Кинорежиссер Эльдар Рязанов

Azərbaycan adlı dahi rus rejissoru

66
(Yenilənib 01:29 18.11.2017)
Türk adlı dahi rus rejissoru 2015-ci il noyabrın 30-da Moskvada 88 yaşında vəfat edib.

BAKI, 18 noyabr — Sputnik. Bu gün məşhur sovet və rus kinorejissoru Eldar Aleksandroviç Ryazanovun doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Eldar Ryazanov 18 noyabr 1927-ci ildə anadan olub. Türk adı ilə adlandırılmasına baxmayaraq, sırf rus ailəsində — Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində doğulub.

1950-ci ildə ilk filmini çəkən Ryazanov sonradan sovet kinematoqrafiyasında ən məşhur komediya filmlərinin müəllifi olub. O, "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verib. 1961-ci ildə isə birdən-birə 2 satirik lent çəkib. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi məşhur rus aktyorları çəkilmişdi.

Eldar Ryazanovun ən uğurlu filmlərindən biri də "Avtomobildən qorun" hesab oluna bilər. Filmin yaxşı alınmasında İnnokenti Smoktunovski, Oleq Yefremov, Yevgeni Yevstiqneyev, Anatoli Papanov, Andrey Mironov, Qalina Volçek və başqa aktyorların da rolu az deyildi.

Sonrakı illərdə Ryazanov bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə Təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfər üçün vağzal", "Qaraj" filmlərini lentə alıb.

Eldar Aleksandroviç Ryazanov öz kinematoqrafını yaratmışdı. Onun əksər filmləri bu gün də sevə-sevə xatırlanır. Bundan başqa, Ryazanov həm də 1979-1985-ci illərdə "Kinopanoram" verilişinin aparıcısı olmuşdu.

2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilib. 

Türk adlı dahi rus rejissoru 2015-ci il noyabrın 30-da Moskvada 88 yaşında vəfat edib.

66
Teqlər:
doğum günü, "Qaraj", "İşdə məhəbbət macərası", "Qəribə Təsadüf və ya həmişə təmizlikdə", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri", komediya filmləri, kinorejissor, Eldar Ryazanov
Əlaqədar
Dünya kinosunun əfsanəsi əməliyyat olundu
Dünya kinosuna ağır itki
Məşhur kinoaktyor karyerasını başa vurur
Kinomuzun Rüstəm bəyi
Rejissor: “Azərbaycan kinosunun gücü komediyaya çatır”
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

8
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

8
Leyla Məcnun serialı

"Netflix" ilk dəfə Azərbaycanda film çəkdi - VİDEO

34
(Yenilənib 14:17 15.01.2021)
"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

BAKI, 15 yanvar — Sputnik. Dünyaca məşhur "Netflix" platforması ilk dəfə Azərbaycanla bağlı film çəkib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi məşhur yazıçımız Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında ərsəyə gətirilib.

"Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.

"Layla və Majnun"un premyerası fevralın 11-də baş tutacaq.

 

34
Teqlər:
Netflix şirkəti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0