İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 5 oktyabr — Sputnik. Əlicavad Cavadov Azərbaycanın qədim musiqi alətləri olan balaban və zurnanın mahir ifaçısıdır. Həyatı boyu çox ciddi faciələr yaşayıb. Hər dəfə çətinliklə üzləşəndə, sənətindən daha möhkəm yapışıb. Uşaqlıqdan sevdiyi peşəyə getdikcə daha ürəklə bağlanan Əlicavad kişinin dediyinə görə, məhz bu səbəbdən indiyə kimi ruhunu rəvan saxlaya bilib.
Əlicavad Cavadov İsmayıllı rayonunun Müdirsə kəndində anadan olub. 73 yaşındadır. Bu sənətə gəlməsi haradasa bir təsadüf nəticəsində olub. Danışır ki, 1975-ci ildə başına faciəli bir hadisə gəlib, ailəsini yanğında itirib.
"Tək qalmışdım. Ailəsini, balalarını itirən bir kəsin vəziyyətini təsəvvür etmək çətin olmaz. Məni ağır vəziyyətdə Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirdilər. Doğmalarını itirəsən, özün də ağır vəziyyətdə olasan. O vaxta kimi zurna-balabanda bir az çalırdım. Tamamilə çıxılmaz bir durumdaydım. Çox fikirləşdim, sonda gücümü topladım, qərara gəldim ki, yaşamaq, mübarizə aparmaq lazımdır" — o deyir.
Əlavə edir ki, xırda həvəslə də irəli getmək olmazdı: "Başa düşdüm ki, daha ciddi şəkildə bu işlə məşğul olmaq lazımdır. Yenidən ailə qurdum, çətinliklə də olsa, arzularımı gerçəkləşdirdim. Belə bir vaxtda məşhur balabançı Əli Kərimovun bəstələri çox karıma gəldi".
"Onu da deyim ki, Şirvan aşıq məktəbinin inkişafında bu sənətkarın böyük rolu olub. Onun yaratdığı onlarla havacatı daim repertuarımdadır. Koroğlu nağarası, Heyvagülü, Alçagülü, Bənövşə… Mərhum balabançı Həsrət Hüseynovun da bir neçə havacatı var. Ümumiyyətlə, Azərbaycanda bu sahədə adı məşhur olan sənətkarların çoxu Əli Kərimovdan dərs alıblar" — Cavadov qeyd edir.
Əlicavad kişinin Azərbaycanın tanınmış sənətkarları ilə ciddi, davamlı əlaqələri olub. Musiqi təhsili almayıb. Ona görə də, uzun müddət onun fitri ifaçılığını, bəstəkarlığını qəbul etmək istəməyiblər. Amma o, ruhdan düşməyib.
"Tanınmış musiqiçilərlə görüşlərdə nəyə qadir olduğumu sübut etdim. Bu sahədə havacat yaradıcılığı, ümumiyyətlə, alətlərdə çalmaq fitrətdən gələn məsələdir. Nəslimizdə bu sahədə məşğul olan, ümumiyyətlə, musiqiyə meylli olmayıb" — müsahibimiz bildirir.
Əlicavad kişinin öz havacatları da var. Bu havalar hazırda Azərbaycan radiosunun "Qızıl fond"unda qorunur. Haqqında Ədəbiyyat və İncəsənət Arxivində fond açılıb. Deyir ki, qarazurna, balaban daim yaşamalıdır: "Bu alətlərdə milli ruhumuzu görürəm. İnsan zurnanın səsinə qulaq asdıqca, onda döyüşkənliyə qarşısıalınmaz meyl yaranır. Adətən mən qarazurnada, balabanda xarici musiqiləri ifa etmirəm. Baxmayaraq ki, sifariş edirlər, yaxşı da pul ödəyirlər. Ancaq daim bu alətlərin varlığını, bənzərsizliyini qoruyuram".
O, zurnanın müasir texnikaya, özgəliyə tabe etdirilməsinə qarşıdır: "Zurna daim milli mahnılarımızı çağırmalıdır. Onda qəhrəmanlıq havaları çox gözəl alınır. Neyləyim, mən gedib rus, ya ingilis ola bilmərəm ki…"
Həmsöhbətimiz həm də 7-dən artıq müasir nəfəs alətinin ixtiraçısıdır. Musiqiçi balabanın bir neçə yeni növünü yaradıb. Maraqlısı isə odur ki, o, bu alətləri tullantılardan hazırlayıb. Musiqiçinin iddiası da var. Hesab edir ki, bu alətlər xalq çalğı alətləri orkestrının tərkibini daha da zənginləşdirə bilər. Ustadın bəm balaban, zümzümə, neyvari, bəm zurna, tülək və bunqar adlandırdığı həmin alətlər zəngin səs çalarlarına malikdir. Həmin alətlər hazırda muzeydə qorunub saxlanılır.
Əlicavad Cavadov həm də qədim alətlərdən özü üçün kolleksiya yaradıb. Eradan əvvəl III əsrə, eyni zamanda tunc dövrünə aid qədim nəfəs alətləri var ki, onları bir tarix kimi qoruyub saxlayır.
