Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sovet kinosunun əfsanəsi öldü

© Sputnik / Евгения Новоженина / Mediabanka keçidХудожественный руководитель, директор Московского художественного театра (МХТ) имени А.П. Чехова Олег Табаков
Художественный руководитель, директор Московского художественного театра (МХТ) имени А.П. Чехова Олег Табаков - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabr ayında aktyorun daxili orqanlarındakı yükü azaltmaq üçün aktyoru süni komaya salıblar

BAKI, 12 mart — Sputnik. SSRİ xalq artisti Oleq Tabakov 82 yaşında vəfat edib. Aktyor xəstəxanada ailəsinin əhatəsində ölüb.

O, bir neçə aydır xəstəxanada yatırmış. Ötən ilin dekabr ayında aktyorun daxili orqanlarındakı yükü azaltmaq üçün onu süni komaya salıblar. Aktyor tezliklə özünə gəlib, amma heç kəsi tanımayıb. Yanvar ayında artisti süni nəfəs aparatına qoşublar.

Tabakov tamaşaçılara "Hərb və sülh", "Baharın on yeddinci anı", "On iki stul", "D'Artanyan və üç muşketyor", "Oblomovun həyatından bir neçə gün", "Moskva göz yaşlarına inanmır" və digər filmlərdəki rollarından tanışdır. Sovet uşaqları onu Kot Matroskin (Pişik Matroskin) obrazı ilə də tanıyırlar.

Xəbər lenti
0