Məktub yazan adam

Kollektivdən nazirə məktub: "Hər kəsə qarşı zorakılıq edir"

919
(Yenilənib 17:44 18.10.2017)
Direktor İftixar Piriyev: "Bu teatr mənim halal mülkümdür"

(Əvvəli birinci yazıda)
BAKI, 18 oktyabr — Sputnik.
İrəvan Teatrından ucalan şikayətlər, yaradıcı heyətin üsyan səsləri davam edir.

Aktyor Əjdər Zeynalovun dediklərindən: "Yuxarı orqanlar teatrın daxili proseslərini görmür. Direktor nə hesabat versə, səlahiyyətli qurumlar da ona inanır. Əlbəttə, teatrın direktoru öz mənfi hərəkətlərini bu hesabatda göndərmir. Mən ona görə istəyirəm ki, bu məsələ mediada qabardılsın və direktor İftixar Piriyevin əməlləri ifşa olunsun. Hələ bundan illər əvvəl xalq artisti Tariyel Qasımov öz müsahibəsində İftixar Piriyevin haqsızlıqlarından, qanunsuz əməllərindən danışmışdı. Mən tək deyiləm. Amma nədənsə illərdir ki, o, bu vəzifədə qalır. Madam ki, ona inanıblar, ona etibar ediblər, o da özünü doğrultsun da. Mən 1989-cu ildən İrəvan Teatrının aktyoruyam. Otuz illik təcrübəm var teatr sahəsində. Onun 25 ili İrəvan Teatrı ilə bağlıdır. Axı, məni hansı əsasla teatrdan xaric edir? Bizim teatr qəzalı vəziyyətdədir. Əgər İftixar Piriyev teatrı sevən insan idisə, 17 illik fəaliyyəti boyunca bu teatrın təmiri üçün səy göstərərdi. 17 ildən sonra indi başlayıb bir-iki yeri düzəltməyə, o da göstəriş üçün. Axı, bu qədər müddət İftixar Piriyev bu teatr üçün nə edib?"

Son dönəm "teatr" sözü televiziya verilişlərində də tez-tez hallanır. Bir aparıcı teatrların sökülməsini, azaldılmasını təklif edir, bir başqa şou verilişində iştirakçı aktrisaya "teatral" deyib təhqir edir. Yazıq teatr ikicə dəfə yerli teleməkanın yadına düşə, onda da bu cür hallana adı.

Şekspir teatr qurdu, teatr yaratdı və aktyorlara "zamanın güzgüsü" dedi. Ona görə də əsrlərdir ki, əsərləri ölkə-ölkə, şəhər-şəhər dolaşır. Tarix onu unutdurmur, nəsillər onu şüurdan-şüura ötürür. Məhz bizim gündəmdə olan sözdə sənətçilərimiz teatrların sökülməsini istədiyinə görə, aktyorlara "teatral" ifadəsini təhqir üçün dediyinə görə bizim Şekspirimiz yoxdur.

Elə ölkənin mədəniyyət sahəsindəki ümumi vəziyyət də İrəvan Teatrındakı vəziyyətdən fərqlənmir. İrəvan teatrının kollektivi mədəniyyət naziri Əbülfəs Qarayevə şikayət ərizəsi yazıb. Kim kimdən kimə şikayət edir? Bu ərizə teatr aktyorlarının, aktrisaların, rejissorların birgə şikayəti ilə yazılıb. Əsas məsələ budur: Teatrın 17 illik, hər kəslə bildiyi kimi davranan direktorunun qanunsuz əməlləri haqqında, ixtisasca ingilis dili müəllimi olan mədəniyyət nazirinə yazılan şikayət ərizəsidir bu.

Ərizədən bir hissə:

"Hörmətli Əbülfəs müəllim!

