Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan xalq artisti üsyan etdi: "Bütün yaşlı nəslin aktyorlarını..."

148
O əlavə edib ki, sosial şəbəkələrdə tez-tez bəzi teatrlarda aktyorların bir-birindən narazılıq etməsi ilə qarşılaşır

BAKI, 4 oktyabr — Sputnik. "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər".

Bunu "Report"a teatrın aktyoru, xalq artisti Yasin Qarayev deyib.

Aktyor qeyd edib ki, iş saatlarının azaldılmasının səbəbini özü bilmir: "Bunun səbəbini xırdalaya bilmərəm. Ağaxan Salmanlı, Tariyel Qasımov, Almaz Mustafayeva, Məsumə Babayeva, Sona Babayeva, Rahib Əliyev və s. demək olar ki, bütün yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər. "Koroğlu" dastanında bir məqam var. Koroğlu tüfəngi görəndə qılıncını qınına salır ki, artıq mənlik deyil. Mən hesab edirəm ki, dövranım keçir artıq. Bəlkə də düz fikirləşmirəm. Ancaq mən hələ iş qabiliyyətimi itirməmişəm, tamaşalarda oynayıram. Ay ərzində 3-4 tamaşada çıxış edirəm". 

O əlavə edib ki, sosial şəbəkələrdə tez-tez bəzi teatrlarda aktyorların bir-birindən narazılıq etməsi ilə qarşılaşır: "Bizim teatrda belə hallar yoxdur. Belə problemlərin yaşanmaması üçün idarəçilik düzgün qurulmalıdır. Bu isə müdiriyyətdən asılıdır. Ölkədə ən çox heyəti olan teatr Gənc Tamaşaçılar Teatrıdır. Ancaq burada heç vaxt belə söz-söhbətlər olmur. 45 ildir bu teatrda işləyirəm və digər teatrlardan çox təkliflər olub. Ancaq mən bütün adlarımı bu teatda almışam. Bütün uğurlarım bu teatr ilə bağlıdır. Mənə elə gələr ki, burdan getsəm, ailəmi atmış kimi olaram".

"Report" məsələyə münasibət öyrənmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına müraciət edib. Teatrın mətbuat xidmətindən bildirilib ki, Gənc Tamaşaçılar Teatrında yarımştata keçirilmə məsələsi yoxdur: "Təqaüd yaşına çatan aktyorlar ilə müqavilə bağlanır. Bu sırada 15-ə yaxın aktyorumuz var. Bu aktyorlarla müqavilələrimiz var və hər il o müqavilə yenilənir. Bu ilin sentyabr ayında yaşı 65-i keçmiş sənətçilərlə müqavilələrimiz imzalanıb və onlar mütəmadi öz əmək haqqlarını alırlar. Təqaüddə olan aktyorların teatrda tamaşaları var və aktyorlarımız hər zaman tamaşaçı qarşısına çıxırlar".

148
Teqlər:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Almaz Mustafayeva
Əlaqədar
SSRİ Xalq artistinin yubileyinə xüsusi tamaşa həsr ediləcək
Xalq artistinin evindən oğurluq etdi, ardınca da özünü öldürmək istədi
"Xalq artisti" fəxri adının xüsusi nizamnaməsi var?
Xalq artisti bakılılara sürpriz edib
Miri Yusif

Miri Yusif qazilər üçün pul toplayacaq

10
(Yenilənib 19:13 26.01.2021)
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

10
Teqlər:
ianə, YAŞAT Fondu, mahnı, konsert, Miri Yusif
Aygün Kazımova, arxiv şəkli

Rusiyanın məşhur müğənnisi Aygün Kazımovanı təbrik edib

20
(Yenilənib 20:30 26.01.2021)
Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb

BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.

20
Teqlər:
təbrik, ad günü, Filipp Kirkorov, Aygün Kazımova

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

3
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

3