Əməkdar artist Pərviz Məmmədrzayev

Əməkdar artist: "Məni imtahandan kəsən müəllim tamaşada ayağımın altına gül qoyub"

563
(Yenilənib 18:51 03.01.2018)
Aktyor: "Görsəm artıq boğuluram, ailəni dolandırmaq lazımdı, onda qərar verməli olacağam"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Bir neçə il öncə yaradılan Azərbaycan pantomim teatrının ilk kollektivində yer alan, qısa zamanda oynadığı obrazlar ilə sevilən Əməkdar artist Pərviz Məmmədrzayev uzun müddətdir ki, səhnədə görünmür. Aktyor Sputnik Azərbaycan-a müsahibə verərək səhnədə görünməməsi, hazırkı fəaliyyəti ilə bağlı sualları cavablandırıb.

— Pərviz bəy, qəfildən gözdən uzağa çəkildiniz, səhnədən uzaqlaşdınız. Buna səbəb nə oldu?

— Qəbul etmədiyim məqamlar oldu və uzaqlaşdım. "Simsar" adlı studiya yaratdım. Studiyada ilk tamaşada özüm çıxış elədim. Sonra isə səhnəyə çıxmadım. Hamı sual verirdi ki, niyə uşaqlarla bir səhnəni bölüşmürəm. Səmimi deyim ki, uşaqlarla səhnəni bölüşüb yanımda zəif görünmələrini, onları tamaşaçı gözündən salmağı istəmirdim. Axı onlar mənim balalarımdır. Qeyd edirdim ki, nə vaxt studiyada mənimlə çalışan aktyorlar yüksək səviyyəyə çatacaqlar, o zaman onlar ilə bir səhnəyə çıxacağam. Studiyanı yaratmaqda da məqsədim o idi ki, özümə silahdaş hazırlayım. Amma bəzi səbəblərdən studiya bağlandı, buna baxmayaraq işlərimizi başqa yerdə davam etdirdik. 

Hikmət Rəhimov (solda) və Rasim Cəfər
© Фото предоставлено Х.Рагимовым

 Hansı işlərinizi? Nə kimi işlər gördünüz sonra?

— O ərəfələrdə, Akademik Milli Dram Teatrında İsrafil İsrafilovun rəhbərlik etdiyi dövrdə Vidadi Həsənov məni dəvət etdi ki, teatrda studiya açılır. Məni də ora ritm və plastika üzrə müəllim kimi dəvət etdilər. Razılaşdım və tələbələrimi də götürüb getdim ora. Amma İsrafil İsrafilov vəzifədən gedən kimi studiya da bağlandı. Mən də oradan işdən çıxdım.

 Hazırda nə işlə məşğulsunuz?

— Hazırda aktyor hazırlamaqla məşğulam. Amma sizə bir sirr açım. Azərbaycan Dövlət Musiqili Teatrında rejissor Mehriban Ələkbərzadə "Nuri didə Ceyhun" adlı tamaşa hazırlayır. Mən də o tamaşada baş rolda — Ceyhun Hacıbəylini oynayıram. Bu tamaşa Üzeyir Hacıbəylinin mühacirətdə olan qardaşı haqqındadır. Ümid edirəm ki, maraqlı olacaq. Bir sözlə, fəaliyyətim bir səpgidə getmir.

 Daha pantomima tamaşaları oynamırsınız?

— Bu ilin əvvəllərində Yeni "Human" teatrı yaratdım. Qısa zaman ərzində iki tamaşa hazırladıq. Sadəcə məkanımız olmadığı üçün müvəqqəti fəaliyyətimizi dondurmuşuq. Nə zamansa binamız olarsa, davam edərik. Amma bir necə teatr festivalına dəvət almışıq. 2018-ci ilin mart ayında səfərimiz gözlənilir. 

 Sənət adamları arasında xaricə gedib, orada fəaliyyətini davam etdirmək dəbdədir. Siz necə, nə vaxtsa, xaricə getmək istəmisiniz?

