Aygün Kazımovanın konserti, arxiv şəkli

Aygün Kazımova qumarxanada konsert verdi, kişilər heyran qaldı

1895
(Yenilənib 15:29 26.02.2018)
Xalq artisti gecəyə fiqurasının bütün gözəlliyini nümayiş etdirən möhtəşəm ziyafət paltarı ilə damğasını vurub

BAKI, 26 fevral — Sputnik. Azərbaycanın Xalq artisti Aygün Kazımova ilk dəfə olaraq Minskdəki "Opera" adlı məşhur kazinoda solo konsertlə çıxış edib. Bu barədə Sputnik Azərbaycan-a müğənninin dostları məlumat veriblər.

A post shared by ГюнМ&М (@mmgunka) on Feb 24, 2018 at 12:23pm PST

O, tamaşaçılara özünün köhnə və yeni mahnılarından ibarət konsert proqramını təqdim edib. Müğənni bütün mahnılarını azərbaycanlı musiqiçilərin müşayiəti altında ifa edib.

Kazımova gecəyə fiqurasının bütün gözəlliyini nümayiş etdirən möhtəşəm ziyafət paltarı ilə damğasını vurub. Müğənninin cazibəli fiqurası qarşısında "əriyən" Belarus kişiləri Kazımovanı çiçəklərə qərq ediblər.

A post shared by ГюнМ&М (@mmgunka) on Feb 24, 2018 at 11:34am PST

Ölkəyə qayıdandan sonra müğənni yeni layihələr üzərində işləmək niyyətindədir. Qeyd edək ki, Minskin "Opera" kazinosu yüksək gəlirli ziyarətçilər üçün nəzərdə tutulmuş elit qumarxanadır.

Aygün Kazımova Azərbaycan pop musiqisi tarixinin ən məşhur müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb.

A post shared by ГюнМ&М (@mmgunka) on Feb 24, 2018 at 12:17pm PST

1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.

1895
Teqlər:
solo konsert, Xalq artisti Aygün Kazımova, kazino, Belarus, Minsk, Azərbaycan
Əlaqədar
Məşhur müğənni mədəsini kiçiltdi
Məşhur müğənnimiz "Şərəf" ordeni ilə təltif edildi
Azərbaycanlı müğənni dünyasını dəyişdi
Doqquz övladı olan tanınmış müğənni canlı yayımda: "10-cuya taqətim qalmadı"
Müğənnini oğurlamağı planlaşdıran şəxs ələ keçirildi
"O müğənninin ayağı bizim ölkəyə dəyməsin!"
Anar Kərimov, arxiv şəkli

Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

13
(Yenilənib 19:20 22.06.2021)
Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

BAKI, 22 iyun — Sputnik. Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib.

A.Kərimov 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğulayıb, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb: "Biz inanırıq ki, təşkilat postkonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək."

Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd etdi ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

Səfərinin məqsədinin Azərbaycana dəstəklərini nümayiş etdirmək olduğunu deyən M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

13
Musiqi alətləri, arxiv şəkli

Azərbaycanlı musiqiçidən beynəlxalq səviyyəli layihə: "Kamança Şuşanın səsidir"

43
(Yenilənib 23:33 21.06.2021)
Solo ifa zamanı Toğrul Əsədullayevi "Buta" instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər.

BAKI, 21 iyun — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin solisti, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev "Kamança Şuşanın səsidir" musiqi layihəsini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, musiqiçi şuşalı bəstəkarların əsərlərindən ibarət silsilə ifalar lentə aldırıb.

Qeyd edək ki, alboma səkkiz əsər daxil edilib. Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun yaradıcılığından nümunələr ilk dəfə olaraq solo kamançada dinləyicilərin ixtiyarına verilib. Solo ifa zamanı Toğrul Əsədullayevi "Buta" instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər. Yaxın gələcəkdə ifaçı layihəni daha geniş formatda beynəlxalq səviyyədə təqdim etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, musiqiçi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilən "Muğam 2007", "Muğam 2011", "Muğam 2013", "Muğam 2015" Televiziya müsabiqəsində kamança ifaçısı kimi iştirak edib. 2009, 2011, 2013 və 2015 -ci illərdə Qəbələ Musiqi Festivalının iştirakçısı olub. Toğrul Əsədullayevin ifa etdiyi "Nəva", "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Hümayun", "Rahab" kimi muğamlar Azərbaycan Dövlət Telaradio Şirkətinin Qızıl Fondunda saxlanılır.

2012-ci ildə Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin finalında çıxış edən məşhur müğənni Emin Ağalarovu müşayiət edən Əməkdar artist, 1997-ci ildən etibarən ABŞ, Meksika, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Norveç, İtaliya, Avstriya, İspaniya, Fransa, İsveç, İsveçrə, Yunanistan, Litva, Latviya, Rumıniya, Slovakiya, Polşa, Türkiyə, İran, Ukrayna, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan həmçinin Rusiyanın bir sıra şəhərlərində dəfələrlə Azərbaycanın milli musiqisini təmsil edib.

43
Bakıda fəhlə iş zamanı, arxiv şəkli

İşçilərini bu havada işlədənlər yüksək məbləğdə cərimələnəcəklər

0
(Yenilənib 13:15 23.06.2021)
Dövlət Əmək Müfəttişliyi Xidməti bu havada sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesinin ya dayandırılmalı, ya da fasilə verilməli olduğunu bildirib.

BAKI, 23 iyun — Sputnik. Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 23-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq. Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edib. Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyir ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir. Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir.

Vüsal Məmmədov onu da qeyd edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında hava şəraiti ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

Sutkalıq temperatur normadan xeyli yüksək olduğu üçün və anomal istilərlə əlaqədar açıq havada olanlar ehtiyatlı davranmalıdırlar. Xidmət rəisi deyib ki, onlara açıq havada kölgəli yerlərdə olmaları tövsiyə edilir: "Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur", - deyə U.Tağıyeva bildirib.

0