Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dahinin yadigarı "söküntü bumu"nun ortasında qalıb: Onun aqibəti necə olacaq?

© Sputnik / Murad OrujovДом композитора Асафа Зейналлы в Баку
Дом композитора Асафа Зейналлы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bir zamanlar Azərbaycanın məşhur bəstəkarı Asəf Zeynallının yaşayıb-yaratdığı köhnə ev söküləcəkmi?

BAKI, 5 aprel — Sputnik. Bir zamanlar Azərbaycanın məşhur bəstəkarı Asəf Zeynallının yaşayıb-yaratdığı köhnə ev söküləcəkmi? Bu günlərdə sosial şəbəkə istifadəçisi Tubu Abdullayevaya öz "Facebook" hesabında bu evin sökülmə prosesindən kənarda qaldığını yazıb.

Tubu Abdullayevanın sözlərinin nə dərəcədə doğru olduğunu yoxlamaq üçün Sputnik Azərbaycan-ın müxbiri Asəf Zeynallının yaşadığı evin yerləşdiyi Çingiz Mustafayev 82 ünvanına yollanıb. Binanı tapmaq elə də asan olmayıb. Çünki orada küçənin adını və ünvanı göstərən heç bir işarə qalmayıb.

Böyük çətinliklə də olsa, üzərində Asəf Zeynallının nə vaxtsa burada yaşayıb-yaratdığı barədə lövhənin olduğu həmin binanı tapmaq mümkün olub. Maraqlıdır ki, bina elə bəstəkarın doğulduğu ildə — 1909-cu ildə tikilib. 2018-ci ildə bu binanın 109 yaşı tamam olur.

Ev iki mərtəbədən ibarətdir. İkinci mərtəbənin pəncərələrinin bütün şüşələri qırılıb və yerinə taxta lövhələr vurulub. Balkon özünün son günlərini yaşayır, çünki elə vəziyyətdədir ki, az qalıb kiminsə başına, yaxud yaxınlıqda park edilmiş maşınların üstünə uçsun. Binanın damı yabanı alaq otları ilə örtülüb, balkon və pəncərələrdən üzüm budaqları sallanır. Təəssüf ki, qapı bağlı idi, ona görə də biz içəri girə bilmədik.

© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
1/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
2/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
3/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
4/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
5/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
6/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
7/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
8/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
© Sputnik / Murad OrujovBəstəkar Asəf Zeynallının yaşadığı ev
Bəstəkar Asəf Zeynallının yaşadığı ev - Sputnik Azərbaycan
9/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
1/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
2/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
3/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
4/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
5/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
6/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
7/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
8/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev
9/9
Bəstəkar Asəf Zeynallının yaşadığı ev

Bununla belə, birinci mərtəbədə adamlar yaşayır. Evdə yanan işıq və pəncərəyə vurulmuş dəmir barmaqlıqdan fotokameramıza boylanan pişik də bunun sübutu idi. Təəssüf ki, qapını döysək də, heç kəs onu üzümüzə açmadı. Qonşuların bildirdiyinə görə, artıq uzun illərdir birinci mərtəbədə bir ailə yaşayır. Onlar dedilər ki, gəzən söhbətlərə görə, sözügedən küçədə yerləşən digər binalar kimi, bu bina da söküləcək.

"Hələlik bizdə dəqiq məlumat yoxdur. Amma gördüyünüz kimi, ev yaşayış üçün yararsız vəziyyətdədir. Biz çox istəyərdik ki, burada Asəf Zeynallının ev muzeyini təşkil etsinlər və bu ev qorunub saxlanılsın", — deyə qonşular bildiriblər.

Bu qədim binanın aqibətinin necə olacağını öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinə müraciət etdik. Oradan bildirdilər ki, Asəf Zeynallının evi söküləcək binaların siyahısına daxil deyil.

"Biz ora adam göndərmişik ki, binaya baxsın və onun hansı vəziyyətdə olduğu barədə bizə məlumat versin. Bəstəkarın evi sökülməyəcək və biz gələcəkdə onu bərpa edəcəyik", — deyə şöbədən bildiriblər.

Bu xəbər bizi çox sevindirdi və düşünürük ki, Zeynallı yaradıcılığının pərəstişkarlarını da sevindirəcək. O, çox qısa ömür yaşayıb — cəmi 23 il. Amma bu qısa ömür onun şöhrətinin təkcə Azərbaycana deyil, xaricə də yayılmasına kifayət edib.

Zeynallı ölkənin musiqi mədəniyyəti tarixinə bir sıra janrların yaradıcısı kimi öz möhürünü vurub. O, Azərbaycan Dövlət Konservatoriyasında professional təhsil almış ilk Azərbaycan bəstəkarıdır. Zeynallı ilk milli romansların, fortepiano və skripka üçün miniatürlərin, həmçinin ilk simfonik əsər nümunələrinin müəllifidir.

Bütün şüurlu həyatını musiqiyə həsr edib. Qısa həyatı boyu Üzeyir Hacıbəyov ənənələrinə sadiq qalaraq müxtəlif janrlı əsərləri ilə professional musiqimizi daha da zənginləşdirib.

1 saylı Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb - Sputnik Azərbaycan
Bakıda plana düşən köhnə binalar sökülür

Asəf Zeynalabdın oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə dünyaya göz açıb. 20-ci illərin əvvəllərində Zeynallının ailəsi Bakıya köçüb. O, 1922-26-cı illərdə Bakı Musiqi Texnikumunda oxuyub, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr fakültəsinə daxil olub, sonra isə bəstəkarlıq fakültəsində təhsilini davam etdirib. Ü.Hacıbəyov, B.Karaqiçev, L.Y.Ab, L.P.Yablonko kimi görkəmli bəstəkarlardan dərs alan Asəf Zeynallı əsərlərinin çoxunu konservatoriyadakı təhsil illərində yazıb.

1927-ci illərin axırlarında Asəf Zeynallı Azərbaycan "Tənqid-təbliğ" teatrında işə başlayıb. Teatrın musiqi hissəsinə müdir təyin olunan Asəf Zeynallı bir çox tamaşalara — C.Cabbarlının "Sevil", S.Rüstəm və H.Nəzərlinin "Yanğın", C.Xəndanın "Gizli əl", A.Yanovskinin "Qəzəb" və s. musiqi tərtibatı verib.

Onun vətənpərvərlik romansı olan "Sərhədçi" balladadır, vətən haqqında himn olan "Ölkəm" xoş-lirik monoloqdur, "Çadra" lirik əhval-ruhiyyəli monoloqdur, qəmli dramatik lirikanın obrazlarını təcəssüm etdirən "Sual", "Seyran" mahnı-romanslardır.

İlk milli fortepiano musiqi əsərlərinin meydana çıxmasında Asəf Zeynallının müstəsna xidməti olub. O, ilk dəfə milli folklor yaradıcılığından bəhrələnərək klassik Avropa fortepiano musiqisinin səciyyəvi cəhətlərini birləşdirib. "Çahargah" pyesində müxtəlif xarakterli epizodlar bir-birini əvəz edir.

Asəf Zeynallının "Uşaq süitası" yazıldığı vaxtdan musiqi məktəbi şagirdlərinin repertuarına daxil edilib. Xalq musiqisinin xarakterik cizgilərini özündə əks etdirən parlaq obrazlı "Uşaq süitası"nda Avropa pyes süitalarının ənənəvi klassik forması öz təcəssümünü tapıb. "Çahargah" kimi, "Uşaq süitası" da milli musiqinin səciyyəvi xüsusiyyətlərini Avropa instrumental musiqi ənənələrinin tələbləri baxımından ümumiləşdirən əsərdir. Bu pyes musiqi sənətimizdə yeni fortepiano janrı kimi təzə bir səhifə açıb.

Asəf Zeynallı Azərbaycan musiqisinin təbliğinə də böyük diqqət yetirərək, 1931-ci ildə Moskva və Leninqradda (Sankt-Peterburqda) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər verir, Azərbaycan musiqisi haqqında məruzələrlə çıxış edirdi.

Bəstəkar Tahir Əkbər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qəbrindən çıxarılan bəstəkarın xanımı: “Qərarımı dəfn mərasimində verdim”

O, folklor nümunələrinin toplanıb, nota köçürülməsi və işlənməsi sahəsində böyük, faydalı iş aparıb. Azərbaycanın bir çox şəhər və kəndlərinə gedərək 70-ə yaxın xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur. O, "Bakı" adlı simfoniya yaratmaq niyyətində olsa da, vaxtsız gələn ölüm onun bir çox arzuları kimi bu arzusunu da gözündə qoyub.

Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfəri zamanı orada ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir.

Asəf Zeynallının bir pedaqoq kimi də xidmətləri böyükdür. O, 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində musiqi nəzəriyyəsindən dərs deyib, "İbtidai not savadı" adlı dərslik tərtib edib. Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Zakir Bağırov kimi gənc bəstəkarlar ondan dərs alıb.

Bəstəkar 27 oktyabr 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə tutduğu ağır xəstəlikdən vəfat edib. Hazırda Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Ümid edək ki, gələcəkdə də onun evi sökülməyəcək və bərpa olunaraq ev muzeyinə çevriləcək. Bu muzeyi təkcə bakılılar deyil, eləcə də şəhərin qonaqları və turistlər ziyarət edərək Asəf Zeynallı yaradıcılığı ilə yaxından tanış olacaqlar. Bu nə zaman baş verəcək, onu zaman göstərəcək.

Xəbər lenti
0