Podiumda modellər, arxiv şəkli

Məşhur şounun təşkilatçıları ilə görüş imkanınız var

129
(Yenilənib 12:48 22.01.2018)
"Yeddi gözəl"-də toy və ziyafət paltarlarının dəfiləsi olacaq

BAKI, 22 yanvar — Sputnik. Fevralın 9-da "Boulevard Hotel Baku"-da keçiriləcək dəbdəbəli "Yeddi gözəl" "Beauty Fashion Show" çərçivəsində qonaqlar ilk dəfə dəbli toy və ziyafət paltarlarının dəfiləsini görəcəklər. Bununla yanaşı, dəbli stilist-vizajistlərin və saç ustalarının işləri nümayiş olunacaq. Şounun təşkilatçısı "PI Group" şirkətidir.

Aktual toy geyimləri və trendlərinin nümayişinə həsr olunmuş ilk tematik şou-nümayişin keçirilmə ideyası necə yaranıb? Şouda hansı yerli məşhurlar iştirak edəcək? Tamaşaçıları sürprizlər gözləyirmi?

Bütün bunlar barədə 23 yanvar saat 13:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində şounun təşkilatçıları, eləcə də populyar aparıcı Vüsalə Kərimova, Dj China, müğənnilər Ayaz Babayev, Sura və digər məşhur müğənnilər danışacaqlar.

Sputnik Azərbaycan "Yeddi gözəl" "Beauty Fashion Show"nun informasiya tərəfdaşıdır.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

129
Teqlər:
"Boulevard Hotel Baku", "Yeddi gözəl" Beauty Fashion Show, Sputnik Azərbaycan
Əlaqədar
Bakılı gözəl oğlanlara inanmır, ona görə də əri nikah şousunda axtarır
Aygün Kazımovadan unudulmaz şou
Maralgöldə buz üzərində "şou" göstərənlər müəyyən edilib