Elvin Mirzəzadə

İki aya 7 milyon yığan müğənni: "Acqarına sənət nümayiş etdirə bilmərəm"

2135
(Yenilənib 22:56 05.11.2017)
Elvin Mirzəzadə: "Elə müğənni var ki, illərdi səhnədədir, heç ümumi mahnılarına baxış bu qədər deyil"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Son iki ayda "Düşün məni" mahnısı ilə məşhurlaşan Elvin Mirzəzadə şou-biznesdə gündəmi ələ alıb. O, qısa zaman kəsiyində Azərbaycanın ən məşhur müğənnilərinin indiyə qədər çatmadığı rekorda imza atıb. Belə ki, Elvin Mirzəzadənin ifa etdiyi "Düşün məni" mahnısı 2 aya "Youtube" kanalında 7 milyondan çox izlənilib. Rekord vuran müğənni bunun sirlərini Sputnik Azərbaycan-a danışıb.

— Elvin bəy, müğənnilik sizin üçün nə deməkdir: maddi tələbatı ödəmək üçün məşğuliyyət, yoxsa yaradıcı iş?

— Müğənnilik istəklə olmur. Allahın vergisi olmalıdır. Mən Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. Etiraf edim ki, universitetdə əlaçı tələbə olmamışam. Bəlkə də ixtisasımı sevib, yaxşı təhsil alsaydım, indi yol polisi olacaqdım. Mən isə başqa yolu seçdim. Təbii ki, 26 yaşlı gənc olaraq ailədən pul ala bilmərəm. Həm də artıq gələcəyimi qurmalıyam. Ona görə də, mən bu gün ifaçılıqdan pul qazanıram. Amma bu o demək deyil ki, ancaq pula görə oxuyuram. Təbii ki, istəyirəm konsertlərim olsun, konsertə yüzlərlə, minlərlə fanatım gəlsin. Doğrusu, hədəfim budur. Onu da qeyd edim ki, Azərbaycanda müğənnilərin qazanc mənbəyi toylar və məclislərdir. Biz də məcburuq bu yollarla pul qazanaq. Bir sözlə, mən acqarına sənət nümayiş etdirə bilmərəm. Məcburam müxtəlif məclislərdə çıxış edib pul qazanım.

— Elvin Mirzəzadə karyerasını incəsənət sahəsində quracaq, yoxsa başqa sahədə də özünü sınayacaq?

— Hələ ki, məqsədim incəsənətdir. Amma tək bununla kifayətlənən deyiləm. Qarşıma qoyduğum məqsədlər böyükdür. Sadəcə hər şeyi zamanın axınına buraxmışam. Heç vaxt ümidsizliyə qapılmaq olmaz. Mən 2011-ci ildə "Yeni ulduz" layihəsində sözün əsl mənasında parladım. Sonra "Yeni ulduz" bitdi. Bir müddət sonra əsgərliyə getdim. Bir il ərzində Elvin Mirzəzadə unuduldu. Geri dönəndən sonra işsizlik və maddi çətinliklər məni sıxmağa başladı. Özümə söz verdim ki, hər şeyə yenidən başlayacam. Öncə Qəbələdə restoranda ifa edirdim. Daha sonra problemlər yarandı və mən oradan çıxdım, Bakıya geri döndüm. Bir gün dostlarımla bir klubda oturmuşdum. Orada gitara ilə canlı ifa etdim. Klubun müdiri məni bəyəndi və günü 25 manata oxumağa dəvət etdi. Təbii, işsiz olduğum üçün razılaşdım. Bir neçə ay sonra başqa kluba günü 40 manata dəvət aldım. Daha sonra günü 80 manata işlədim. Sonralar daha bahalı məkanlarda səhnəyə çıxmağa başladım. Bu müddət ərzində yeni mahnılar da yazdırdım. Doğrudur, tanınmadığım üçün mahnılarım elə də dinlənmədi. Amma "Düşün məni" rekordları qırdı.

— "Düşün məni" 2 aya 7 milyonluq rekordu qırıb. Necə oldu ki, bu mahnını oxudunuz?

— May ayının sonları idi. Yenə də dostlarımla kiçik kafedə oturmuşduq. 16 yaşlı bir oğlan "Düşün məni" mahnısını oxudu. Çox bəyəndim və müəllifin kim olduğunu soruşdum. Elməddin Səfərli adlı 18 yaşlı gəncin mahnısı olduğunu dedilər. Elməddindən mahnını aldım. Beləliklə, mahnını oxuyub "Youtube"-a yerləşdirdim. 9 günə yarım milyon, 11 günə 1 milyon baxış oldu. Bir aya 5 milyon, iki ayın tamam olmasına az qalıb və 7 milyon dinlənib. Elə müğənni var ki, illərdi səhnədədir, heç ümumi mahnılarına baxış bu qədər deyil.

