Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qəbələdə beynəlxalq sərgi açılıb

© Sputnik / Ilham AhmadovQəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin başa çatması münasibətilə iştirakçıların memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgi keçirilib
Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin başa çatması münasibətilə iştirakçıların memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Beynəlxalq Memarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, "Gilan Holdinq"in dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə əvvəlcə beynəlxalq müsabiqə iştirakçılarının memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgiyə baxış keçirilib. Müsabiqəyə təqdim olunmuş bütün işlərin sərgisi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Tədbirdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlıq İttifaqının sabiq prezidenti Vassilis Squtas, üzvlər- Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə, beynəlxalq təşkilatın Şura üzvü Patrik Kolombye, Beynəlxalq Memarlıq İttifaqının sabiq baş katibi Mişel Barmaki, sabiq vitse-prezident Hayder Ali çıxış edib. Natiqlər iki ildən bir Bakıda keçirilən bu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bu açıq beynəlxalq müsabiqə dünyanın tanınmış memarları ilə yanaşı, gənc memarların da böyük marağına səbəb olub və burada iştirak edənlərin sayı getdikcə artmaqdadır.

© Sputnik / Ilham AhmadovQəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin başa çatması münasibətilə iştirakçıların memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgi keçirilib
Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin başa çatması münasibətilə iştirakçıların memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgi keçirilib - Sputnik Azərbaycan
1/5
Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin başa çatması münasibətilə iştirakçıların memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgi keçirilib

2/5

3/5

4/5

5/5

Elbay Qasımzadə Azərbaycanda memarlığın inkişafına göstərilən dövlət qayğısından, gənclərin bu sahəyə marağından danışıb. O, qeyd edib ki, Beynəlxalq Memarlar İttifaqı tərəfindən hazırda dünyada 5 müsabiqə keçirilir ki, bunun biri də Bakı Beynəlxalq Memarlıq Müsabiqəsidir. İlk müsabiqədə Azərbaycanı 4, ikinci müsabiqədə 18, üçüncü müsabiqədə isə 53 memar təmsil edib.

Məlumat verilib ki, bu müsabiqədə 22 ölkədən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Səudiyyə Ərəbistanı, Yunanıstan, Şri Lanka, Vyetnam, Rumıniya, Fransa, Çexiya, Gürcüstan, Əfqanıstan, Yaponiya, Qabon, Pakistan, Malaziya, Qırğızıstan, İran, Cənubi Afrika Respublikası) 156 iştirakçının əsərləri təqdim edilib. Müsabiqə "İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Həyata keçirilmiş ən yaxşı interyer", "Həyata keçirilməmiş ən yaxşı layihə", "Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Memarlıq sahəsində ən yaxşı nəşr", "Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid" (internetdə yaxud dərc olunmuş)" nominasiyaları üzrə keçirilib.

Müsabiqəyə təqdim olunan əsərlər 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən iki gün ərzində qiymətləndirilib. Müsabiqənin qaliblərinə pul mükafatı və hədiyyələrin verilməsi nəzərdə tutulub. Müsabiqəyə təqdim olunmuş layihələr, əsasən də bütün mükafatlandırılan layihələr Azərbaycan Memarlar İttifaqının "Memar" jurnalının III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə həsr olunmuş nəşrində çap olunacaq.

Xəbər lenti
0