Zərnigar Ağakişiyeva

Ölü tapılan Xalq artistinin rəfiqəsi: "Sonuncu telefon danışığımızda dedi ki..."

1148
(Yenilənib 11:25 09.02.2018)
Məleykə Əsədova: "Axır vaxtlar telefonlara cavab vermirdi, evində gedəndə də qapını açmırdı"

BAKI, 9 fevral — Sputnik. "Bu gün incəsənət aləminə ağır itki üz verib. Sözün həqiqi mənasında çox böyük sənətkar, çox məsuliyyətli və çətin obrazlara imza atan, mənim çox yaxın sənət dostum, Respublikanın Xalq artisti Zərnigar xanım Ağakişiyeva dünyasını dəyişib".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri öz "Instagram" səhifəsində Xalq artisti, aktrisa Məleykə Əsədova yazıb. "Bu sözləri göz yaşı ilə yazıram, çünki sənətdə onunla bir səhnədə, bir çox tamaşalarda tərəf müqabili olmuşam" — deyə Əsədova qeyd edib.

Daha sonra Xalq artisti hisslərini belə ifadə edib: "Bununla belə, illərlə bir qrim otağında yoldaşılıq etmişik. Ən əsas da həyatda ana-bala münasibətlərində olmuşuq. Axır vaxtlar telefonlara cavab vermirdi, evində gedəndə də qapını açmırdı. Telefonda sonuncu danışığımızda dedi ki, "tək qalmaq istəyirəm". Gedib şəhəri gəzir, gəlib televizora baxırdı. Belə rahat hiss edirdi özünü. Dəfələrlə danışığımız olub, demişəm ki, "Zara, sən tək özünə deyil, Azərbaycan səhnəsinə də lazımsan. Tamaşaçılar səni görmək istəyir".

"Zərnigar xanım — mənim çox gözəl ürək dostum, anam, bacım, xalqımın aktrisası, səhnə və mən sizin üçün çox darıxacağıq. Qəlbimdə danışdığımız, güldüyümüz, ağladığımız, kədərləndiyimiz günlər həmişə qalacaq. Siz unudulmayacaqsınız. Sənətkarın nə yaşı, nə ömrü olur. Sənətkar həmişəyaşardır. Allah rəhmət eləsin, ruhun şad olsun" — deyə aktrisa əlavə edib.

Xatırladaq ki, Xalq artisti Zərnigar Ağakişiyeva dünən gecə saatlarında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən mənzilində ölü tapılıb.

1148
Teqlər:
Zərnigar Ağakişiyeva, Məleykə Əsədova, səhnə, aktrisa, incəsənət, xalq artisti
Əlaqədar
FHN Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı
Azərbaycanın Xalq artisti vəfat etdi
Bir qalanın sirri - Xalq artistinin qalasının içində gizlədilən qalanın...
Xalq artistlərinin 500 min manatlıq davası ilə bağlı hökm verildi
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

320
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

320
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
Bella Hadid, arxiv şəkli

Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"

528
(Yenilənib 20:16 06.08.2020)
Hamam dəsmalına bürünərək çəkdirdiyi şəkillərini "Instagram"-da paylaşan model "500 gündür" özünütəcriddə yaşadığını deyib, baxmayaraq ki, COVID-19 cəmi 8 aydır aşkarlanıb

 

BAKI, 6 avqust — Sputnik. Üz proporsiyasına görə dünyanın ən gözəl qadını sayılan 23 yaşlı model, fələstin əsilli Bella Hədid karantin dövründə çəkdirdiyi fotolarını paylaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, "Instagram" səhifəsində paylaşılan şəkillərdə üzündə qrim olan supermodel yataq otağında hamam dəsmalına bürünərək poza verib.

Model deyib ki, "500 gündür" özünü tamamilə faydasız hiss edir. Çünki pandemiya dövründə özünütəcrid rejiminə riayət etməyə və evdə qalmağa çalışıb. Karantin dövründə müxtəlif yeməklər hazırlayıb paylaşan model, eyni zamanda dülgərlik və təsərrüfatla məşğuldur. Bundan başqa, Hədid izləyicilərinə evdə oturarkən necə makiyaj etməyi öyrədib.