— Bu mahnıdan sonrakı məşhurluq sizə pul qazandırıb?

— Əlbəttə. Çox məşhurlaşmışam. Televiziyalar, radiolar özləri artıq məni dəvət edir, mahnımı efirlərdə səsləndirirlər. Eyni zamanda, toylara dəvət edənlər çoxalıb. Hətta Yeni il gecəsi Almaniyada konsert vermək təklifi də almışam. Eyni zamanda, Gürcüstandan konsert təklifi var. Türkiyə və Qazaxıstan ifaçılarından duet təklifləri gəlib.

— Deyilənə görə, müğənnini önə çəkən sponsordur. Sizə sponsorluq təklifi ediblər?

— Ətrafımda mənə təmənnasız kömək etmək istəyən dostlarım çoxdur. Sadəcə, mən istəmirəm. Hər şeyi zamana buraxmaq istəyirəm. Pul hər kəsə lazımdır. Şou-biznesə pul qoymaq lazımdır. Amma o pulu kim verir, nə üçün verir və sabah mən insanların gözünə düz baxa biləcəyəmmi kimi suallar yaranır. Çox şey puldur, amma hər şey deyil. Mənim üçün şərəf, qeyrət önəmlidir. Qurunun oduna yaş da yanır. Bəzi sponsorlu müğənnilərə görə biz də sosial şəbəkələrdə tənqid olunuruq.

— Bir mahnı ilə iki aya qazanılan məşhurluğun cəmi iki ay da ömrü ola biləcəyindən qorxmursuz?

— Unudulmaq… Qismətimdə varsa, daha da seviləcəm və uğur qazanacam. Allah qismətimə nə yazıbsa, o da olacaq. Hər şeyi zamana buraxmışam.

2135
Teqlər:
"Düşün məni", sponsor, restoran, Yeni ulduz, müğənni, toy, Elvin Mirzəzadə
Əlaqədar
Məşhur müğənni evini satışa qoydu
Müğənni Fədayə Laçınla bağlı ilginc xəbər: daha bir qadın tutuldu
Məşhur müğənni tanınmaz hala düşdü
Tanınmış azərbaycanlı müğənni dövlət komitəsinə qarşı
Ceyla Seyidova, arxiv şəkli

"Sarı gəlin"dən xəbər var

254
(Yenilənib 11:49 19.10.2020)
Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb.

BAKI, 19 oktyabr — Sputnik. Ermənilərin uzun illər özününkiləşdirmək istədiyi Azərbaycanın xalq mahnısı "Sarı gəlin" yeni balet versiyasında təqdim olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ALOV Club (@alovclub)

Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb: "Müstəqillik günü münasibətilə xalqımızı təbrik edirik! Ölkə üçün çətin bir zamanda ruhdan düşməməyinizi diləyirik".

https://www.instagram.com/p/CGejOZhjSyT/?utm_source=ig_web_copy_link

254
Əlaqədar
Azərbaycanlı aşıq "Sarı gəlin"i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi
Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni
Eyfel qülləsində "Sarı gəlin" səsləndirildi
Moldovanın Xalq artistinin ifasında “Sarı Gəlin”
Misirlilər azərbaycanlı qızın ifasında "Sarı gəlin"ə valeh oldu
Kinorejissor Elxan Cəfərov

Vətənpərvərlik mövzusunda seriallarımız niyə yoxdu kinorejissorun şərhi

30
(Yenilənib 08:19 19.10.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır
Elxan Cəfərov: “Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır”

Azərbaycan televiziyalarında nümayiş etdirilən serialların əksəriyyəti məişət mövzuları əsasında çəkilir. Bəs ölkəmizdə vətənpərvərlik mövzusunda serialların çəkilməsinə nə mane olur?

Bununla bağlı Sputnik Azərbaycan-a danışan kinorejissor Elxan Cəfərov deyir ki, seriallar üçün qeyri-dövlət maliyyə mənbələri tapılmadıqca onlar yüksək səviyyəyə gəlib çatmayacaq:

“Seriallar hazırda inkişaf dövrünü yaşayır. Serialların bədii dəyərini saxlaması üçün onun maliyyə imkanları geniş olmaldır. Bu gün vətənpərlik mövzusunda da işlər görülür. Maddiyatın yüksəlməsi serialın da yüksəlməsinə imkan yaradır. Hazırda serialların özünü  təsdiqetmə dövrüdür. Bu mərhələ başa çatdıqdan sonra bu və ya digər mövzuları tələb etmək olar”.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

30
Erməni hərbi qulluqçuları, arxiv şəkli

MN: “Ermənistan SQ-nin qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb”

16
(Yenilənib 11:06 21.10.2020)
Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub.

BAKI, 21 oktyabr — Sputnik. Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə