Mikrofon, arxiv şəkli

Azərbaycanlı müğənnilər duelə çıxıblar

74
(Yenilənib 14:47 22.01.2018)
Hər iki həmyerlimiz "O səs Türkiyə"nin yarımfinallarında çıxış edəcək

BAKI, 22 yanvar — Sputnik. "O səs Türkiyə" yarışmasının "Duel" turları keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, həmin yarışmada iştirak edən azərbaycanlı müğənnilər Pərvin Səfərov və Ayla Ray da duellərdə iştirak edib.

Pərvin Səfərov dueldə "Yorğun illərim" adlı mahnını ifa edib. Murad Bozun komandasında olan Səfərov üç nəfər ilə mübarizədən qalib ayrılıb və növbəti tura keçib.

Ayla Ray "Black Velvet" mahnısını ifa edərək mübarizəyə qatılıb. Ayla Ray da duelin sonunda rəqiblərindən üstün olmağı bacarıb və Yıldız Tilbe komandasında yarışan Ayla yarımfinala yüksəlib.

Qeyd edək ki, hər iki həmyerlimiz "O səs Türkiyə"nin yarımfinallarında çıxış edəcək.

74
Teqlər:
Ayla Ray, Pərvin Səfərov, yarışma, "O səs Türkiyə", duel
Əlaqədar
Azərbaycanlı çoban "O səs Türkiyə" müsabiqəsinin ikinci turunda - VİDEO
"O səs Türkiyə"də azərbaycanlı qız üstündə dava
"O Səs"-də şok hadisə: ər müğənni arvadını güllələdi
Neftçalalı çoban "O səs Türkiyə"dəki uğurundan danışdı
DokuBaku beynəlxalq film festivalı, arxiv şəkli

"DokuBaku" artıq 4-cü dəfə start götürüb

3
(Yenilənib 18:57 01.12.2020)
"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın ilk müstəqil beynəlxalq sənədli film festivalı olan "DokuBaku" artıq 4-cü dəfə start götürür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi tərəfdaşı olduğu festivalın 2020-ci ildə keçirilmə tarixi 26 oktyabr – 1 noyabr üçün nəzərdə tutulsa da, dünyanı bürüyən pandemiya (COVİD 19) səbəbindən dəyişikliklər oldu. Beləki, "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı 30 noyabr – 6 dekabr tarixlərində onlayn formada baş tutacaq. 1 həftə davam edəcək festivalda dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq.

Xatırladaq ki, festival filmləri izləmək istəyənlər platformada qeydiyyatdan keçərək günün istənilən saatı ödənişsiz izləmə imkanı qazanacaqlar.

Festivalın icraçı direktoru, sənədli film rejissoru Oktay Namazov bildirib ki, azərbaycanca və ingiliscə altyazı ilə onlayn nümayiş sənədli filmləri izləyici üçün daha əlçatan edir.

Yeri gəlmişkən, bu il festivala 53 ölkədən 250-dən çox film qəbul edilib. Seçim prosesində tammetrajlı, qısametrajlı, eyni zamanda yerli filmlər arasından ən layiqliləri seçilərək auditoriya üçün hazırlanıb. Bundan başqa, beynəlxalq və yerli mütəxəssislərdən ibarət jüri heyəti 4 kateqoriyada qalibləri seçəcək. Jüri heyətində "Ən yaxşı tammetrajlı sənədli film" kateqoriyası üçün Əli İsa Cabbarov, Laura Koppens, Səidə Baxşıyeva, "Ən yaxşı beynəlxalq qısa və yerli sənədli film" kateqoriyasında Durna Səfərova, Uolter Naqi, Yüksel Doğan, "X kateqoriyası"nda isə Elvin Cəbizadə, Aysu Akcan, Hüseyn Cəlilvənd qalib filmləri seçəcək. Festivalın açılışı Hilal Baydarovun "Xurmalar yetişəndə" filmi başlayacaq.

"DokuBaku" Beynəlxalq Sənədli Film Festivalının rəsmi proqramı ilə dokubaku.az saytında tanış ola bilərsiniz.

3
Teqlər:
film, festival
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

6
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

6
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0