Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın xalq artisti vəfat etdi

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
"Heç nə danışa bilmədim Rafiqlə, səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi"

BAKI, 30 oktyabr — Sputnik. Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib. Bu barədə APA-ya xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O bildirib ki, R. Hüseynov müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib: "Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi".

"Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatdan oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam" — qadın bildirib.

© Photo : ASANradioRafiq Hüseynov
Rafiq Hüseynov - Sputnik Azərbaycan
Rafiq Hüseynov

"Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı" — S. Hüseynova əlavə edib.

O, daha sonra diqqətə çatdırıb ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: "Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq".

Xəbər lenti
0