Выступление Джейхуна Ага-Тагиева

Qələbənin bir addımlığında: Azərbaycanlı "Sən supersən! Rəqslər"də 4-cü yeri tutdu

160
(Yenilənib 01:35 24.12.2017)
Türkmənistanı təmsil edən milliyyətcə azərbaycanlı Ceyhun Ağatağıyev ilk gündən beynəlxalq layihənin münsiflərinin və tamaşaçıların rəğbətini qazanaraq şounun finalında fəxri dördüncü kürsüyə yiyələnib

BAKI, 24 dekabr — Sputnik. NTV telekanalında "Sən supersən! Rəqslər" beynəlxalq uşaq müsabiqəsinin möhtəşəm finalı baş tutub. Bir müddət öncə bütün MDB nəfəsini saxlayaraq layihənin seçmə turunu izləyirdi, indi isə ən möhtəşəm uşaq rəqs şousunun qalibinin adı məlumdur. Müsabiqədə Rusiyanın Kostroma şəhərindən 14 yaşlı Valeriya Rodnina qalib gəlib. Onu "çox gözəl, möcüzələri olan qız" adlandırırlar.

Türkmənistanlı Ceyhun Ağatağıyev müsabiqədə 4-cü yeri tutaraq ilk beşliyə düşə bilib. Ceyhunun müsabiqəyə namizədliyi layihənin informasiya tərəfdaşı olan Sputnik Beynəlxalq İnformasiya Agentliyi tərəfindən təklif edilib.

Qeyd edək ki, müsabiqədə ikinci yeri Belqoroddan Viktor Lukinov, üçüncü yeri isə Lesosibirskdən Nikita İvanov və Kireevskdən Məhəmməd Qurbanov tutublar.

Az adam inanar ki, Ceyhun rəqs etməyi internetdəki dərslərlə öyrənib. Nəzərə almaq lazımdır ki, o, ən çətin üslublardan olan dabstepə üstünlük verir. Onun rəqsini birinci dəfə görənlərə elə gəlir ki, Ceyhunun sümükləri yoxdur. Ceyhun gələcəkdə peşəkar rəqqas olaraq bütün dünyanı gəzmək istəyir.

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən! Rəqslər" şousu Rusiya, MDB və Baltika ölkələrindən istedadları birləşdirərək uşaqlara öz arzularına çatmaq imkanı yaradır.

Azərbaycanı bu genişmiqyaslı layihədə 4 iştirakçı təmsil edib: Abbasqulu Səfərov, İlkin Hüseynov, Sevinc Behbudova və Sevda Fətullayeva.

160
Əlaqədar
“Sən Supersən! Rəqslər”in səhnəsində azərbaycanlı performansı
İlkin və Sevinc “Sən Supersən! Rəqslər” şousunu tərk edib
“Sən Supersən! Rəqslər!”in iştirakçısını Bakıda necə qarşıladılar
"Sən supersən! Rəqslər"in azərbaycanlı iştirakçısı çıxışından nə gözləyir?