Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İncəsənət adamı intihar həddinə çatıb — Məmur özbaşınalığı

© Sputnik / Shahperi AbbasovaMəhəbbət Abbasova
Məhəbbət Abbasova - Sputnik Azərbaycan
Abunə olmaq
"Oğlum qabağımda diz çöküb yalvardı, ağladı ki, "ana, qurban olum, eləmə, heç olmasa, məni fikirləş"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. Mərhum prezident Heydər Əliyev həmişə öz ətrafındakı insanlara deyirmiş ki, incəsənət, mədəniyyət adamlarını diqqətdən kənar qoymayın. Çünki onlar çox həssas olurlar və hər şeyə görə ətrafdan, cəmiyyətdən, həyatdan tez küsürlər.

İmişli rayonunun Xubarlı kəndindəki pambıq sahəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mədəniyyət işçilərini pambıq yığımına aparırlar

Məhz buna görə də, ümummilli lider həmişə incəsənət aləminin insanlarına həssaslıqla, sevgi və hörmətlə yanaşır, onları incitməməyə, daim qayğı göstərməyə çalışırdı. Lakin təəssüflə qeyd etmək istəyirik ki, bəzən ölkənin məmur ordusu sırasında elə adamlar tapılır ki, onlar çox asanlıqla, ağına-bozuna baxmadan, bu cür insanların həssas tərəflərinə toxunur, onları həyatdan küsdürürlər. Eynilə Sputnik Azərbaycan-ın Şəkidən olan həmsöhbəti Məhəbbət Abbasova misalında olduğu kimi.

Şəkinin tarixən Azərbaycan mədəniyyətinin incilərindən olduğu kimsəyə sirr deyil. Rayonda indinin özündə də elə insanlar var ki, onlar həyatlarını incəsənətsiz təsəvvür edə bilmirlər.

Məhəbbət Abbasova 1976-cı ildən Əfsər Şəkili adına klubda çalışıb. Sonradan ali təhsil alıb yenidən həmin klubda müdir kimi fəaliyyətini davam etdirib. 2015-ci ilin dekabrından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qərarı ilə mərkəzləşdirmə adı altında ölkə ərazisində yerləşən klub və kitabxanaların bir çoxu bağlanıb.

Həmin qərara əsasən, Şəkidə də 11 klub, 2 kitabxana qapadılıb. Onların sırasında Məhəbbət xanımın işlədiyi müəssisə də var idi. Ömrünün 40 ilini bu sahəyə həsr edən xanımın sözlərinə görə, rayonda elə klublar var ki, ayda bir dəfə qapısı açılır. Amma onların fəaliyyəti hələ də davam edir. Lakin onların klubu daim fəaliyyət göstərdiyi halda, bağlanıb.

"Mən mədəniyyət sahəsini çox sevirəm. Özümü başqa sahədə təsəvvür edə bilmirəm. Ömrümün 40 ili bu müəssisədə keçib. Bir igidin ömrünü yaşadım. Oranı evim, ocağım bildim" – deyir Məhəbbət xanım.

Klubun hansı səbəbdən bağlanmasına aydınlıq gətirmək üçün M. Abbasova dəfələrlə aidiyatı qurumlara müraciət etsə də, cavabsız qalıb: "Əmək Məcəlləsində qeyd olunub ki, uzun müddət bir sahədə çalışan şəxs özünün nöqsanı olmadan işdən uzaqlaşdırılarsa, o, işlə təmin olunmalıdır. İki ildir hər yerə müraciət etmişəm. Əvvəlcə icra başçısına müraciət etdim, o, çox laqeyd yanaşdı. Sonra məcbur olub Mehriban xanım Əliyevaya, habelə mədəniyyət və turizm nazirinə məktub yazdım".

Тень дерева, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda məmur özbaşınalığının üstü açıldı

"Mehriban xanımdan cavab gəlib. Təsəvvür edin, cavab gəlib, amma mənə xəbər verməyiblər. Bir gün yoldaşım Məşğulluq İdarəsinə gedib maraqlananda bilmişik ki, bizə cavab gəlib. Qurumdan bildirilib ki, işlə təmin olunum. Məşğulluq İdarəsi də məsələni bələdiyyəyə yönəldib. Bələdiyyə başçısı da deyir ki, "bizdə pul yoxdur". Mən onlardan pul istəmirəm, iş istəyirəm" — müsahibimiz danışır.

