Məleykə Əsədova

Məleykə Əsədova: "Ramiz Məlik şərtimə əməl etməsə, təzminatı ödəməlidir"

126
(Yenilənib 12:30 04.12.2017)
"Məni qınayan bəzi insanlara üzümü tuturam: Siz dünyasını dəyişmiş valideynlərinizə böhtan atıb, əxlaqsız sözlərlə onları təhqir edəni bağışlayarsınız?"

BAKI, 4 dekabr — Sputnik. "Azərbaycan cəmiyyəti bilir ki, Ramiz Məliki geyimimlə bağlı etdiyi iradla bağlı yox, məni, ailəmi, anamı əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə vermişəm. Məhkəmə predmeti məhz budur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya xalq artisti Məleykə Əsədova deyib. O, qeyd edib ki, Ramiz Məlik cəmiyyətə yanlış informasiya ötürməklə məşğuldur: "Ramiz Məlikin saytlara verdiyi açıqlamaları oxuyanda dəhşətə gəldim. Deyir ki, "Məleykə Əsədova xalq artistidir, bu olanlar ona yaraşmaz, mən onu təhqir etməmişəm, öyüd-nəsihət vermişəm".

"Sual verirəm: Ramiz, sənin dünyanda ailəni əxlaqsız sözlərlə ictimaiyyət qarşısında söymək təhqir deyil? Deyirsən, əlli illik təcrübən, 74 yaşın, ağ saçların var. Sən nəyə görə 74 yaşından, ağ saçlarından, işlədiyin kollektivdən, bizi alqışlayan tamaşaçılardan utanmadan, hörmət etmədən, səninlə illərdir səhnəni bölüşən, bir neçə tamaşada tərəf müqabili olan iş yoldaşını və onun ailəsini ictimaiyyət qarşısında təhqir etdin? Bu, sənin dediyin kimi, 50 illik iş təcrübənə, 74 yaşına, ağ saçlarına yaraşar?" — Əsədova bildirib.

"Sən yenə də səhv informasiya yaymaqla, şantaj etmək, böhtan atmaqla özünü cəmiyyət qarşısında təmizə çıxarmaq, haqsız ola-ola haqlı kimi təqdim etməyə çalışmaq, özünü günahsız tərəf kimi göstərməyə cəhd etmək, əməllərinə görə səni gözləyən məsuliyyətdən yaxa qurtarmağa çalışırsan. Amma bu, boş cəhddir. Çünki mən ölkəmizin ədalət məhkəməsinə güvənirəm" — aktrisa əlavə edib.

Xalq artisti deyib ki, illərdir teatrda bu kimi qalmaqallar ancaq Ramiz Məlikin adı ilə bağlıdır: "Keçən il olan qalmaqal unudulmamış, yenə heç kimlə işi olmayan, öz balaca dünyasında hər kəsə xoşbəxtlik arzulayan, Allahına bağlı olan bir qadınla qalmaqal yaratdın. Bununla iç dünyanın "tərbiyə zənginliyi"ni göstərdin. Hamı bilir ki, valideynlərimə nə qədər böyük hörmət, sevgi ilə yanaşmışam. Onlar dünyasını dəyişsə də, ruhları hər zaman mənimlədir".

"Mən səni bağışlasam, atamın-anamın ruhu məni bağışlamaz. Üzümü Ramiz Məliki məhkəməyə verdiyimə görə məni qınayan bəzi insanlara tuturam: Siz dünyasını dəyişmiş valideynlərinizə böhtan atıb, əxlaqsız sözlərlə onları təhqir edəni bağışlayarsınız? Ramiz Məlik gedib atamla anamın məzarı qarşısında onların ruhlarından üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir" — M. Əsədova vurğulayıb.

