Pərvin Abiyeva

Yenidən Pərvin Abıyeva: "Aktrisa ya müğənnisənsə, deməli fahişəsən..."

1755
Qalmaqallı aktrisa meydan oxuyur: "Mən sona qədər öz mövqeyimi müdafiə edəcəyəm"

BAKI, 28 noyabr — Sputnik. Gənc azərbaycanlı aktrisa Pərvin Abıyeva son bir neçə gündə Azərbaycanda ən çox müzakirə olunan personaya çevrilib. Buna səbəb onun Türkiyə nəşrlərindən birinə verdiyi müsahibədə azərbaycanlı kişiləri kobud və köhnəfikirli, türkiyəli kişiləri isə əksinə romantik adlandırması olub.

Aktrisanın bu açıqlaması Azərbaycan KİV-lərində qalmaqallı rezonans doğurub. Sosial şəbəkələrdəki izləyiciləri isə onun sözünü təhqir kimi qiymətləndiriblər.

Sputnik Azərbaycan-a verdiyi müsahibədə Abıyeva bildirib ki, hazırda çox məşğuldur. Başı Azərbaycan kişilərinin müdafiəsinə qalxaraq onu təhqir edən həmkarı Tunay Əliyevanın məhkəməsinə qarışıb. Abıyeva hesab edir ki, Tunay Əliyeva onun kobud, köhnəfikirli Azərbaycan kişiləri ilə 500-1000 manat müqabilində görüşdüyünü (onlara intim xidmətlər göstərdiyini — red.) deməklə onu təhqir edib.

Aktrisanın sözlərinə görə, onun pul müqabilində kişilərə intim xidmətlər göstərdiyi barədə həmkarının dediklərinin hamısı yalandır: "Tunay Əliyeva belə sözlər deməklə mənim hesabına məşhurlaşmaq istəyir".

Abıyeva deyib ki, onun vəkili jurnalistlərə müsahibə verməyi qadağan edib. Ona görə də, gələcəkdə məhkəmə prosesinə təsir göstərəcək hər hansı fikir bildirmək istəmir.

Aktrisa heç cür başa düşə bilmir ki, adamların çoxu niyə onun sözlərini təhqir kimi qəbul ediblər: "Azərbaycanın sürətli inkişafına baxmayaraq, çoxları hələ də köhnə düşüncəlidir və keçmişdə yaşayırlar".

"Bizdə belə qəbul edirlər ki, əgər sən aktrisa, yaxud müğənnisənsə, deməli fahişəsən. Həmçinin tək yaşayan və ya boşanan qadınları da elə adlandırırlar. Axı nə qədər olar? Bizdə heç kim öz həyatını yaşamır, elə hey başqalarının həyatı ilə məşğul olurlar, başqalarının həyatını müzakirə edirlər. Mən sona qədər öz mövqeyimi müdafiə edəcəyəm" — deyə Abıyeva bildirib.

1755
Teqlər:
Tunay Əliyeva, Pərvin Abıyeva, kişi, aktrisa, Türkiyə, qadın, azərbaycanlı, azərbaycan
Əlaqədar
Pərvin Abıyeva və Donald Tramp: Özüm də çaş-baş qaldım
İranlı nazir məşhur türk aktrisasının filmdə çəkilməsinə qarşı çıxdı, çünki...
Azərbaycanlı aktrisa Sibel Canla eyni seriala çəkiləcək
Əfsanəvi aktrisa öldü
Məşhur aktrisa hamının gözlədiyi suala cavab verdi
Aktrisa ətraf mühitin qorunmasına belə töhfə verdi
Tanınmış aktrisadan üzücü xəbər
Aşpaz, arxiv şəkli

Məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib

17
(Yenilənib 22:02 24.11.2020)
Yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

BAKI, 24 noyabr — Sputnik. Türkiyənin məşhur "Master Chef" yarışında Azərbaycan mətbəxi günü elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yarışın ötən gün yayımlanan bölümündə iştirakçılara "Dovğa", "Şah plov", "Gürzə", "Sazan ləvəngi", "Şəkərbura" bişirmələri tapşırılıb.

"Bu həftə mətbəxinə müraciət etdiyimiz ölkə qəlbimizə yaxındır. Qardaş ölkə Azərbaycan mətbəxinə müraciət edəcəyik", - deyə münsiflərdən Somer Sivrioğlu söyləyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от MasterChef Türkiye (@masterchefturkiye)

Digər münsif Mehmet Yalçınkaya isə: "Qardaşlarımızın qələbəsini təbrik edirik. Haqlı bir qələbə qazandılar. Ən sonunda haqları olanı geri aldılar. Oradakı şəhidlərimizi sevgi və sayqıyla anırıq. Mübarizələri davam edir, uğurlar diləyirik", - sözlərini deyib.

17
Teqlər:
Azərbaycan mətbəxi, "Master Chef", tv, Azərbaycan, Türkiyə
Azıx mağarası, arxiv şəkli

Azıx mağarasına aid tapıntılar Bakıya gətirilib

23
(Yenilənib 20:31 24.11.2020)
Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar.

BAKI, 24 noyabr — Sputnik. Bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində "Azıx" yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar olaraq İnstitut tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunundan Sputnik Azərbaycan-a verilən məlumata görə, məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, Paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilib.

Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.

Professor Nəcəf Müseyiblinin bildirdiyinə görə, bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər.

23
Teqlər:
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA, Xocavənd, Azıx mağarası, arxeoloji tapıntı, arxeoloqlar, arxeologiya
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

72
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

72
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu