Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Görkəmli aktyorumuzun xatirəsi yad ediləcək

© Photo : AZƏRTACXalq artisti Eldəniz Zeynalov
Xalq artisti Eldəniz Zeynalov - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir oktyabrın 27-də, saat 15:00-da Mərdəkan Mədəniyyət Sarayında təşkil olunacaq

BAKI, 26 oktyabr — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbir oktyabrın 27-də, saat 15:00-da Mərdəkan Mədəniyyət Sarayında təşkil olunacaq.

Yubiley gecəsində sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri, tanınmış mədəniyyət xadimləri, elm və təhsil işçiləri və aktyorun ailə üzvləri iştirak edəcəklər.

Xəbər lenti
0