YARAT Müasir İncəsənət Mərkəznin binası

"Min möhtəşəm günəş" Bakıda

74
(Yenilənib 23:57 19.10.2017)
Quruluşçu rejissor Elvin Mirzəyev, quruluçşu rəssam Məhsəti Eldarova, bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir

BAKI, 20 oktyabr — Sputnik. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümünü 26 oktyabr 2017-ci il tarixində, saat 19:00-da "YARAT" Müasir İncəsənət Mərkəznin səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən "Min möhtəşəm günəş" ikihissəli dramı ilə açacaq. Bu barədə Sputnik Azərbaycan-a C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi Teymur Bayramov məlumat verib. O bildirib ki, səhnələşdirmə, quruluşçu rejissor Elvin Mirzəyev, quruluçşu rəssam Məhsəti Eldarova, bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Rolları ifa edirlər: Nigar Həsənzadə, Vaqif Kərimov (Əməkdar artist), Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və başqaları.

74
Əlaqədar
Kukla Teatrı növbəti beynəlxalq festivalda
Dövlət teatrındakı əlbəyaxa dava yuxarı müstəviyə daşındı
Teatr yeni mövsümə sürpriz hazırlayır
Yuğ Dövlət Teatrında premyera olacaq