Xalq artisti Ramiz Məlik, arxiv şəkli

Ramiz Məlikdən Məleykə Əsədovaya növbəti barışıq çağırışı...

319
(Yenilənib 20:19 30.11.2017)
Məhkəmənin növbəti iclası ayın 19-na təyin edilib

BAKI, 30 noyabr — Sputnik. "Məleykə Əsədova xalq artistidir. 50 yaşı var, bu olanlar ona yaraşmaz. Mənim isə 50 illik təcrübəm var". Bu sözləri Sputnik Azərbaycan-a xalq artisti Ramiz Məlik deyib. O, açıqlamasında bildirib ki, bu gün məhkəmənin tanışlıq prosesi keçirilib: "Mən getmişdim, amma o gəlməmişdi, vəkilini göndərmişdi. Amma gəlməlidir. Mən onu təhqir etməmişdim. Ona məsləhət, öyüd nəsihət vermək istəmişdim. Amma indiki zamanda heç kimə öyüd nəsihət vermək lazm deyil".

R. Məlikin sözlərinə görə, M. Əsədova onun yaşına hörmət etməlidir: "Mən bir dəfə ondan üzr istəyib, söhbəti bağlamışam. Amma görünür o davam etmək istəyir. Mən yaşlı adam böyük kimi bir daha əlimi uzadıram. Bağlansın bu söhbət. 74 yaşım var. Belə söhbətlər mənə toxunur…"

R. Məlik qeyd edib ki, məhkəmənin növbəti iclası ayın 19-na təyin edilib.

319
Əlaqədar
Məleykə Əsədovadan Ramiz Məlikə alçaldıcı çağırış
Sənədin imzalanması

Mədəniyyət Nazirliyində islahatlar davam edir

18
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb. Əmrə əsasən yeni kadr təyinatları həyata keçirilib

BAKI, 28 oktyabr — Sputnik. Akif Marifli Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov isə Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Anar Kərimovun müvafiq əmrlərinə əsasən Nazirliyin regional mədəniyyət idarələrində də yeni kadr təyinatları həyata keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tutduqları vəzifələrdən azad ediliblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Rəşad Əliyev təyin edilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi isə Nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Əlisultan Sadıxova həvalə edilib.

18
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

68
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

68
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

31
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə