Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur aktyor: "Azərbaycanda teatr binaları var, amma teatr yoxdur"

© © Фото предоставлено Х.РагимовымHikmət Rəhimov (solda) və Rasim Cəfər
Hikmət Rəhimov (solda) və Rasim Cəfər - Sputnik Azərbaycan
Abunə olmaq
Populyar aktyorlar baş rejissorun təzyiqlərinə tab gətirməyərək ərizə yaxıb dövlət teatrından çıxıblar

BAKI, 8 dekabr — Sputnik. Mətbuatda gedən məlumata əsasən, hazırda Azərbaycanın ən çox tələb olunan aktyorları Hikmət Rəhimov və Rasim Cəfər guya öz arzuları ilə Dövlət "Yuğ" Teatrından getmək qərarına gəliblər.

Sputnik Azərbaycan-ın müxbiri bu informasiyanın nə dərəcədə doğru olduğunu və onların nə üçün uzun illər işlədikləri teatrdan getmək qərarına gəldiklərini aydınlaşdırmağa çalışıb.

Teatrın baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Hikmət Rəhimov və Rasim Cəfərin öz arzuları ilə teatrdan getdiklərini təsdiqləyib. 

Kamran Ağabalayev - Sputnik Azərbaycan
Azərbaycanlı aktyor Burak Özçivitlə birgə təqdimata niyə gəlmədi?

"Onlar tamaşalarda və məşqlərdə iştirak edə bilmirdilər. Hər ikisinin başqa işləri var idi və onlar qərara gəliblər ki, teatrdakı işi davam etdirməyin mənası yoxdur. Səbəb sadəcə budur" — deyə Ələkbərzadə bildirib.

Hikmət Rəhimov əvvəlcə bu barədə suala cavab verməkdən imtina edib. Bildirib ki, Ələkbərzadə artıq bütün informasiyanı jurnalistlərlə bölüşüb: "Amma daha yaxşı olardı ki, o, hər şeyi açıq və səmimi şəkildə deyərdi ki, əslində teatrdan getməyimizə səbəb nə olub. Bilirsiz, biz nə qədər axmaq olmalıyıq ki, elə-belə teatrdan getməklə bağlı ərizə yazaq. Bizi o həddə çatdırdılar ki, teatrdan getmək qərarına gəldik. O, özü bunu istədi və biz də onun arzusunu yerinə yetirdik".

Aktyor "Yuğ" teatrında yalnız bir tamaşada — Azərbaycanın xalq artisti Ramiz Həsənoğlunun rejissoru olduğu, gənc yazar Pərvin Yaşarın eyni adlı pyesi əsasında səhnələşdirilmiş "Sonuncu" tamaşasında oynayıb. Onun sözlərinə görə, bir dəfə də olsun tamaşanı buraxmayıb və nə vaxt lazım olsa, teatra gedib. Heç nəyə baxmayaraq, əgər onu yenə də bu tamaşada oynamağa çağırsalar, müəllifin, aktyorların və rejissorun xatirinə məmnuniyyətlə gedər. Rəhimovun gələcəkdə Azərbaycanın heç bir teatrında oynamaq niyyəti yoxdur. 

Elvin Mirzəzadə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İki aya 7 milyon yığan müğənni: "Acqarına sənət nümayiş etdirə bilmərəm"

"Teatr hər bir aktyor üçün vacibdir. Sadəcə onunla işçi mühit yarada bilən, müxtəlif tamaşalar səhnəyə qoyan, aktyorları eyni şeyləri dəfələrlə təkrarlamağa məcbur etməyən rejissor işləməlidir. Təəssüf ki, Azərbaycanda çoxlu teatr binaları var, amma onlar sadəcə binalardır, əsl teatr isə yoxdur. Bu, mənim fikrimdir" — deyə Rəhimov bildirib.

Qeyd edək ki, Rəhimov 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından kənarlaşdırılıb. Onu dəstəkləyən xalq artisti Fuad Poladov da gənc həmkarına qarşı münasibətdə ədalətsizliyə yol verildiyi üçün həyatı boyu işlədiyi teatrı tərk edib. Hazırda Rəhimov bütün yerli film və seriallarda çəkilir.

Xəbər lenti
0