Oksana Rəsulova

Oksana Rəsulovadan etiraf: Öz cibimi düşündüm

34
(Yenilənib 10:39 30.01.2018)
Rəqqasə-aktrisa Elşad Xose tərəfindən döyülməsinə aydınlıq gətirib

BAKI, 29 yanvar — Sputnik. "Altı ildir ki, azad qadınam. Valideynlərimdən başqa kiminsə ixtiyarı yoxdur ki, azadığıma mane olsun və məni qısqansın. Hər şey "Mələyin öpüşü" filmindən sonra başladı".

Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Hər şey daxil" verilişində deyib. O, ilk dəfə Elşad Xosenin onu döyməsi barədə yayılan xəbərə münasibət bildirib.

Rəsulova hadisə zamanı polisə zəng etdiyini, tez bir zamanda müdaxilə olunduğunu söyləyib:

"Kommersiya baxımından öz cibimi düşündüm və Elşad Xoseyə layihəyə çəkilmək üçün təklif etdim. Başqa aktyorlarla öpüşə bilməzdim. Bundan sonra mənə yaxınlaşdı. Dava isə… Sağ olsun polislərimiz, vaxtında müdaxilə etdilər. Əslində böyük hadisə olmamışdı, sadəcə qloballaşdırdılar".

Qeyd edək ki, 2017-ci il oktyabr ayında Binəqədi rayon Polis İdarəsinə müraciət edən O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyünü bildirib. Həmin zaman Xose saxlanılaraq ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

34
Teqlər:
rəqqasə-aktrisa, Mələyin öpüşü, rəqqasə, Elşad Xose, Oksana Rəsulova
Əlaqədar
Oksana Rəsulova keçmiş əri ilə bağlı sirləri açıqladı
Ceyla Seyidova, arxiv şəkli

"Sarı gəlin"dən xəbər var

247
(Yenilənib 11:49 19.10.2020)
Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb.

BAKI, 19 oktyabr — Sputnik. Ermənilərin uzun illər özününkiləşdirmək istədiyi Azərbaycanın xalq mahnısı "Sarı gəlin" yeni balet versiyasında təqdim olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ALOV Club (@alovclub)

Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb: "Müstəqillik günü münasibətilə xalqımızı təbrik edirik! Ölkə üçün çətin bir zamanda ruhdan düşməməyinizi diləyirik".

https://www.instagram.com/p/CGejOZhjSyT/?utm_source=ig_web_copy_link

247
Əlaqədar
Azərbaycanlı aşıq "Sarı gəlin"i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi
Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni
Eyfel qülləsində "Sarı gəlin" səsləndirildi
Moldovanın Xalq artistinin ifasında “Sarı Gəlin”
Misirlilər azərbaycanlı qızın ifasında "Sarı gəlin"ə valeh oldu
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

29
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

29
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0