Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda məşhur aktyoru parçalayacaqdılar - Görünməmiş ajiotaj

© Sputnik / Kemale AliyevaБурак Озчивит на премьере второй части фильма "Kardeşim benim" в Park Cinema Flame Towers
Бурак Озчивит на премьере второй части фильма Kardeşim benim в Park Cinema Flame Towers - Sputnik Azərbaycan
Abunə olmaq
Mühafizəçilər aktyora yaxınlaşmaq üçün ağlayan, qışqıran, bir-birini vuran, saçyolduya çıxan fanatları güclə saxlayıblar

BAKI, 1 dekabr — Sputnik. Türkiyənin ən populyar aktyorlarından biri, "Möhtəşəm yüz il" və "Qara sevda" (bu günlərdə "İlin ən yaxşı telenovellası" nominasiyasında "Emmy" mükafatı alıb — red.) seriallarının ulduzu Burak Özcevit, həmkarları ilə birlikdə "Qardaşım mənim 2" ("Kardeşim Benim 2") filminin ikinci hissəsinin "Park Cinema Flame Towers"də keçirilən premyerasında iştirak etmək üçün Bakıya gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, aktyorun gəlişini eşidən pərəstişkarları dərhal qiyməti heç də ucuz olmayan (biletlərin qiyməti yerlərdən asılı olaraq hətta 400 manata qədər çıxıb — red.) biletləri alıblar. Premyeranın axşam saat 7-yə nəzərdə tutulmasına baxmayaraq, türk ulduzun fanatları iki saat əvvəldən gəliblər ki, aktyorun qarşısından keçəcəyi plakatın yaxınlığında yer tutsunlar.

© Sputnik / Kemale Aliyeva"Qardaşım mənim 2" filminin ikinci hissəsinin təqdimat gecəsi
Qardaşım mənim 2 filminin ikinci hissəsinin təqdimat gecəsi - Sputnik Azərbaycan
1/9
"Qardaşım mənim 2" filminin ikinci hissəsinin təqdimat gecəsi

2/9

3/9

4/9

5/9

6/9

7/9

8/9

9/9

Gələnlərin əksəriyyəti müxtəlif yaşlarda qadınlar olub. Onların çoxu öz sevimli Özcevitlərini görmək üçün hətta Rusiya və Gürcüstandan Bakıya təşrif buyurublar.

Aktyor qırmızı xalının üstündə görünər-görünməz pərəstişkarları arasında ajiotaj yaranıb. Onların bəziləri hətta dəmir maneəyə dırmaşmağa başlayıblar ki, aktyoru yaxından görsünlər və ona toxuna bilsinlər.

Qadınlar "Burak biz səni sevirik", "Heç olmasa imkan ver, sənə toxunaq" və s. qışqıraraq müxtəlif üsullarla ulduza heyranlıqlarını ifadə ediblər. Onun mühafizəçiləri aktyora yaxınlaşmaq üçün ağlayan, qışqıran, bir-birini vuran, hətta saçını yolan fanatları güclə saxlayıblar.

Bir sözlə, fanatların Özceviti hissələrə parçalamalarına az qaldığını söyləsək, yəqin ki, şişirtməyə yol vermiş olmarıq. Aktyor belə ajiotajı gözləmədiyindən dərhal kinoteatrın foyesini tərk etməyə və daha sakit yerə çəkilməyə müvəffəq olub. Çox az sayda fanata onunla selfi çəkdirmək nəsib olub. Jurnalistlər isə fanatların ucbatından nəinki Özcevitlə söhbətləşə biliblər, heç onun şəklini belə çəkə bilməyiblər.

Aktyor kinoteatrın ikinci mərtəbəsinə qalxdıqdan sonra tamaşaçıları zala buraxmağa başlayıblar. Pərəstişkarlar müxtəlif hiylələr işlədərək və mühafizəçiləri aldadaraq Özcevitə yaxınlaşmağa cəhd göstəriblər.

"Kardeşim Benim 2" filmi 2016-cı ildə ən çox izlənən filmlərdən biri olan "Kardeşim Benim"in davamıdır. Təkcə prokata çıxdığı birinci həftədə bu filmə 2 milyondan artıq tamaşaçı baxıb.

Filmin ikinci hissəsi də iki qardaşın macəralarından bəhs edir və onlar yenidən bərabərdirlər. Qardaşlar müxtəlif sərgüzəştlərə daxil olur və hekayənin sonunda sevgi ilə qarşılaşırlar.

Filmdə baş rollara, həmçinin Murad Boz, Leyla Feray, Pınar Dəniz və Fərdi Səncər çəkilib.

Qeyd edək ki, bu, Burak Özcevitin Azərbaycana ilk səfəri deyil. Aktyor əvvəllər də çəkildiyi iki filmin premyerasında iştirak etmək üçün Bakıya gəlib. Türk ulduzun Bakıya hər səfəri pərəstişkarları arasında inanılmaz coşquya səbəb olur.

Xəbər lenti
0