Balabançı ermənilərlə olan xatirəsini də bölüşdü. Sovet vaxtı Azərbaycan musiqisini Ermənistanda təmsil edərkən, ermənilərin milli musiqi alətlərimizə özlərinki kimi baxdıqlarının şahidi olub: "1986-cı il idi. Ermənistanda keçirilən tədbirdə iştirak etdim. Yekə çamadanda yaratdığım alətləri, zurnanı, balabanı aparmışdım. Ermənilər ha çalırsalar da, onların ifasından bir şey anlamaq olmurdu".
"Çünki erməninin nə ruhu var ki, onu bu alətlərdə də ifadə eləsin? Onlar həmişə oğru xalq olublar, başqalarının, xüsusən də bizim yaratdıqlarımızı öz adlarına çıxıblar. Ermənilərə başa saldım ki, bu alətlərin ermənilərə, erməni ruhuna aidiyyəti yoxdur" — sənətkar deyir.
Əlicavad kişi daim bu alətin imkanlarının artırılması zəruriliyi, bu sahədə görülməli işlərdən də danışır: "Bu alətdə ifa edən çalğıçının ruhlu olmasından çox şey asılıdır. Bugünkü cavanların zurna-balabana barmaqarası baxmasından narazıyam. Vaxtilə Azərbaycan toylarında zurna, balaban aparıcı olub. Təəssüf ki, bu gün bu adət itməkdədir".
"Düzdür, indi şəhər yerlərində restoranlarda zurna-balabandan istifadə olunur, ancaq əvvəlki qədimlik gözə dəymir, hiss edilmir. Özü də zurnanı səsgücləndiricilərə qoşurlar. Bununla zurna-balabanın səsi, təbiiliyi itir. Qabaqlar hətta xanəndələrimiz belə, mikrofonla oxumayıblar. İndi kimin bir balaca səsi var, deyir, "mən sənətkaram". Onu da deyim ki, xarici nəfəslərə, alətlərə meylin artması məni narahat edir" — Cavadov bildirir.
Əlicavad kişinin yaratdığı musiqi alətlərinin ciddiliyi, mükəmməlliyi bu gün artıq sənətşünaslar, musiqişünaslar tərəfindən də etiraf edilməkdədir. Hazırda bu alətlər dövlət muzeylərində qorunur. O, indi də yeni musiqi alətləri yaratmaq haqqında düşünür.
Deyir ki, xalqımızın yaradıcılıq potensialı çox güclüdür: "Keçmişdə olan bir çox musiqi alətlərimiz var ki, tamamilə unudulub gedib. Əslində, ən qədim musiqi aləti sümsüdür. Uşaqlıqda söyüddən və qozdan fıştırıq düzəltməyim yadımdadır. Sonradan bu, məndə adət şəklini aldı, gördüm ki, musiqi alətləri hazırlaya bilərəm".
"Bu sənətin bütün çətinliklərini yaşamışam. Əgər xalq öz bənzərsiz mənəvi sərvətlərini lazımınca qiymətləndirməyi bacarmırsa, gec ya tez, millətin ömründə sağalması çətin olan ağrılı izlər buraxır. Gərək böyük dəyərlər yaradan xalq, bu dəyərlərin daim qorunmasına çalışmalı, qayğısına qalmalıdır" — o, fikrini yekunlaşdırır.
BAKI, 16 yanvar — Sputnik. Yanvarın 14-də vəfat edən Rusiyanın tanınmış sənət xadimi, "Yeralaş" Uşaq Yumoristik Kinojurnalının bədii rəhbəri Boris Qraçevski ilə yanvarın 17-də vida mərasimi keçiriləcək.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dekabrın 28-dən xəstəxanada olan 71 yaşlı rejissor koronavirusa yoluxmuşdu. Dekabrın 31-də vəziyyəti ağırlaşan Boris Qraçevskini reanimasiya şöbəsinə yerləşdirmişdilər. Yanvarın 3-də səhhətində stabilləşmə nəzərə çarpan B.Qraçevski sosial media hesabından məlumat yayaraq, vəziyyətinin düzəldiyini və yaxın zamanlarda evə yazılacağını bildirmişdi. Amma virus öz işini görmüşdü. Belə ki, yenidən vəziyyəti ağırlaşan Boris Qraçevski bir müddət əvvək komaya düşmüşdü. Yanvarın 14-də isə tanınmış rejissor vəfat etdi.
71 yaşlı mərhum Boris Qraçevski ilə vida mərasimi yanvarın 17-də Rusiyanın "Kino Evi"ndə olacaq. Vida mərasimindən sonra mərhum rejissor Troyekurov qəbristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Boris Qraçevski 1949-cu il martın 18-də Moskva vilayətinin Ramenski rayonunda anadan olub. 1974-cü ildə Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq kinojurnalını yaradıb və ömrünün sonunadək jurnalının bədii rəhbəri və baş redaktoru olub.
