Baku Jazz Festival 2017

Bakı Caz Festivalının hansı uğurları var?

24
(Yenilənib 16:02 30.10.2017)
Doqquz günlük Bakı Caz Festivalının uğurları nədən ibarətdir?

BAKI, 30 oktyabr — Sputnik. 20-28 oktyabr tarixlərində Bakıda 12-ci caz festivalı keçirilib. Bu il festivalın dünya şöhrətli qonaqlarından biri fransız akkordeonçu Rişar Qalyano olub. O, "I am Jazzman!" müsabiqəsinin qalibi, istedadlı akkordeonçu Seymur Həsənovla birgə çıxışı ilə bakılıları valeh edib.

"Baku Jazz Festival 2017" çərçivəsində gənc ifaçıların "I am Jazzman!" beynəlxalq müsabiqəsi, Azərbaycan cazı günləri, uşaq cazı konserti, caz kinosu günləri, master-klasslar və seminarlar keçirilib.

Budəfəki festival neçə keçib, kim qalib olub və müvafiq nominasiyaların qalibləri hansı meyarlar əsasında seçilib, eyni zamanda bu istiqamətdə gələcəkdə qarşıda duran vəzifələr hansılardır? Bu suallara 1 noyabr saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində festivalın direktoru Leyla Əfəndiyeva və festivalın priz sahibləri cavab verəcəklər.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85 E-mail: i.velizade@rian.ru

Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində — Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

24