Azərbaycanın İşğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin elektron məlumat Bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır adlı layihə çərçivəsində tədbir

İşğal altındakı abidələrin elektron bazası yaradılacaq

30
2011-ci ildən başlayaraq Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4000-ə yaxın tarix və mədəniyyət abidələri qeydə alınıb

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı" İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycanın işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır" adlı layihə çərçivəsində tədbir keçirilib.

İctimai Birliyin sədri Faiq İsmayılovun sözlərinə görə, Ermənistanın Mədəniyyət Nazirliyinin rəsmi hesabatında bildirlir ki, 2011-ci ildən başlayaraq Dağlıq Qarabağda 120 istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə 4000-ə yaxın tarix və mədəniyyət abidələri qeydə alınıb: "Əldə etdiyimiz məlumatlara görə, Qarabağda ermənilər tərəfindən abidələrin qeydə alınması müxtəlif illər ərazində mərhələlərlə həyata keçirilməyə başlanıb və bu proses indi də davam etdirilir. Bizim araşdırmalarımız nəticəsində əldə etdiyimiz məlumata əsasən, abidələrin sayı faktiki olaraq 3500-dən çox deyil. Şuşa şəhərində memarlıq abidələrini də bura əlavə etsək 4500 abidə olur".

Daha sonra İsmayılov işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin elektron bazası barədə məlumat verib.

Qeyd edək ki, işğal altında qalan tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması, Azərbayca Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 195 saylı sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və Mədniyyət Abidəlrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin rəsmiləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"na uyğundur.

30
Teqlər:
Faiq İsmayılov, Şuşa şəhəri, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan
Əlaqədar
İşğal altındakı rayonumuzda pomidor yetişdirən azərbaycanlı kimdir?
İlham Əliyev BMT tribunasından dünyaya səsləndi: "25 illik işğal faktı var"
"Ağdamın işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edirlər"
“Torpağı işğal etmək olar, sözü yox”