Xatırladaq ki, bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi.
BAKI, 16 yanvar — Sputnik. Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub. O, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları nümayiş etdirilib. Şəhərin 30 illik erməni işğalından azad olunduğu bildirilib.
Məşhur fotoqraf İkinci Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzdən də bəhs edib. O deyib ki, Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı. "Azərbaycan tərəfində isə mən Fransadan olan yeganə jurnalist idim. Mən adətim üzrə münaqişə zonalarına gedərək insanların çəkdikləri iztirabları işıqlandırmağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə də mən Azərbaycan tərəfində idim. Mən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını, Azərbaycan xalqının əzablarını gördüm və bütün bunları lentə alaraq yaymağa çalışdım", - deyə o qeyd edib.
Reza Deqati verilişdə Ermənistanın döyüş zonalarından uzaqda yerləşən Azərbaycan şəhərlərini, mülki əhalini kasetli bombalarla hədəfə almasından da danışıb. O, Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə məruz qaldığını, mülki əhalinin qətlə yetirildiyini qeyd edib.
Fotojurnalist bildirib ki, o, yalnız müharibədən əziyyət çəkən mülki insanların əzabını dünyaya çatdırmaq istəyir.
Reza Deqati veriliş zamanı Azərbaycandakı multikulturalizmdən də bəhs edib, bununla bağlı çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycanda müxtəlif dini icmaların birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. Fotojurnalist Azərbaycanın dini tolerantlığı ilə həmişə diqqəti cəlb etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan dini tolerantlıq baxımından dünya dövlətlərinə nümunədir və hətta Avropa ölkələrində də bu cür tolerantlıq yoxdur.
Ötən həftə müxtəlif hadisələrlə yadda qaldı. Əsas problemimiz - koronavirusdur, dünya iki milyondan artıq insanın ömrünə son qoyan mərəzlə mübarizəsini davam etdirir.
ABŞ Nümayəndələr Palatası ikinci dəfə tərəfdarlarını Kapitoliyə hücuma təhrik etdiyi iddia olunan Donald Trampın impiçmentinə səs verdi. Tramp iki dəfə impiçment elan olunan prezident kimi ABŞ tarixinə düşdü.
İndoneziyada Boeing 737-500 sərnişin təyyarəsi qəzaya uğradı. Göyərtədəki 65 nəfərdən heç biri sağ qalmadı. Qəzanın səbəbləri isə hələ də araşdırılır.
İspaniya sakinləri əsl qışın xoş olmayan dadını yaşadılar. "Filomena" qasırğası qarsız qışa öyrəşmiş Pireney yarımadasını ağ rəngə bürüdü.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.
Nikosiyanın mərkəzində mağaza sahibi maskalı, amma çılpaq maneken aparır, Kipr
Liva səhrasında adam, BƏƏ
Madriddə gənclər nəhəng qartopu düzəldirlər, İspaniya
Yokohamada kimonolu qızlar həddi-büluğa çatma mərasimində, Yaponiya
Yerusəlimdə etiraz iştirakçısı əlində nəhəng şpris tutub, İsrail
Paluda dağıdılmış abidənin yanında oynayan uşaqlar, İndoneziya
Nümayəndələr Palatasının üzvü Viki Hartsler və parlament üzvü Maykl Valts Milli Qvardiyanın əsgərlərinə pizza paylayırlar
Qız okean üzərində ipdən sallanıb
Spiker Nensi Pelosi ABŞ Prezidenti Donald Trampa qarşı imzalanmış impiçment sənədini təqdim edir
Romada bir evin pəncərəsindəki pişiklərin şəklini çəkən adam, İtaliya
Katmanduda qarşıdurmalarda xəsarət alan adama yardım göstərilir, Nepal
Kampalada qadın başında ananas aparır, Uqanda
ID2299 qalaktikasının bədii təsviri
Pekində kişi ilə uşaq donmuş gölün üzəriylə kirşədə gedirlər, Çin
Hokkaydonun tropik botanika bağında əntər meymunlar isti bulaqda çimirlər, Yaponiya
Qırmızı Xaçın əməkdaşı Sriwijaya Air şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin turbinini dezinfeksiya edir
Frankfurt yaxınlığındakı Kronberq şəhəri səhər günəşini qarşılayır, Almaniya
Güclü qar səbəbindən qəzaya uğrayan avtobusların yanında polislər, İsveç
ABŞ-da etiraz edənlər və qaçışa çıxmış qız
Santiago a Mil Beynəlxalq Teatr Festivalında Fuego Rojo ifa edən La Patogallina və Ciclicus teatr truppalarının rəqqasları, Santyaqo, Çili
Belqradda avtobus sərnişinləri, Serbiya
Yağış mövsümündə çayda sörfinq, Braziliya
Hanoyda Opera Teatrının yanında qız, Vyetnam
Donmuş Xan çayı üzərində körpü, Seul, Cənubi Koreya
Pyatiqorskda isti kükürdlü su vannası qəbul edən qızlar, Rusiya