BAKI, 29 noyabr — Sputnik. Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə mərhum xalq artisti Ağaxan Abdullayevin adı verilib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda müvafiq dəyişiklik edib.
Qərara əsasən Mədəniyyət və Turizm Nazirliyinin təklifinə əsasən, Bakı şəhərinin Xəzər rayonundakı Türkan qəsəbə Mədəniyyət Evinə görkəmli muğam ustası, Xalq artisti Ağaxan Abdullayevin adı verilib.
BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.
Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.
Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.
Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.
BAKI, 19 yanvar — Sputnik. Müğənni Təranə Qumral sosial şəbəkədə yayımladığı video ilə müzakirələrə səbəb olub.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin görüntüdə işlətdiyi qeyri-etik ifadələr bir yana, onun istifadə etdiyi effekt ələ salınıb.
Посмотреть эту публикацию в Instagram
Bir neçə gün əvvəl qızları ilə rəqs edən videosunu yayımlayan ifaçı ünvanına yazılan tənqidlərə cavab verib. O: "Bir ildir efirə çıxmıram, özümlə bağlı sosial şəbəkəyə video qoymuram. O gün bir video yayımladım, altına oturub nə qarğışlar, söyüşlər yazmısız. Öz başınıza tökülsün. Götürüb nəsə yazsam, deyəcəksiniz, Təranə Qumral izləyicisini təhqir etdi. Amma sizin məni hər cür təhqir etməyə haqqınız var? Qarğışlarınız öz canınıza tökülsün. Hünəriniz var, bir də qarğış yazasınız", - deyə bildirib.
Təranə daha sonra paylaşımındakı şərh bölümünü bağlayıb.
BAKI, 20 yanvar — Sputnik. "Avroviziya 2011" qalibi Nigar Camal və Əməkdar artist Aygün Bəylər növbəti dueti təqdim ediblər.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan xəbər verir ki, sənətçilərin "Şəhidlər" adlı mahnısının musiqisi İsmayıl Əsədov, sözləri Zəminə Xınalıya məxsusdur. Klipdə Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.
Barəsində danışdığımız klipi özünün "Instagram" hesabında paylaşan Nigar Camal "Vətən müharibəsi zamanı hər kəs xalqa, Vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik" sözlərini yazıb.