Nur kilsəsi

Azərbaycanda bütün dəyərləri məhv edən xəzinə axtaranlar peyda olub

643
(Yenilənib 10:30 01.02.2018)
"Abidənin öncə portal daşlarını sökdülər, sonra pəncərələri və içərisində akustika sisteminin yaradılması üçün hələ 1000-1500 il əvvəl qoyulmuş küpləri söküb dağıtdılar"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Acınacaqlı hal isə odur ki, xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin əksəriyyəti diqqətdən kənarda qalıb.

Baxımsız qalan abidələr sırasına Balakən rayonunun Talalar kəndində yerləşən, qədim albanlardan bizə miras qalmış Nur kilsəsi də daxildir. Abidənin yaşı daha qədim olsa da (VI əsr), onu bərpa olunduğu XIV əsrə aid edirlər. İki hissədən ibarət olan binanın giriş hissəsi öndə iki nəhəng sütun üzərində durur. Giriş qapısı ibadət yerinə və içəridəki otağa vahid tağla birləşir.

Nur kilsə məbədi özündə 3 mədəniyyəti birləşdirir: xristianlıqdan əvvəlki, xristianlığın yeni yayıldığı dövrü və sonrakı dövrü. Zaman keçdikcə bu kilsə insan barbarlığının qurbanına çevrilib.

Tarixçi Akif Məmmədli Sputnik Azərbaycan-a abidənin hazırkı durumundan danışarkən deyib: "Kilsənin zəng qülləsi və bir nefdən ibarət (arxitektura terminidir, memarlıq atributuna deyilir — müəl.) ibadət zalı bütöv şəkildə idi. Təəssüf ki, bir müddət əvvəl qızılaxtaranlar peyda oldular, Gürcüstandan gəlmişdilər. Abidənin öncə portal daşlarını sökdülər, sonra pəncərələri və içərisində akustika sisteminin yaradılması üçün hələ 1000-1500 il əvvəl qoyulmuş küpləri söküb dağıtdılar. Ardınca divarlar sökülməyə başladı. Gürcüstandan gələnlərə yerli camaat da qoşuldu. Elə zənn etdilər ki, həmin küplərdə qızıl var".

  • Nur kilsəsi
    Nur kilsəsi
    © Sputnik / Shahperi Abbasova
  • Nur kilsəsi
    Nur kilsəsi
    © Sputnik / Shahperi Abbasova
  • Nur kilsəsi
    Nur kilsəsi
    © Sputnik / Shahperi Abbasova
  • Nur kilsəsi
    Nur kilsəsi
    © Sputnik / Shahperi Abbasova
  • Nur kilsəsi
    Nur kilsəsi
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Nur kilsəsi

"Bu, təkcə Nur qalasında olmadı, Qullar kəndində yerləşən "Arılıq binə", Qaraçöl düzəngahında yerləşən "Darvaz" məbədində, Zaqataladakı bəzi abidələrdə də elə oldu. Qax rayonunun İlisu kəndində də qızılaxtaranlar peyda oldu və onlar da tarixi abidələri qızıl axtarmaq adı ilə söküb dağıtdılar. Mən bunu insanların cahilliyi adlandırıram" — deyə tarixçi bildirib.

Tarixçi abidənin bərbad vəziyyətdə olmasından və mühafizə edilməməsindən narahatlığını dilə gətirib: "Kilsə baxımsız vəziyyətə düşüb, antropogen amillərin təsiri nəticəsində abidənin divarlarında böyük çatlar əmələ gəlib. Müəyyən müddətdən sonra bu kilsənin üst hissəsi çökə və dağıla bilər. Bu da o deməkdir ki, biz bu kilsəni gələcəkdə ancaq şəkillərdə və videolarda görə biləcəyik".

"Bundan əlavə, abidənin mühafizəsindən söhbət gedə bilməz. Bir tarixçi kimi bu, məni çox narahat edir. Xaricdən gələn turistlərə abidəni göstərmək üçün kiminsə həyətyanı sahəsinə keçmək məcburiyyətində qalırıq. Əksər hallarda gedib görürəm ki, abidənin ətrafında heyvanlar var" — A.Məmmədli danışır.

© Sputnik / Shahperi Abbasova
Tarixçidən həyəcan təbili: Onu xilas edin

Sözügedən abidənin üzərində onun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğu barədə lövhə var. Amma atalar demişkən: "Görünən dağa nə bələdçi?" Ətrafdakı kol-kos və kilsə divarlarının aşınması, sökülüb-tökülməsi onun necə qorunduğunu bariz şəkildə göstərir.

643
Teqlər:
Nur kilsəsi, Akif Məmmədli, tarixçi, sivilizasiya, abidə, mədəniyyət, Azərbaycan
Əlaqədar
Qarabağdakı abidələrimizi kimlər və niyə farslaşdırır?
İsmayılov: “İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib”
Balakəndə Alban katolikosluğuna aid unikal abidə aşkarlanıb
Tərtərdəki tarixi abidə Ermənistanın hədəfində
“Hacı Cavad” məscidi tarixi abidə deyil"
DokuBaku beynəlxalq film festivalı, arxiv şəkli

"DokuBaku" artıq 4-cü dəfə start götürüb

3
(Yenilənib 18:57 01.12.2020)
"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan "DokuBaku" artıq 4-cü dəfə start götürür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi tərəfdaşı olduğu festivalın 2020-ci ildə keçirilmə tarixi 26 oktyabr – 1 noyabr üçün nəzərdə tutulsa da, dünyanı bürüyən pandemiya (COVİD 19) səbəbindən dəyişikliklər oldu. Beləki, "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

Xatırladaq ki, festival filmləri izləmək istəyənlər platformada qeydiyyatdan keçərək günün istənilən saatı ödənişsiz izləmə imkanı qazanacaqlar.

Festivalın icraçı direktoru, sənədli film rejissoru Oktay Namazov bildirib ki, azərbaycanca və ingiliscə altyazı ilə onlayn nümayiş sənədli filmləri izləyici üçün daha əlçatan edir.

Yeri gəlmişkən, bu il festivala 53 ölkədən 250-dən çox film qəbul edilib. Seçim prosesində tammetrajlı, qısametrajlı, eyni zamanda yerli filmlər arasından ən layiqliləri seçilərək auditoriya üçün hazırlanıb. Bundan başqa, beynəlxalq və yerli mütəxəssislərdən ibarət jüri heyəti 4 kateqoriyada qalibləri seçəcək. Jüri heyətində "Ən yaxşı tammetrajlı sənədli film" kateqoriyası üçün Əli İsa Cabbarov, Laura Koppens, Səidə Baxşıyeva, "Ən yaxşı beynəlxalq qısa və yerli sənədli film" kateqoriyasında Durna Səfərova, Uolter Naqi, Yüksel Doğan, "X kateqoriyası"nda isə Elvin Cəbizadə, Aysu Akcan, Hüseyn Cəlilvənd qalib filmləri seçəcək. Festivalın açılışı Hilal Baydarovun "Xurmalar yetişəndə" filmi başlayacaq.

"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalının rəsmi proqramı ilə dokubaku.az saytında tanış ola bilərsiniz.

3
Teqlər:
film, festival
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

6
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

6
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0