Qara Qarayev stansiyası

Fevralın 5-də maraqlı aksiya olacaq

531
(Yenilənib 14:46 02.02.2018)
"Qara Qarayev" stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq

BAKI, 2 fevral — Sputnik. Bakı Metropolitenində dahi bəstəkar Qara Qarayevin 100 illiyi qeyd ediləcək. Sputnik Azərbaycan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bəstəkarın əsərləri onun adını daşıyan stansiyada ifa olunacaq.

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə metronun dahi bəstəkarın adını daşıyan "Qara Qarayev" stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.

531
Teqlər:
Qara Qarayev, bəstəkar, "Bakı Metropoliteni" QSC, yubiley, musiqi
Əlaqədar
Metroda sərnişinlər üçün aksiya keçirilir
Cavan oğlan Bakı metrosunda şok yaşatdı
Metroda qadın qəniminə çevrilən kişi tutuldu
Bakı metrosunda gözlənilməz olay: Vətəndaşlar qatardan düşürüldü