Red Bull komandasının idmançısı Kenni Beley

Bu dəfə avropalılar Qobustanı atla yox, velosipedlə fəth etdilər

45
Atlet: "Aktiv palçıq vulkanlarında çimmək və təhlükəli ilanlarla qarşılaşmaq, işimizə daha kəskin hisslər əlavə edirdi"

BAKI, 10 oktyabr — Sputnik. Velosiped sürmək üçün ilhamlandırıcı və maraqlı yerlərin daimi axtarışında olan Red Bull atleti Kenni Beley, ölkə ilə daha yaxından tanış olmaq və Qobustanda velosiped sürmək üçün Azərbaycana gəlib. Səfərin nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyi və Milli Turizm Təbliğat Bürosu ilə birgə o Azərbaycanda çəkilən növbəti layihəsini təqdim edib.

Sputnik Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinə istinadən xəbər verir ki, video çarxda Kenni yuxuda özünü Qobustanda yaşayan və qayaüstü şəkillər çəkən mağara insanı olduğunu görür və tədricən bu əraziləri özü üçün kəşf etməyə başlayır.

"Həftə ərzində Qobustan qayalarında velosiped sürmək kifayət qədər ekstremal idi. Qədim divar şəkillərinə yaxın ərazilərdə velosiped sürmək gözəl hisslər idi və biz tarixi-bədii qoruğun əhval-ruhiyyəsini çatdırmağı bacardıq.

Aktiv palçıq vulkanlarında çimmək və təhlükəli ilanlarla qarşılaşmaq, işimizə daha kəskin hisslər əlavə edirdi" – deyə Kenni Beley bildirib.

45
Teqlər:
Qobustan, Milli Turizm Təbliğat Bürosu, Mədəniyyət və Turizm Nazirliyi, Kenni Beley, Azərbaycan
Əlaqədar
Qobustan vulkanları dünyanın təbiət möcüzələri sırasında
Arxeoloqların Qobustanda sensasiyalı tapıntısı
Qobustanda yanğın təlaşı
Səyyar ASAN xidmət Qobustanda
Britaniyalı turistlərin Qobustana baxışı
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

18
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

18
Film çəkilişi, arxiv şəkli

Doqquz il qabaq "Yoluxma" filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz verilib

14
(Yenilənib 20:47 28.11.2020)
"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim".

BAKI, 28 noyabr — Sputnik. Britaniyalı aktyor Cud Lou "Contagion" ("Yoluxma") filmi üzərində işləyərkən ekspertlərin filmdəkinə bənzər pandemiyanın qaçılmaz olduğu barədə xəbərdarlıq etdiklərini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə THR-ə verdiyi müsahibəsində bildirib: "Bunun belə olacağını hiss edirdik. Senarist Skott Berns və rejissor Stiven Soderberg avtoritar elm adamları ilə işləyirdilər. Onlar bunun tez və ya gec baş verəcəyinə bizi əmin edirdilər. Məsələ bunun sadəcə nə vaxt baş verəcəyində idi".

Onun sözlərinə görə, ekspertlər mümkün pandemiya ilə bağlı vəziyyəti həqiqətə çox yaxın şəkildə izah ediblər.

"Bunu mütəxəssisdən öyrənmək qorxuncdur, ancaq qəbul etməyə hazır olursan".

Lou həmçinin bildirib ki, film onu bərk qorxudub, lakin vaxt keçdikdən sonra (film 2011-ci ildə çəkilib) sakitləşib.

"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, bəşəriyyətin ölümcül virusla mübarizəsindən bəhs edən filmdə o, baş rollardan birini – bloger Alan Krumvyedanı oynayıb.

Filmdə həmçinin Mett Deymon, Keyt Uinslet, Lourens Fişbern, Marion Kotiyar, Qvinet Peltrou və digər aktyorlar iştirak ediblər.

14

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

0
(Yenilənib 21:18 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

0
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA