Təcili tibbi yardım

Daha bir Xalq artistimiz dünyasını dəyişdi

1561
(Yenilənib 14:24 13.02.2018)
Qarmon ifaçısı Kamil Vəzirov vəfat edib

BAKI, 13 fevral — Sputnik. Azərbaycanın Xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. O, bu gün günorta saatlarında vəfat edib.

Kamil Vəzirov
© Photo : OXU
Kamil Vəzirov

Qeyd edək ki, Kamil Vəzirov mərhum kamança ustası, Əməkdar artist Ədalət Vəzirovun qardaşı olub.

Allah rəhmət eləsin!

1561
Teqlər:
Kamil Vəzirov, qarmon ifaçısı, Azərbaycan, xalq artisti
Əlaqədar
Həmkarları Xalq artistini belə yad etdilər
Azərbaycanın Xalq artisti vəfat etdi
Xalq artistlərinin 500 min manatlıq davası ilə bağlı hökm verildi
Amerikalı aktyor Tom Kruz, arxiv şəkli

Sənət qurban tələb edir - 111 illik körpünü partladacaqlar

3
"Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

BAKI, 13 avqust — Sputnik. Tom Kruzun baş rolda çəkildiyi "Çətin tapşırıq 7" ("Mission Impossible 7") filminin yaradıcı heyəti ekran işi üçün 111 il əvvəl Polşanın Pilxovice kəndində inşa edilmiş körpünü partlatmaq istəyir.

Hakimiyyət artıq buna razılıq versə də, yerli sakinlər qərarın əleyhinə çıxırlar.

Polşa mədəniyyət nazirinin müavini Pavel Levandovskinin sözlərinə görə, körpü artıq istismardan çıxıb və heç bir tarixi dəyər daşımır. Onun fikrincə, çəkilişlərdə körpüdən istifadə dünya ictimaiyyətinin diqqətini ölkəyə cəlb edə bilər.

Xatırladaq ki, "Paramount Pictures" kino şirkəti fevral ayında çəkilişləri dayandırmışdı. Bu addımı Appenin yarımadasında yayılan koronavirus səbəbindən atmışdı. "Çətin Tapşırıq 7" ("Mission Impossible 7") filminin İtaliyanın Venesiya şəhərindəki çəkilişləri zamanı baş rolun ifaçısı ilə yanaşı, digər aktyorlar da koronavirus şübhəsi ilə karantinə götürülmüşdü. Hollivud ulduzu Tom Kruzun baş rolda yer aldığı filmin bəzi səhnələri Venesiyada lentə alınmalı idi. Plana uyğun olaraq çəkiliş qrupu Venesiyada üç həftə keçirməli idi.

Qeyd edək ki, "Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır

3
Televizora baxan adam, arxiv şəkli

Tərcüməçilər üçün şad xəbər - Pul olacaq

20
(Yenilənib 13:40 13.08.2020)
Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

BAKI, 13 avqust — Sputnik. Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub.

Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

20
Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko qonaqlıqda Poznerin dediyi sağlığa necə reaksiya verib

0
Vladimir Pozner: "Anam mənə öyrədib ki, kiminləsə çörək kəsəndə ya bu adam haqqında yaxşı danışmalısan, ya da heç nə deməməlisən. Ona görə də, Aleksandr Qriqoryeviç, mən sizə heç nə demirəm"

BAKI, 13 avqust — Sputnik. Məşhur rusiyalı televiziya aparıcısı Vladimir Pozner 25 il əvvəl Aleksandr Lukaşenkoya dediyi birmənalı ifadə və Belarus prezidentinin buna reaksiyasından danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, aparı müvafiq qeydləri "Pozner Online" saytındakı köşə yazısında edib.

Poznerin sözlərinə görə, hadisə Belarus liderinin 20 rusiyalı jurnalistin iştirakı ilə görüşündə baş verib. Görüş Boris Berezovski tərəfindən təşkil olunub.

Belə ki, şam yeməyi zamanı qonaqlara "səmimi qəbula görə" minnətdarlıq əlaməti olaraq sağlıq demək təklif olunub. "Yaxşı xatırlayıram, növbə mənə çatanda dedim: "Anam mənə öyrədib ki, kiminləsə çörək kəsəndə ya bu adam haqqında yaxşı danışmalısan, ya da heç nə deməməlisən. Ona görə də, Aleksandr Qriqoryeviç, mən sizə heç nə demirəm". Dedim və oturdum", - deyə Pozner bildirib.

Teleaparıcı əlavə edib ki, Lukaşenko onun dediklərinə cavab olaraq, "yalnız ifadəli baxıb". Berezovski isə qəzəblənərək onun sözlərini düzəltməyə çalışıb.

0