Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Daha bir ulduz Fomula 1 yarışları zamanı Bakıda konsert verəcək

Müğənni Dua Lipa
Müğənni Dua Lipa - Sputnik Azərbaycan
Abunə olmaq
2018 Formula 1 Azərbaycan Qran Prisinin son günündə britaniyalı ulduz Dua Lipa konsert verəcək

BAKI, 23 fevral — Sputnik. 2018 Formula 1 Azərbaycan Qran Prisinin son günündə britaniyalı ulduz Dua Lipa konsert verəcək. Sputnik Azərbaycan Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, "Brit Awards 2018" müsabiqəsinin ikiqat qalibi aprelin 29-da Bakı Kristal Zalında səhnəyə çıxacaq. 

Nigar Arpadarai - Sputnik Azərbaycan
İDMAN
Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində

"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə bildirir ki, dünya musiqisində özünəməxsus yerə malik ifaçılardan biri olan Dua Lipa 2018 Formula 1 Azərbaycan Qran Prisi başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramında çıxış edərək Bakıda gərgin mübarizə və əyləncə fonunda baş tutacaq möhtəşəm yarış həftəsonuna öz damğasını vuracaq", — bildirilir.

Qeyd edək ki, ötən illərdəki yarışlardan fərqli olaraq bu il dünya ulduzlarının verəcəyi axşam konsertləri Kristal Zalda keçiriləcək.

BŞH-nın icraçı direktoru Arif Rəhimov Dua Lipanın apreldə Bakıya gəlişinə belə münasibət bildirib: "Dünya musiqisinin ən istedadlı sənətçilərindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Dua Lipanın musiqi dünyasında sürətlə yüksəlməsinə, o cümlədən onun bu il Britaniyada böyük mükafatlar qazanmasına şahid olmaq olduqca həyəcanvericidir. Bakıda ardıcıl olaraq sayca 3-cü dəfə keçiriləcək Azərbaycan Qran Prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla sağollaşmaq üçün Dua ən uyğun seçimdir. Aprelin 29-u Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm. Bizimlə birlikdə olmaq üçün biletlərinizi indidən əldə etməyə tələsin".

Xəbər lenti
0