126
Teqlər:
Ramiz Məlik, Məleykə Əsədova, təhqir, şantaj, məhkəmə, xalq artisti
Əlaqədar
Ramiz Məlikdən Məleykə Əsədovaya növbəti barışıq çağırışı...
Məleykə Əsədovadan Ramiz Məlikə alçaldıcı çağırış
İndi də Ramiz Məlik xalq artistini məhkəməyə verdi
Rəssam, arxiv şəkli

"Yenə o bağ olaydı" səyyar sərgisi davam edir

15
"YARAT" Müasir İncəsənət Məkanının Xaçmaz rayonunda incəsənət həvəskarları üçün təşkil etdiyi "Yenə o bağ olaydı" adlı səyyar sərgisinin vaxtı uzadılıb. Sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq

BAKI, 30 oktyabr — Sputnik. "YARAT" Müasir İncəsənət Məkanının Xaçmaz rayonunda incəsənət həvəskarları üçün təşkil etdiyi "Yenə o bağ olaydı" adlı səyyar sərgisinin vaxtı uzadılıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq. Sərginin ekspozisiyasında rəssamlar Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Musa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Leyli Qafarova kimi gənc sənətçilərin və tanınmış italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunur. Bununla yanaşı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müşayiət olunur. Həmçinin "YARAT" "Nargis Magazine" ilə birgə əməkdaşlıq çərçivəsində "Recycle Project" (2019) layihəsinə daxil olan "Pablik art" proqramını təqdim edir. Burada Rəşad Ələkbərovun "Reuse, Reduce, Recycle" installyasiyası nümayiş olunur.

15
Əlaqədar
Tələsin: Yeniyetmələr arasında rəsm müsabiqəsi start götürdü
Rəssam Gəncə terrorunun qurbanlarının fotolarından illüstrasiya hazırlayıb
Ailəsində yaşanan problemlər onu rəssam edib, amma bu işdən pul qazanmaq istəmir
Oksana Rəsulova, arxiv şəkli

Azərbaycanlı aktrisa hind ingilis dillərində dünya ictimaiyyətinə müraciət edib

94
(Yenilənib 19:20 30.10.2020)
Oksana Rəsulova dünya ictimaiyyətinə hind dilində müraciət edərək Ermənistanın uzunmüddətli təcavüzünü pisləməyə çağırıb

BAKI, 30 oktyabr — Sputnik. Tanınmış azərbaycanlı aktrisa və rəqqasə Oksana Rəsulova özünün "Instagram" səhifəsində hind dilində müraciət edib. Oksana Rəsulova dünya ictimaiyyətinə hind dilində müraciət edərək Ermənistanın uzunmüddətli təcavüzünü pisləməyə çağırıb. Rəsulova qeyd edib ki, Ermənistan Azərbaycanın mülki əhalisini raket atəşinə məruz qoyur.

"27 sentyabrdan başlayaraq Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını, BMT Təhlükəsizlik Şurasının qətnamə və qətnamələrini, habelə elan olunmuş humanitar atəşkəs tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini qəsdən hədəf alıb. Münaqişə zonasından uzaq şəhər və bölgələrə raket və artilleriya zərbələri endirirlər" deyən Rəsulova dünyanı insan faciəsinə biganə qalmamağa çağırdı. Hind rəqslərinin mahir ifaçısı, aktrisa hind dilindən başqa, ingilis dilində də müraciət edib.

 

94
Teqlər:
Oksana Rəsulova, müraciət, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədrinə məktub ünvanlayıb
"Manga" qrupunun solisti azərbaycanlı müğənni ilə duet oxudu
Moskvada Müslüm Maqomayevin abidəsi təhqir edildi
"Eurovision" ulduzlarından Gəncə terroru barədə klip
Kanadalı senator Azərbaycan xalqından üzr istəməlidir

Əfsanəvi "Ceyms Bond" vəfat etdi

0
(Yenilənib 17:17 31.10.2020)
Şon Konneri bir şox məşhur rolların ifaçısıdır. Onun ən məşhur rollarından biri Ceyms Bond obrazıdır.

BAKI, 31 oktyabr - Sputnik. Şotland əsilli britaniyalı məşhur aktyor Şon Konneri vəfat edib. Bu barədə İngiltətə mətbuatı məlumat verib.

Ölümün səbəbi barədə məlumat verilmir.

Şon Konneri bir şox məşhur rolların ifaçısıdır. Onun ən məşhur rollarından biri Ceyms Bond obrazıdır.

Şon Konnerinin 90 yaşı var idi.

1988-ci ildə Konneri "Toxunulmazlar" qanqster dramındakı ikinci plan roluna görə "Oskar" və "Qızıl qlobus" mükafatlarını alıb. Ümumilikdə aktyorun üç "Qızıl alobus"u var".

0