Teatrın son illər repertuarını diqqətlə analiz etdikdə bəlli olur ki, direktor İftixar Piriyev bu sənət ocağını özünün şəxsi gəlir mənbəyinə çevirmək siyasətini yürüdüb. Dramaturji və bədii cəhətdən zəif "Qurtuluş dastanı", "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya Kor Aşığın işığı", "Eşqin tikan dərəsi", "Qarışqalar yuvasını dəyişmir", "Arı yuvası", "Nurlu ömrün anları", "Azərbaycan bayrağı", "Qalx ayağa, Azərbaycan", "Soyqırımı tarixinin dastanı", "Böyük Turanın himni" tipli potetik əsərlərin müəllifi direktor İftixar Priyevdir. Bildiyimiz kimi dünyanın inkişaf etmiş ölkələrində görkəmli dövlət xadimləri haqqında dramaturji baxımdan yazılan əsərlərə dövlət komissiyası tərəfindən rəy veriləndən sonra, həmin əsərlər kinoya çəkilir və ya teatrlarda tamaşaya qoyulur. İftixar Piriyev isə, nə dövlət qanunlarına, nə də mütəxəssislərin rəyinə əhəmiyyət verərək, öz bildiyi kimi əsərlər yazaraq zorakılıq metodu ilə, onları teatrın kollektivi tərəfindən oynamağa hər kəsi məcbur edir.

Dəfələrlə bildirib ki, özü tərəfindən Heydər Əliyev haqqında yazdığı cılız, bədii cəhətdən zəif olan əsərlərini, guya Mədəniyyət və Turizm Nazirliyinin rəyi və qərarı əsasında hazırlamalıyıq. Halbuki, ümmilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev haqqında yazılan hər bir ciddi əsər Sizin rəhbəri olduğunuz Mədəniyyət və Turizm Nazirliyinin rəyi əsasında tamaşaya qoyula bilər. Direktor kimi İftixar Piriyev dəfələrlə kollektivin qarşısında bunları da bildirib: "Mən doqquz dəfə nazirliyə istefa ərizəsi vermişəm və istefam qəbul olunmayıb. Teatrın ağası mənəm. Kimsənin ixtiyarı yoxdur ki, buradan məni işdən çıxara bilsin. Bu teatr mənim halal mülkümdür" və sair ibarələrlə çıxış edib".

Teatrların repertuarındakı məmur hegemonluğu təkcə İrəvan Teatrında deyil, ölkənin başqa teatrlarında da hökm sürür. Teatr Xadimləri İttifaqının gənc dramaturqlara belə bir şablon cavabı var: "Bizim teatrlarda Elçinin, Əli Əmirlinin əsərləri tamaşaya qoyulur. Sənin əsərini kim, niyə səhnələşdirsin?"

İndi İrəvan Teatrında da klassik dramaturqların, dünya dramaturqlarının və gənc dramaturqların əsərlərini səhnələşdirmək üçün əvvəlcə ölkənin ümumi teatr mühitindəki bu məmur müəllif hegemoniyasına son vermək lazımdır. Axı, bu teatrlar rəsmi şəkildə kiminsə mülkiyyətinə keçirilməyib? Yoxsa İftixar Piriyev də başqa məmurlar kimi belə bir cəfəngiyyata inanıb?

Bir müddət əvvəl teatrdan kənarlaşdırılan aktyorlardan daha birinin (öz xahişi ilə adını qeyd etmirik — red.) dediklərindən: "Mən İrəvan Teatrında 3 ay işlədim. Bu müddət ərzində iki rola dəvət aldım. Biri "Min möhtəşəm günəş" tamaşasında, biri də "Vəfalı Səriyyə" tamaşasında. Mən teatra gələndə artıq bu tamaşalar demək olar ki, hazır idi. Lakin mənim də teatrda işim olsun deyə, mənə rejissorlar kütləvi səhnələrdə rol verdilər. Buna rəğmən direktor İftixar Piriyev tez-tez mənə istedadsız olduğumu, işləyə bilmədiyimi deyirdi. Halbuki, məni heç vaxt hansısa rolda görməmişdi. Özündən də soruşdum ki, mənim istedadsız olduğumu hardan bilir? Dəfələrlə kollektivlə sərt, kobud, qeyri-etik şəkildə danışıb. Mən özüm bunlara şahid olmuşam. Sonda da heç bir söz demədən məni işdən çıxardı. Hələ də tutarlı səbəb deməyib, amma mən bilirəm ki, İftixar Piriyev yalnız özünə sərf edən, ona yaltaqlanan adamları işə götürür. Mən çalışdığım üç ay ərzində bunu etmədiyim üçün məni işdən çıxarıb. Sonralar teatrdan başqa adamların getməsi də bu faktı təsdiqlədi".

