Rusiya xalq artisti Mariya Aronova

Qonorarını ala bilməyən Xalq artisti səhnədə dava saldı

543
(Yenilənib 10:30 04.04.2018)
Aronovanın sözlərinə əsasən, gecikməyə görə tamaşaçılardan heç kim biletini geri qaytararaq zalı tərk etməyib

BAKI, 3 aprel — Sputnik. Rusiyanın Surqut şəhərində "Kiçik komediyalar" tamaşasında rol alan Rusiya xalq artisti Mariya Aronova qonorarı ödənmədiyi üçün tamaşaya başlamaqdan imtina edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə kiçik videogörüntü "Youtube"da yerləşdirilib.

Videoda bildirilir ki, tamaşa yarım saat gecikib. Aktrisa Aronova səhnəyə çıxaraq bildirib ki, təşkilatçılar aktrisanın qonorarını ödəməyib və onu "texniki problemlər" bəhanəsilə tamaşaçıları aldatmağa məcbur edirlər.

"Soyadını demək istəməyən xanım sizi salona buraxıb. Və məni — Xalq artistini, dövlət mükafatı laureatını məcbur edir ki, sizin qarşınıza çıxım və texniki problemlərin olduğundan danışım. Artıq ikinci zəng çalınıb. Hazırda biz sizi və özümüzü alçaldaraq oturub gözləyirik" – deyə o bildirib.

Aronova ilə birlikdə səhnəyə aktyor Mixail Polisemayko və Sergey Şakurov da çıxıb. Xalq artisti tamaşaçılara müraciət etdiyi vaxtda direktor bildirib ki, truppa üçün pul tapılıb.

Tamaşaçılar vəziyyətə anlayışla yanaşıb və aktyorları alqışlayıb. Aronavanın sözlərinə əsasən, gecikməyə görə tamaşaçılardan heç kim biletini qaytararaq zalı tərk etməyib.

543
Əlaqədar
Tanınmış aktrisa kinostudiyanı məhkəməyə verdi
Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladı
Məşhur aktrisa tanınmaz hala düşüb… - FOTO
Qorxduğu kimi yaşayıb, qorxduğu kimi ölən aktrisa: Onu addım-addım izləyən nə idi?