Məhəbbət xanım Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalovaya müraciət etsə də, şikayətinə baxılmayıb: "Mirvari xanım mənə dedi ki, "get, nə istəyirsən, elə". Dedim, "Mənim qol- qanadımı niyə qırırsız? Mən intihar etmək həddinə çatmışam". Seminarların birində qayıdıb dedi: "Heç kim məni hədələyə bilməz. Biri gəlib deyir, intihar edəcəm, filan. Vecimə deyil. Gedin, nə istəyirsiz, edin". Mən də dedim ki, Əbülfəs Qarayevə məktub yazacam. Özü məktubdan qabaq gedib nazirlə görüşmüşdü".

Həmsöhbətimizin işdən çıxarılmasının başlıca səbəbi onun ixtisasca filoloq olmasıdır: "Mənə arqument gətirirlər ki, "sənin ixtisasın uyğun gəlmir". İncəsənətin kökündə ədəbiyyat dayanır. Araşdırsan, mədəniyyət sahəsində çalışanların əksəriyyətinin incəsənətlə bağlılığı yoxdur. Tibb bacısı mədəniyyət evində çalışırsa, filoloq niyə işsiz qalmalıdır?"

Qadın bir neçə dəfə intihara cəhd etdiyini, lakin hər dəfə ailəsinin buna mane olduğunu bildirir: "Bir dəfə son həddə çatmışdım. Özümü öldürmək qərarına gəlmişdim. Oğlum bunu hiss eləmişdi. Qabağımda diz çöküb yalvardı, ağladı ki, "ana, qurban olum, eləmə, heç olmasa, məni fikirləş". Bir müddət özümə gələ bilmədim. Fikirləşdim ki, bircə oğlum var, axı niyə ona bu əzabı yaşatmalıyam. Amma məni də başa düşün, artıq gücüm qalmayıb, özümlə bacara bilmirəm".

© Sputnik / Shahperi AbbasovaMəhəbbət Abbasova həyat yoldaşı Elxan Çələbi ilə
Məhəbbət Abbasova həyat yoldaşı Elxan Çələbi ilə - Sputnik Azərbaycan
Məhəbbət Abbasova həyat yoldaşı Elxan Çələbi ilə

Bunları danışdıqca Məhəbbət xanım göz yaşlarını saxlaya bilmir. Söhbətə qoşulan həyat yoldaşı Elxan Çələbi deyir ki, əgər oğlu intihar cəhdinin qarşısını almasaydı, Məhəbbət xanım çoxdan həyatda yox idi.

Lerik Rayon Uzunömürlülər Muzeyi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ucqar dağ kəndində yüksək mədəniyyət

"Xanımım mədəniyyətə, incəsənətə çox bağlıdır. Ömrünü bu sahəyə həsr eləyib. Lakin məmur özbaşınalığı imkan vermir ki, o, sevdiyi işlə məşğul olsun. Üstəlik şəkər xəstəsidir. Bu vəziyyət onun psixikasına mənfi təsir göstərir. Özünə nə isə edəcək deyə, qorxudan biz də rahatlıq tapa bilmirik" – deyə Elxan Çələbi bildirir.

İndi M. Abbasovanın ailəsinin yeganə arzusu onun sevdiyi işlə məşğul olmasına şəraitin yaradılmasıdır. Maaşın azlığı, ya da heç olmaması bu ailə üçün bir o qədər də önəm daşımır. Əsas odur ki, Məhəbbət xanım gərəksiz bir insan kimi kənara atıldığını hiss etməsin. Dövlətin, əlaqədar qurumların, cəmiyyətin onun əməyinə ehtiyac duyduğunu, işləmək istəyinə hörmətlə yanaşdığını görsün.

Bu, həm də həyatdan əlini, ümidlərini üzmüş, yeganə istəyinin hər gün hamı kimi iş paltarlarını geyinib iş yerinə getmək, insanlarla təmas qurmaq, sevdiyi işi görmək olan bir qadının, bir ananın yenidən həyata sarılmasına böyük dəstək olardı.

Bu gün bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də boşluqların yaranmasının başlıca səbəblərindən biri həmin sahədə çalışan insanların öz peşələrinə marağının olmamasıdır. Bu peşələrə səmimi qəlbdən bağlanan insanları isə, təqribən Məhəbbət xanımın taleyi gözləyir. Rəhmətlik şair Qabil demişkən, "gərəksiz oluruq biz, səhv düşəndə yerimiz". Məhəbbət xanım da məsul şəxslərdən öz yerini tələb edir.

Xəbər lenti
0