Parni iz Baku KVN komandasının ilk uğurundan 25 il keçir

"Parni iz Baku" KVN komandası üçün əlamətdar gün

89
(Yenilənib 15:38 26.12.2017)
Məşhurlar bu dəfə yubiley ərəfəsində görüşdülər

BAKI, 26 dekabr — Sputnik. "Parni iz Baku" KVN komandasının ilk uğurundan 25 il keçir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə KVN komandasının aktyoru Bəhram Bağırzadə məlumat verib.

O bildirib ki, 25 il əvvəl, 24.12.1992-ci il tarixində "Parni iz Baku" KVN komandası ilk dəfə olaraq çempion olub.

89
Teqlər:
"Parni iz Baku" KVN komandası, Bəhram Bağırzadə, çempion
Təranə Qumral və Musa Musayev, arxiv şəkli

Müğənni izləyicilərini hədələdi - "Hünəriniz var, bir də..." - VİDEO

28
(Yenilənib 12:34 19.01.2021)
"Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün".

BAKI, 19 yanvar — Sputnik. Müğənni Təranə Qumral sosial şəbəkədə yayımladığı video ilə müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin görüntüdə işlətdiyi qeyri-etik ifadələr bir yana, onun istifadə etdiyi effekt ələ salınıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Terane_Musa (@terane_musa)

Bir neçə gün əvvəl qızları ilə rəqs edən videosunu yayımlayan ifaçı ünvanına yazılan tənqidlərə cavab verib. O: "Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var, bir də qarğış yazasınız", - deyə bildirib.

Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.

28
Teqlər:
hədə, video, Instagram, müğənni
Jan-Pyer Bakri, arxiv şəkli

Dünya şöhrətli aktyor xərçəngə məğlub oldu

16
(Yenilənib 11:25 19.01.2021)
Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib.

BAKI, 19 yanvar — Sputnik. Fransanın tanınmış aktyoru və ssenarist Jan-Pyer Bakri vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 69 yaşlı aktyor ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Jan-Pyer Bakri 1951-ci il mayın 24-də Əlcəzairdə yəhudi ailəsində doğulub. 1962-ci ildən sonra aktyorun ailəsi Fransaya mühacirət edib. Mərhum aktyorun kinoya ilk gəlişi "Hərbi həkim" filmində olub. Həmin filmdə Alen Delon və Veronik Janno ilə tərəf-müqabili olan Jan-Pyer Bakri 1985-ci ildə Lyuk Bessonun "Zirzəmi" filmində çəkilib.

Mərhum aktyor 70-dən çox kino və telelayihələrin ssenari müəllifi olub. "Ən yaxşı ssenari"yə görə dörd dəfə "Sezar" mükafatına layiq görülüb. Həmçinin Kann Festivalının mükafatçısı olub.

16
Pasport, arxiv şəkli

Şəxsiyyət vəsiqəsilə Türkiyəyə səfəri nəzərdə tutan layihə müzakirə olunacaq

0
(Yenilənib 19:39 19.01.2021)
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

0