— Bir neçə ölkədə yaşayıb, işləmək üçün dəvət almışam. Ancaq qəbul etməmişəm, düşünmüşəm ki, millətimin övladını öyrədə biləcəyim halda, niyə başqa yerə gedib başqalarını öyrətməliyəm?! Bəlkə də maddiyyat məni çox sıxsa, məcbur olub gedəcəm. Amma saman çöpündən yapışana qədər çalışacağam. Görsəm ki, artıq boğuluram, ailəni dolandırmaq lazımdı, o zaman artıq qərar verməli olacağam. Təbii ki, mənim üçün ailə birinci növbədədir.

 Pantomima aktyoru kimi ilk simalardansınız…

— Əslində uşaq vaxtı heç vaxt aktyor olmaq istəməmişəm. İngilis dilindən tərcüməçi olmaq istəyirdim. İngilis dili müəllimim mənə dedi ki, tərcüməçi qadın peşəsidir, sən aktyor ol. Bir neçə il mənə dərs dediyi ərəfədə yavaş-yavaş mənə aktyor olmağı aşıladı, öyrəşdirdi və mən də qərar verdim. Doğrudur, imtahanlardan iki dəfə kəsildim. Amma sona kimi getdim. Universitetə imtahan verən zaman məni aktyorluq imtahanından kəsən müəllim tamaşaların birində ayağımın altına gül qoyub. O özü də heç vaxt məni imtahandan kəsdiyini bilməyib, bilməyəcək də. Əslində onlar məni imtahandan kəsməklə mənə böyük kömək olublar. Ömrüm boyu onlara minnətdar olacağam. Amma onlar bunu heç vaxt bilməyəcək. 

 Bilirik ki, keçmiş idmançı olmuşunuz. Bu, plastikanıza təsir edib?

— Bəli, gənclik dövründə taekvando ilə məşğul olmuşam. Bəxtiyar Xanızadə də məni idmançı kimi yaxşı tanıyırdı. Bir gün zalda tamaşanı məşq edirdim. Bəxtiyar müəllim içəri daxil oldu və mən məşqi dayandırdım. Bəxtiyar Xanızadə xahiş etdi ki, məşqi davam edim. Mən də dayanmadan öz çıxışımı bitirdim. Sonra Bəxtiyar müəllim məni yanına çağırdı və çıxışımı çox bəyəndiyini dedi ki: "Səni indiyə kimi idmançı kimi tanımışam, bu gün səndə əsl aktyorluq gördüm". Ardınca da soruşdu ki, nə vaxtsa teatr yaratsa, məni dəvət etsə gedərəm? Təbii ki, böyük məmnuniyyətlə təklifini qəbul etdim. Beləliklə, bir müddət sonra Pantomima Teatrı yarandı və biz orada çıxışlara başladıq.

563
Əlaqədar
Onu görməyə tələsin: dünya şöhrətli hind aktyoru Bakıya gəlir
Dünyanın ən məşhur aktyorunun ölümünün ildönümü
Əfsanəvi amerikalı aktyor Türkiyədə biznes qurdu
Azərbaycanlı aktyor ağır cinayət törədib
Milyonlarla qadının əlçatmaz arzusu olan əfsanəvi aktyor
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

100
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

100
Maksim Fadeyev və Emin Ağalarov, arxiv şəkli

Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib

21
(Yenilənib 17:32 11.07.2020)
Azərbaycanın xalq artisti yeni kompozisiyanı təqdim edib və onun pərəstişkarların ürəyincə olacağına əmindir.

BAKI, 11 iyul — Sputnik, Kəmalə Əliyeva. Rusiyalı bəstəkar, müğənni və prodüser Maksim Fadeyev Azərbaycanın xalq artisti Emin Ağalarov üçün mahnı yazıb. Mahnının adı qeyri-adidir – "MMM".

Bu barədə Ağalarov "Instagram" səhifəsində məlumat verib və ümidvar olduğunu bildirib ki, kompozisiya onun pərəstişkarlarının xoşuna gələcək.

"Mahnımızın çoxdan gözlənilən relizi. Maksim, mənim üçün etdiyin hər şeyə görə sənə təşəkkür etməkdən yorulmayacağam. Bu cür ruh və emosiyalar ilə. Və bu da sənin növbəti şah əsərindir. Çox sağ ol, müəllimim", - Ağalarov yazıb.

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq" kimi mahnıların müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

21
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0