Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Azərbaycan Hollivudu"ndakı məşhur ev xarabaya çevrilir

© © Azerbaijanfilm / 1985"Bəyin oğurlanması" filmindən kadr
Bəyin oğurlanması filmindən kadr - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəyin oğurlanması" filminin çəkildiyi ev artıq məhv olmaq üzrədir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Şamaxının Məlhəm kəndinin adı Azərbaycan kinosu ilə maraqlanan insanların çoxuna tanışdır. Çünki vaxtilə Azərbaycan kinematoqrafiyasının inciləri sayılan filmlərin bəziləri məhz bu kənddə çəkilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri, əvvəlki şöhrəti qalmayan, artıq kinoçəkənlərin belə, unutduğu kəndi yada salmaq qərarına gəlib.

Məlhəm kəndini "Azərbaycanın Hollivudu" da adlandırırlar. Burada "Arvadım mənim, uşaqlarım mənim", "Qaraca qız", "7 oğul istərəm", "Dədə Qorqud", "Bəyin oğurlanması", "Qaçaq Nəbi" kimi filmlərin fraqmentləri lentə alınıb. Kənd sakinlərinin yaddaşlarına isə daha çox "Bəyin oğurlanması" filminin çəkilişləri həkk olunub. Ekran işinin uğurlu alınması və bu qədər sevilməsi isə məhz kənd camaatının səmimiyyəti və çəkilişlərdə yaxından iştirakı ilə əlaqələndirilir.

© Sputnik / Ilham Ahmadov"Bəyin oğurlanması" filminin çəkildiyi evin bugünkü vəziyyəti
Bəyin oğurlanması filminin çəkildiyi evin bugünkü vəziyyəti - Sputnik Azərbaycan
1/6
"Bəyin oğurlanması" filminin çəkildiyi evin bugünkü vəziyyəti

2/6

3/6

4/6

5/6

6/6

Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov kimi sənətkarların rol aldığı "Bəyin oğurlanması" filmi məhz Şamaxının Məlhəm kəndində çəkilib.

1985-ci ildə rejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən ekranlaşdırılan "Bəyin oğurlanması" filminin çəkildiyi ev isə artıq məhv olmaq üzrədir. Filmdə əsas hadisələrin cərəyan etdiyi evin qapısı bağlıdır. İndi bura nə gələn var, nə də gedən. Heç bu evin aqibəti barədə maraqlanan belə, yoxdur.

Görünüşündə nəzərə çarpan tək dəyişiklik pilləkənlərin kənarındakı məhəccərlərdir. Amma nə İsrafilə hər dəqiqə təklif olunan firni bişən ocaqdan tüstü çıxır, nə də yuxusuz qalıb bütün gecə qaranlığa bürünmək bilməyən pəncərələrdən işıq gəlir.

Bir çox ölkələrdə tarixi özündə yaşadan bu cür evlər, məkanlar muzey kimi saxlanılır və kifayət qədər də ziyarətçisi olur. Amma bu, Məlhəm kəndindəki məşhur evə aid deyil. Əgər yaxın zamanlarda bu ev ciddi şəkildə təmir edilməsə, baxımsızlıqdan tarixə qovuşacaq.

Xəbər lenti
0