Bərdədəki Şirvanlı hamamı

Bərdəlilərin ümidi var, dövlət bu işə əl qoyacaq deyə...

408
(Yenilənib 11:31 14.12.2017)
Bu tarixi abidə bərpa olunsa, Bərdəyə turistlər axın edəcək

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Bərdədəki Şirvanlı hamamı Qarabağ bölgəsinin nadir tarixi abidələrindəndir. 300 ilə yaxın yaşı olan abidə bu gün dövlət tərəfindən qorunur.

Şirvanlı kəndinin özü də qədim yaşayış məskənlərindən biridir. Vaxtilə paytaxt şəhəri olan Bərdəyə müxtəlif bölgələrdən insanlar axın edib. Kəndin adının da Şirvanlı olması Şirvan bölgəsindən gələn əhalinin burada məskunlaşması ilə izah edilir.

Kənd ərazisində qədim dövrdən qalma bir neçə abidə mövcuddur. Tarixçi Raya Əhmədova Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumatda bildirir ki, əhalinin getdikcə daha sıx məskunlaşması, ziyarət və ticarət üçün gələnlərin sayının artması karvansara, bazar, hamam və körpülərin tikilməsinə ehtiyac yaradıb. Şirvanlı hamamı da günümüzə gəlib çatan belə tikililərdəndir.

Şirvanlı hamamının əsası 18 əsrdə bölgənin nüfuzlu şəxslərindən hesab olunan Seyid Heydər tərəfindən qoyulub. Tikintisində keyfiyyətli inşaat materiallarından istifadə edilməsi tarixi abidənin bu günə qədər gəlib çatmasına imkan verib.

  • Bərdədəki Şirvanlı hamamı
    Bərdədəki Şirvanlı hamamı
    © Sputnik / Ramil Ibrahimov
  • Bərdədəki Şirvanlı hamamı
    Bərdədəki Şirvanlı hamamı
    © Sputnik / Ramil Ibrahimov
  • Bərdədəki Şirvanlı hamamı
    Bərdədəki Şirvanlı hamamı
    © Sputnik / Ramil Ibrahimov
1 / 3
© Sputnik / Ramil Ibrahimov
Bərdədəki Şirvanlı hamamı

Raya Əhmədova deyir ki, həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar üçün nəzərdə tutulub. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır. Ön hissədən hamama kişilər, arxa hissədən isə qadınlar girə bilərmiş.

"Ümumiyyətlə, Şərqdə hamam mədəniyyəti Qərb ölkələrindən həmişə fərqlənib. Burada qadınlar üçün nəzərdə tutulan günlərdə məclislər qurulub. O vaxt həm də evlənmək yaşına gəlmiş gənc qızlara oğlan anaları elə hamamda elçi düşürdülər. O vaxtlar şərqli qadınların istirahət edə, əylənə biləcəyi, bəlkə də, tək yer hamam olub" — deyə Raya Əhmədova bildirir.

Qırmızı kərpicdən inşa edilən hamamın özü də iki hissədən ibarətdir. Binanın mərkəzində hovuzu olan birinci hissə və içərisində 3 ayrı otağı olan ikinci hissə yerləşir.

© Sputnik / Ramil Ibrahimov
Bərdəlilərin ümidi var, dövlət bu işə əl qoyacaq deyə...

Raya xanımın sözlərinə görə, buranın kanalizasiya sistemi də mövcud olub. Günbəzin üzərindəki böyük dəlikdən içərinin havalandırılması, işıqlandırılması üçün istifadə edilib. Yağış suyu isə birbaşa mərkəzdəki hovuzda toplanıb, sonra borular vasitəsilə kanalizasiyaya axıdılıb. Hamam ötən əsrin 70-ci illərinə kimi fəaliyyət göstərib. Sonralar təlabat azaldığından fəaliyyəti dayanıb.

"Uzun müddət istifadəsiz qalan hamam bərbad vəziyyətə düşüb. Bərpa olunması, yenidən fəaliyyət göstərməsi lazımdır. Deyə bilərsiniz ki, "İndi hamama kim gələcək axı? Hamının evində hamam var". Amma bura bərpa olunandan sonra xarici, yerli turistlər də gəlməyə can atacaqlar" — müsahibimiz bildirir.

"Bu binanın görünüşü də gözəldir. Gördüyünüz abidə özü sübutdur ki, Azərbaycan xalqı necə yüksək mədəniyyətə malikdir. Ümidvaram ki, düzələcək" – deyə Raya Əhmədova vurğulayır.