Əgər İrəvan Teatrının kollektivində Mədəniyyət və Turizm Nazirliyinə səslənmək üçün ümid qalıbsa, nə xoş. Amma qulağıma məşhur teatr tənqidçisi Valter Benjaminin səsi gəlir: "Əgər əlimizdə ümid deyə bir şey qalıbsa, bu, ümidsizlik deməkdir!"

Sənəti, sənət insanını bu cür alçaltmaq, bu cür möhtac hala salmaq heç vaxt yaxşı olmayacaq. Çünki bu gün kresloya zəli kimi yapışıb özünü firon hesab edənlərin heç biri tarixdə qalmayacaq, amma bu sənətkarların hamısını tarix nəsildən nəsilə ötürəcək. Vay o gündən ki, bu sənətkarlar sizin adınızı öz mənfi qəhrəmanlarının sırasında çəkə. Bəşər sizə əsrlər boyu lənət oxuyacaq! Qorxun! Bu lənətdən qorxun! Şəsxən mən sizin adınıza qorxuram!

919
Teqlər:
səhnə, tamaşa, rejissor, aktyor, İftixar Piriyev, direktor, İrəvan Teatrı
Əlaqədar
Kukla Teatrı növbəti beynəlxalq festivalda
Dövlət teatrındakı əlbəyaxa dava yuxarı müstəviyə daşındı
Teatr yeni mövsümə sürpriz hazırlayır
Teatrın direktoru Kiyevdə işgüzar səfərdədir
ƏSA teatrından daha bir ilk
Vüqar Muradov, arxiv şəkli

Tanınmış müğənni Şuşa fatehinə mahnı həsr edib - VİDEO

603
(Yenilənib 22:00 20.01.2021)
Müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur. Sözügedən mahnı baş leytenant Asəf Ağayev başda olmaqla, bütün şəhidlərimizə həsr olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.

Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

603
Teqlər:
şəhid, Şuşa, mahnı, Vüqar Muradov
Tünzalə Ağayeva hərbi qulluqçularla birgə

Xalq artisti Şuşada klip çəkdirib - VİDEO

43
(Yenilənib 19:33 20.01.2021)
Mahnı Xalq şairi Rəsul Rzanın eyniadlı şeirinə bəstələnib. Bəstəsi Tünzalə xanıma məxsusdur. Klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Xalq artisti, bəstəkar və müğənni Tünzalə Ağayeva mədəniyyət paytaxtımız olan Şuşada klip çəkdirib. Kliplə bağlı Sputnik Azərbaycan-a məlumat verən müğənninin prodüseri Yalçın Cabbarovun sözlərinə görə, mahnının adı "Şuşam mənim" adlanır: "Mahnı Azərbaycanın Xalq şairi Rəsul Rzanın eyniadlı şeirinə bəstələnib. Mahnının bəstəsi Tünzalə xanıma məxsusdur. Klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur".

Посмотреть эту публикацию в Instagram

Публикация от TunzaleA (@tunzalea)

Prodüserin sözlərinə görə, klipin çəkilişləri artıq yekunlaşıb: "Klip mini-filmi xatırladır. Tünzalə xanım orada çox az rol alıb. Klip Qarabağda şəhid olan döyüşçülərimizə həsr olunub. Çəkilişlər bitib, hazırda montaj işləri gedir. Klip gələn həftə ictimaiyyətə təqdim olunacaq".

Посмотреть эту публикацию в Instagram

Публикация от TunzaleA (@tunzalea)

43
Teqlər:
klip, Tünzalə Ağayeva, Azərbaycan, Qarabağ, Şuşa
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

0
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

0
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası