Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Titanik"-in əfsanəsinə maraqlı təklif

© REUTERS / Fred ThornhillAktrisa Keyt Uinslet
Aktrisa Keyt Uinslet - Sputnik Azərbaycan
Abunə olmaq
O, "Avatar-2"-də Ronal xarakterini canlandıracaq

BAKI, 6 oktyabr — Sputnik. 11 kateqoriyada Oskar mükafatına layiq görülən "Titanik" filmində əsas rollardan birini oynayan aktrisa Keyt Uinslet maraqlı kino təklifi alıb. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, 41 yaşlı aktrisa "Avatar-2" filminə çəkiləcək.

Məlumatı filmin rejissoru Ceyms Kameron paylaşıb. "Keyt və mənim karyeramın zirvəsi olan "Titanik" filminin çəkilişindən 20 il keçib. Yenidən onunla birgə işləmək üçün darıxmışdım. Əlbəttə, o da mənim üçün darıxıb. O, "Avatar-2"-də Ronal xarakterini canlandıracaq, çox həyəcanlıyam" — Kameron bildirib.

Xəbər lenti
0