Həmsöhbətimiz onu da qeyd edir ki, Şirvanlı hamamı rayon ərazisində bərpa olunacaq abidələr siyahısına salınıb. 2018-ci ildən bərpasına başlanılması gözlənilir. Gələcəkdə, hətta yenidən hamam kimi fəaliyyət də göstərəcək.

408
Teqlər:
Raya Əhmədova, Şirvanlı hamamı, Qarabağ bölgəsi, tarixçi, tarixi abidə, Bərdə, Şərq, dövlət, ziyarət, mədəniyyət, Qərb, turist
Əlaqədar
Quba sakinlərini qədim hamamın buxarında boğub, cəsədlərini çaya atıblar
Zibil yeşiklərindən yığır, köhnə hamam vannasında yuyur və...
XIX əsrin möcüzəli hamamları
Qarabağdakı abidələrimizi kimlər və niyə farslaşdırır?
İsmayılov: “İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib”
Balakəndə Alban katolikosluğuna aid unikal abidə aşkarlanıb
 Beynəlxalq Muğam Mərkəzi, arxiv şəkli

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsinin ilk buraxılışı Şuşaya həsr olunacaq

9
BMM ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizin bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb.

BAKI, 30 oktyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə dağıdılıb talan edilən tarixi-mədəni irsimizin bir daha dünyaya tanıdılması məqsədilə silsilə layihələrin icrasına başlayıb. Azərbaycan musiqi tarixində mühüm yer tutan Qarabağın musiqi tarixi də öz qədimliyi və özünəməxsusluğu ilə seçilir. Mütəmadi olaraq musiqi irsimiz, qədim musiqi alətlərimiz və muğamlarımız haqqında məruzə və məlumatlar təqdim edən BMM bu dəfə "Qarabağ muğam məktəbi və Qarabağ xanəndələri" adlı layihəni təqdim edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, ilk mərhələdə qədim Şuşa və Şuşanın yetirdiyi musiqiçilərlə yanaşı, BMM-in foyesində büstləri qoyulan korifey xanəndələr haqqında məlumatlar təqdim olunacaq.

Yolumuz mədəniyyət, musiqi məbədimiz olan Şuşayadır. Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır, təbirini və təyinini haqlı olaraq qazanıb. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətiriblər. Şuşa Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Primovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun və daha onlarla tanınan, adı tarixə yazılan musiqiçilərin vətənidir.

XIX əsrin birinci yarısından başlayaraq Şuşada incəsənətin müxtəlif sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkişaf edib. Xanəndəlik sənəti Azərbaycanın başqa yerlərinə nisbətən Qarabağ mahalında, daha çox və xüsusilə Şuşa şəhərində inkişaf etmişdi. Bu, şübhəsiz, təsadüfi bir hal olmayıb, Şuşanın coğrafi şəraiti, digər tərəfdən isə şəhərin geniş mədəni-iqtisadi münasibətləri ilə əlaqədar idi.

Qeyd edək ki, layihə BMM-in sosial şəbəkə hesablarından yayımlanacaq.

9
Rəssam, arxiv şəkli

Tələsin: Yeniyetmələr arasında rəsm müsabiqəsi start götürdü

17
Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

BAKI, 29 oktyabr — Sputnik. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 10-17 yaş arası uşaq və yeniyetmələr arasında "Terrora yox deyək!" adlı rəsm müsabiqəsi elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd yeniyetmələrin diqqətini erməni terroruna cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə xüsusi istedadları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Müsabiqə vətənpərvərlik mövzusunda keçirilir. Müsabiqənin şərtlərinə görə, rəsmlər A1 və ya A3 ölçülü vatman kağızlarda çəkilməlidir. Müsabiqəyə 1 və ya 2 rəsm əsəri təqdim oluna bilər. Rəsmlərin son qəbul tarixi noyabrın 27-də başa çatır.

Yarışma başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən 3 qalib seçiləcək. Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

Əlavə məlumatı http://clb.az/yeniyetmlr-arasnda-terrora-yox-deyk-adl-rsm-msabiqsi_d3001.html ünvanından əldə etmək olar.

17

Uşaq bağçalarında tədris bərpa edilmir

3
"Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur"

BAKI, 30 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi formada bərpa edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir: "Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur".

E.Əmrullayev şagird yerdəyişməsindəki fasiləyə də aydınlıq gətirib. O bildirib ki, bu, növbəti həftədən aradan qaldırılacaq: "Əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq".

3