Ulduzun çəkdirdiyi şəklin fonundakı Odri Hepbernin portretləri izləyicilərin diqqətini cəlb edib. Bella aktrisanın şəkillərindən ilhamlandığını yazıb.

528
Əlaqədar
“Miss Azərbaycan”la tanış olmağın çox asan yolu varmış – zərfin içində...
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Azərbaycanın ən gözəl qızı karantinin pozduğu planını İstanbulda reallaşdırdı
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

Bu yayın bəlaları tükənmir - Mingəçevir su anbarı yaxınlığında böyük təhlükə yaranıb

1
(Yenilənib 12:57 08.08.2020)
Mingəçevirin Turbaza adlanan hissəsində torpaq sürüşüb. Bu zaman xəsarət alan olmasa da, iki irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevirdə sürüşmə baş verib. İyul ayında dözülməz isti, avqustun ilk günlərində isə gözlənilməz leysan yağışı ərazidə sürüşməyə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, təbiət hadisəsi Mingəçevirin keçmiş turist bazası (Turbaza) adlanan hissəsində, məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib. Bu zaman xəsarət alan olmasa da, 2 irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb.

Ağdam rayonunun Salahlı kəndindən məcburi köçkün Fərail Məmmədov baş verən hadisə haqda Sputnik Azərbaycan-a danışıb.

  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
1 / 3
© Sputnik / Rahim Mammedov
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

“Yağış yağıb, sel olan kimi evlərin altı ovula-ovula gedir. Güclü yağış olan günü titrəyiş də oldu, bəlkə də zəlzələ idi. Ondan sonra evlərdə çatlar yarandı, təhlükəli hala düşdü. İri gövdəli ağaclar sürüşmə nəticəsində kökündən qopdu. Bir neçə evdə yaşamaq mümkün deyil, çox təhlükəlidir. Yenə sürüşmə olsa, axıb gedəcək dənizə (su anbarına - red.)", - F.Məmmədov bildirib.

Ağdam, Kəlbəcər rayonlarından məcburi köçkün olan sakinlər yaşadıqları məkanın ən çox uşaqlar üçün təhlükəli olduğunu deyirlər. Uçqun olan hissələrin günbəgün artması, irigövdəli ağacların aşması burada həyəcanı daha da artırır.

Ağdam rayonundan məcburi köçkün Vəli Zeynalov güclü yağışdan sonra evinin damından axan yağış sularının ziyanından danışıb: “Gecə səhərə qədər yatmadıq, paltar-palazımız suya qərq oldu. Qonşularımızda da eyni vəziyyət oldu. Hətta mənim qaynımın toyuq-cücəsi də yağışdan sonra yaranan uçqun zamanı tələf oldu".

Sakinlər bildirirlər ki, illərdir buradakı vəziyyətlə bağlı aidiyyəti qurumları məlumatlandırsalar da, onlar burada yaşayanların köçürülməsi haqqında hələ də fikirləşirlər.

Qeyd edək ki, Azərbaycanın bir sıra bölgələri bu il quraqlıqdan əziyyət çəkir. Kür və Araz çaylarında suyun səviyyəsi həddən artıq enib, hətta Neftçalada dəniz suyu çay suyuna qarışıb. Bununla yanaşı, bir sıra bölgələrdə də leysan səbəbindən sel suları kənd təsərrüfatına xeyli ziyan vurub.

1
Əlaqədar
Adamları piyada qoyan təpə və iki ildir cavabı tapılmayan sual: yeni fəlakətimi gözləyək?
Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi
Gözümüzü göyə zilləyək? Plan olmasa, su içmək üçün yağışdan ötrü dua edəcəyik
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir
Quyuya su tökməsən, quyu sulu olmaz... – Bakı kəndləri ənənəvi mənbədən məhrum olublar