Məhkəmə çəkici

Xalq artistlərinin 500 min manatlıq davası ilə bağlı hökm verildi

643
(Yenilənib 15:25 08.01.2018)
"Bizim əlimizdə faktlar olduğu halda iddiamız qəbul edilmədi"

BAKI, 8 yanvar — Sputnik. Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin qarşılıqlı iddiaları təmin olunmayıb. Bu barədə Sputnik Azərbaycan-a Məleykə Əsədovanın vəkili hüquqşünas Tağı Hüseynov məlumat verib.

O bildirib ki, Nəsimi Rayon Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın Xalq artisti Ramiz Məlikə, Ramiz Məlikin isə Məleykə Əsədovaya qarşı iddiaları üzrə məhkəmə iclası davam edib: "Prosesdə qərar elan edilib. Qərara görə, hər iki tərəfin iddiası məhkəmə tərəfindən təmin edilməyib. Həqiqətən çox gülünc qərar idi. Bizim əlimizdə faktlar olduğu halda iddiamız qəbul edilmədi".

T.Hüseynov daha sonra əlavə edib ki, M.Əsədova hazırda ölkədə olmadığı üçün mətbuata hər hansı bir açıqlamanın verilməsini istəmir: "Amma Xalq artisti mübarizəsini davam etdirəcək".

Xatırladaq ki, Məleykə Əsədova Ramiz Məlikdən şərəf və ləyaqətini təhqir etdiyinə görə 200 min manat məbləğində təzminat tələb edir. Buna səbəb kimi Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

R.Məlik də qarşılıqlı olaraq iddia qaldırararq M.Əsədovadan 300 min manat təzminat tələb edcəyini bildirmişdi.

643
Teqlər:
Ramiz Məlik, Məleykə Əsədova, Tağı Hüseynov, təzminat, iddia, məhkəmə, xalq artisti, manat
Əlaqədar
Məleykə Əsədovaya qarşı şok ittiham: "Əlimizdə səs yazısı var"
Ramiz Məlik cavab verdi: “Məleykə onu yuxusunda görər”
Məleykə Abbaszadə müəllimləri sərt tənqid etdi
Ramiz Məlikdən Məleykə Əsədovaya növbəti barışıq çağırışı...
Məleykə Əsədovadan Ramiz Məlikə alçaldıcı çağırış