanlının əli uzanmadı bu cür sənətkara? Niyə bu qədər nüfuzlu, imkanlı azərbaycanlılardan biri istedadlı Ququşu İran rejimindən alıb bütün dünya mədəniyyətinə bir Azərbaycan müğənnisi kimi təqdim etmədi? İndi Ququşu qınamaq asandır, hə?

O da öz çətin anlarında ona uzanan əldən yapışıb, özünü mərhumiyyətlərdən, qadağalardan, həbsxanalardan xilas edib və indi də bu əlin sahibinə minnət borcu kimi tabe olursa, mən onu qınamıram, qınamağa haqqım da yoxdur. Çünki mənim Ququşa heç bir faydam dəyməyib. Üstəlik, hər şeyə rəğmən, Azərbaycana gəlməsə də, Azərbaycan mahnıları oxuyan, "Yaşasın Azərbaycan" deyən sənətkara "vətən xaini" damğası vurmağa da vicdanən haqqım çatmır.

Başqa bir qınaq səbəbi isə Ququşun "Gedək üzü küləyə" mahnısını erməni dilində oxumasına görədir. Sözügedən ifa 2010-cu ildə baş verib. Orda Ququşun ifa etdiyi mahnı "Gedək üzü küləyə" mahnısına xeyli bənzəsə də, açıq-aydın görünür ki, eyni mahnı deyil. Həmin videonun tam lentlərinə baxmadığım üçün mahnının necə təqdim olunması barədə məlumatım yoxdur. Yəni mahnının erməni mahnısı olması ilə bağlı, erməni müəlliflərə məxsusluğu haqqında da heç bir təqdimat görməmişəm.

Azərbaycandan müğənniyə səslənən etirazlarda da mahnının başqa müəlliflərin adı ilə təqdim olunduğu deyilmir, sadəcə icazəsiz tərcümə olunduğu vurğulanır. Hər halda, ümumilikdə, mən bu məsələdə də Ququşda böyük bir qəbahət görmürəm.

Bir müğənninin müxtəlif dillərdə mahnı oxuması sadəcə üstünlükdür. Bu dil ermənicə olsa belə. Azərbaycan mahnısını ermənicə oxuması isə, əgər ermənilərin mahnı üstündə hər hansı bir müəlliflik iddiası varsa, səhnədə "Yaşasın Azərbaycan" deyən sənətkarın bu mahnını oxuması, elə o mahnıya müəlliflik iddiası qaldıranlara əsl cavabdır.

Və bütün hallarda Ququş təkcə İran cəmiyyəti üçün deyil, bütün dünya üçün ümid və azadlığın səhnədəki simvoludur. Bu simvolun mənimlə eyni coğrafiyadan çıxmasına isə yalnız və yalnız sevinirəm.

1440
Teqlər:
inziva, Faiqə Atəşin, fars, Ququş, müğənni, konsert, İran, Amerika, Azərbaycan, erməni
Əlaqədar
Məşhur müğənni villasını 15 milyon dollara satışa çıxardı
Tanınmış müğənnidən müsəlmanlara qarşı örnək addım
Azərbaycanın məşhur müğənnisi ölümdən döndü
Məşhur müğənni hamını təəccübləndirdi
Azərbaycanlı müğənni-aktrisadan şok etiraf: "Xalq artisti mənə təcavüz etdi"
Məşhur müğənni mədəsini kiçiltdi
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

917
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

917
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
Bella Hadid, arxiv şəkli

Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"

530
(Yenilənib 20:16 06.08.2020)
Hamam dəsmalına bürünərək çəkdirdiyi şəkillərini "Instagram"-da paylaşan model "500 gündür" özünütəcriddə yaşadığını deyib, baxmayaraq ki, COVID-19 cəmi 8 aydır aşkarlanıb

 

BAKI, 6 avqust — Sputnik. Üz proporsiyasına görə dünyanın ən gözəl qadını sayılan 23 yaşlı model, fələstin əsilli Bella Hədid karantin dövründə çəkdirdiyi fotolarını paylaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Instagram" səhifəsində paylaşılan şəkillərdə üzündə qrim olan supermodel yataq otağında hamam dəsmalına bürünərək poza verib.

Model deyib ki, "500 gündür" özünü tamamilə faydasız hiss edir. Çünki pandemiya dövründə özünütəcrid rejiminə riayət etməyə və evdə qalmağa çalışıb. Karantin dövründə müxtəlif yeməklər hazırlayıb paylaşan model, eyni zamanda dülgərlik və təsərrüfatla məşğuldur. Bundan başqa, Hədid izləyicilərinə evdə oturarkən necə makiyaj etməyi öyrədib.

Ulduzun çəkdirdiyi şəklin fonundakı Odri Hepbernin portretləri izləyicilərin diqqətini cəlb edib. Bella aktrisanın şəkillərindən ilhamlandığını yazıb.

530
Əlaqədar
“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış – zərfin içində...
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Qərənfil, arxiv şəkli

Azərbaycanda idman assosiasiyasının rəhbəri vəfat edib

0
(Yenilənib 18:17 08.08.2020)
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti professor Xanlar Qurbanov bu gün, 71 yaşında vəfat edib

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri, professor Xanlar Qurbanov dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” ordeninin laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovunun vəfatı yalnız Akademiyaya deyil, idman aləminə böyük itkidir.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Xanlar Qurbanova rəhmət diləyib, ailəsi və yaxınlarına başsağlığı verib.

0